“Dövlət başçısının sərəncamı ilə müəllimlərin dərs yükünün artırılması dünya standartlarına uyğunlaşmaq baxımından əhəmiyyətlidir”.APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.
A.Əhmədov xatırladıb ki, 1992-ci ilə kimi Azərbaycanda müəllimin dərs yükü 18 saat müəyyənləşdirilib: “İşləyən müəllimlərin 1 stavka dərs yükü 18 saatla tarifləşdirilirdi. Müəllimlər üçün 1 stavka dərs üçün 18 saata nə qədər əmək haqqı düşürdüsə, 1992-ci ildən sonra 1 stavka üçün dərs yükü 12 saata endirildi. 1992-ci ildən bu günə kimi dərs yükü normasının azaldılması nəticəsində müəllimlərin sayı 20 min nəfərədək artdı və müəllim-şagird nisbəti fərqləndi. Bu da təhsildə müəyyən məsələlərə səbəb oldu”.
Nazirlik təmsilçisi onu da deyib ki, prezidentin bu sərəncamı müəllimlər üzərində də müəyyən öhdəliklər qoyur: “Bir məsələni qeyd edim ki, bu prosesdən sonra Bakı şəhərində müəllimin 6 saatdan az dərs yükü olmayacaq”.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev qeyd edib ki, indiki halda müəllimlərin əmək haqqı onların təhsili və iş stajı ilə ölçülür. Onun sözlərinə görə, gələcəkdə isə differansial əmək haqqı sisteminin - nəticə yönümlü, rəqabət əsaslı sistemin yaradılması nəzərdə tutulur. Buna əsasən də artıq müəllimlərin əmək haqqına onların təhsili və bilik səviyyəsi deyil, müəyyən nəticələri də təsir edəcək. Hazırda bu istiqamətdə iş gedir”.
O qeyd edib ki, müəllimlərin dərs yükü norması və əmək haqqının artırılmasından sonra artımın nə qədər olacağı barədə hər hansı bir konkret rəqəm vermək mümkün deyil: “Hazırda müəllimlərin əmək haqqı üçün dərs yükü norması 18 saatdır və ona uyğun olaraq əmək haqqı hesablanacaq. Yanvarın 1-dən etibarən müəllimlər üçün yeni əmək haqqı hesablanacaq və fevral ayında müəllimlər əlavələrlə artım olan əmək haqqını alacaqlar”.
Dərs yükü normasının artırılmasının müəllimlərin ixtisarına səbəb olub-olmayacağına gəlincə, qeyd olunub ki, sərəncamda söhbət dərs yükünün rasionallaşdırılmasından gedir və bu gün hər hansı bir müəllimin ixtisarından söhbət getmir.
Təhsilin İnkişaf proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev qeyd edib ki, prezidentin sərəncamında müəllimlərin dərs saatının deyil, dərs yükü normasının artırılmasından söhbət gedir: “Bu o demək deyil ki, məcburi şəkildə bütün müəllimlərin dərs saatı artacaq. Dərs yükü normasının 12 saatdan 18 saata kimi artırılması nəzərdə tutulur. Buna uyğun olaraq müəllimlər artıq 1 stavkada 18 saat dərs yükü ilə işləyəcəklər. 18 saata əsasən müəllimlər 1 stavkanın 2/3 hissəsini işləmiş olacaq. Amma bu o demək deyil ki, müəllimlərin hamısının dərs yükü məcburi şəkildə 18 saata kimi artırılmalıdır. Müəllimlərin dərs yükünü tədricən artırmaq üçün gələcəkdə müxtəlif tənzimləmə vasitələrindən istifadə edilə bilər.
Son 1 il yarım ərzində görülən iş nəticəsində dərs saatlarının rasionallaşdırılmasına görə məktəblərdə şagird müəllim nisbəti 9:11 və ya 9:12-yə doğru azalıb. Ümumilikdə, əməkhaqqının artırılması çətin məsələdir. Müəllimlərin əmək haqqının artırılması zamanı müəllimin 1 stavka əmək haqqına düşən məbləğ artır. Bu da ancaq Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərə şamil olunacaq. Regionlarda isə bu islahatı o zaman keçirmək mümkün olacaq ki, bunun üçün zəmin yaradılsın”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Ancelina Coli oğlu ilə vidalaşdı
Məlumat bankı:DNT
Dağlıq Qarabağa yadplanetlilər gəlib? - İNANILMAZ FOTOLAR
Şəkərli sadə peçenyelər (foto resept)
Günün ulduz falı
Günün ulduz falı
Prezident qəbul keçirdi
İlin ən yaxşı 10 filmi açıqlandı - SİYAHI
Fillər haqqında maraqlı məlumatlar
Gül yarpaqlı keks (foto resept)
Bu şəxslər də güzəştli ipoteka krediti ALA BİLƏCƏK
Səkkiznüvəli smartfon göstərildi
Qarakənd: sülhə olan ümidlərin dəfni
Rusiya və İran Qarabağı bölür?
Məşhur iş adamı Defneye aşiq oldu
Xanımı və körpəsi arasında seçim etməli idi-Nəticədə...-FOTO
Moskvada izdiham: 250 min müsəlman bayram namazı qılıb
Yevlax dünya şəhərləri siyahısına düşdü
Göz iltihabı
Eddi Mörfi 10-cu dəfə ata olacaq-FOTO
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
Uzun ömürlü dekorasiya üçün 5 tövsiyə
Müğənninin saçından çıxanlar hər kəsi heyrətləndirdi!-FOTO
İrina Şeyk "VOGUE" dərgisinə müsahibə verdi-FOTO
Rihannadan qeyri-adi FOTOsessiya
Qolbaqlar
Nəyi və necə geyinməli?
İran prezidentini belə görmüşdünüz?
Azərbaycanda idman gimnastikası dirçəlir
İmicini dəyişən aktrisanı tanımaq olmadı
Qozun insan bədəninə faydası
2014-cü ilin dağınıq və dolğun saç modelləri
Türkiyənin ən yaxşı futbolçusu seçildi
Meladzedən ayrılmadığını belə isbat etdi-FOTO
WhatsApp-ın çoxdan gözlənilən yenliyi gəlir
Şimali Koreyada daha bir qadağa
2019-cu ildə Facebook-u nə gözləyir?
Dəbdən düşmüş trendlər
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub
Bu ilin dəbli kostyumları
Azərbaycan “Les Echos"da
Türkiyə yeni spikerini seçdi
Şvartsenegger uzunqulaqla şahmat oynadı – FOTO
Ermənilərin yaraladığı dinc sakinlərdən xəbər var
Toydan əvvəl 500 minlik yaxtada parti etdi-FOTO
Sərnişinləri COVID-19 virusundan qoruyan qatar istehsal edilib
Yaponiyada görünməmiş istilər
Bətninizdəki körpədən mesaj var
Düşmənin məhv etdiklərini yenidən dirçəldirik: Qubadlıda Şərq çinarları əkildi - FOTO
Cəbhədən son xəbər















- ŞƏRHLƏR