Parisdə gündəlik nəşr olunan “Les Echos" qəzetinin 10 dekabr tarixli nömrəsində “ Qafqaz: Azərbaycan- regionun gələcək qüdrətli dövləti “ sərlövhəli məqalə dərc olunub.
Müəllif Fransua Lasins məqaləsinin əvvəlində müsəlman ölkələrində baş verən hadisələrdən- Yaxın Şərqdəki geosiyasətdən, Suriya böhranından, Fələstin-İsrail qarşıdurmasından, Türkiyənin Rusiya ilə Avropa arasında oynadığı roldan bəhs edib və bu hadisələrin fonunda gələcək regional hakimiyyətdə Azərbaycanın yüksək sürətlə inkişafını diqqətə çatdırıb.Sovet İttifaqının süqutundan sonra keçmiş respublikaların hər birinin özünəməxsus siyasi kurs götürdüyü vurğulanan məqalədə ölkəmizin yüksək templə inkişaf kursu götürməsindən, ərazisinin Avstriyanın ərazisi qədər olmasından, İran, Gürcüstan, Rusiya ilə həmsərhəd olmasından və Xəzər dənizinin sahilində yerləşməsindən söhbət açılır.Qeyd olunur ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadi inkişafına görə zirvədə dayanır. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə siyasi stabillik hökm sürür, Rusiya Federasiyası və Avropa İttifaqı ilə balanslaşdırılmış siyasət aparılır.Azərbaycanın iqtisadi göstəricilərinin yüksək olduğu vurğulanan məqalədə ölkəmizin inkişafının son vaxtlar qiyməti getdikcə aşağı düşməkdə olan yeraltı sərvəti neftdən o qədər də asılı olmadığı, turizm və ticarət sahəsində iqtisadiyyatın sürətlə qurulmasına xüsusi diqqət yetirildiyi, Bakının yaxın vaxtlarda Kiçik Asiyanın Dubayına çevriləcəyi bildirilir.
Hazırda iqtisadi inkişafın hər şeydən əvvəl kapitala təsirindən danışılan məqalədə yeni binaların ucaldıldığı və beşulduzlu otellərin tikildiyi, şəhərin simasının gündən-günə dəyişdiyi diqqətə çatdırılır və yaxın bir neçə il ərzində ölkənin, o cümlədən Bakının və daha da inkişaf etdirilməsinin nəzərdə tutulduğu qeyd olunur.
Azərbaycanda turizmin inkişafı üçün mühüm potensial imkanların olduğu vurğulanan məqalədə ölkəmizdə Gürcüstan və Ermənistan ilə müqayisədə turistləri cəlb etmək üçün hər cür şərait yaradıldığından bəhs olunur.
Azərbaycanda idmanın inkişafına toxunan müəllif son illər mühüm beynəlxalq idman yarışlarının keçirildiyi Bakıda 2015-ci ildə ilk Avropa Oyunlarının, 2016-cı ildə “Formula-1” yarışlarının keçiriləcəyini, 2020-ci ildə isə Avropa birinciliyi uğrunda futbol oyunlarının bir qisminə ev sahibliyi edəcəyini diqqətə çatdırır.
Sonda belə möhtəşəm tədbirlərin Azərbaycanı bütün dünya ictimaiyyətinə tanıtdırmaq məqsədi daşıdığı qeyd edilir.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Xüsusi karantin rejimi günlərində pensiyaları necə almalı? - İZAH EDİRİK
Sıla və Hazerin toy günü məlum oldu-FOTO
Azərbaycan hərbçiləri ermənilərin atıb qaçdığı texnikaları dərələrdən yığırlar - VİDEO
Küçə pişiyini sığalladı iflic oldu-FOTO
Akvarium çətir (özün düzəlt)
Ərdoğana Don Kixot dedilər
Metin Hara Adriana Lima haqqında ...
Hamilələrə necə davranmalı?
Hamiləlikdə ayaqqabı secimi necə olmalıdır?
Duzlu suyla mənfi enerjidən xilas olun!
Ballı limonlu keks
Həyatla mübarizə
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda tutulan şəxs vəkilsiz danışmayacaq
Bölgələrimizin mətbəxi - Lənkəran (Talış bölgəsi)
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
Körpələrdə qaz yaradan qidalar
Saçlarımızı özümüz düzəldək
Varşava Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Hepatit
Bill Gates-in reallaşması mümkün 7 bəşəri proqnozu
"Ustad" dərgisinin 18-ci sayı-FOTO
Südlü-kakoslu peçenye (foto resept )
23 dekabr qeyri- iş günüdür-SƏBƏB
Dövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMA
Mudafiə naziri cəbhə xəttində
Merve jurnalistlərə əsəbləşdi
Məşhur cütlük AYRILDI
20 tibb bacısı eyni vaxtda ana oldu - FOTO
ABŞ Türkiyəyə istintaqda dəstək olacaq
HAVA necə olacaq?
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı
HAVA necə olacaq? 23-yanvar
“Papito” ilə tanınan Seeya Bakıda klip çəkdi-VİDEO
Pişik və it balalarının dükanlarda satışı qadağan olunur
Azərbaycanda yeni tipli məktəblər yaradılır
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
HAVA necə olacaq?
Dişləri də ağardan süd pəhrizi
Heydər Əliyev Fondu Fransada Nizami Gəncəviyə həsr olunan növbəti sərgi və konsert təşkil edib
"Facebook" və "Whatsapp"dan növbəti yeniliklər
Hava haqqında - 06.10.2013
Dubay Azərbaycanda islam riteylinin potensialını inkişaf etdirməyə hazırdır
Az kalorili məhsullar - 2
Bəlğəmi nə təmizləyər?
''Prezidentlərin görüşündən sonra böyük dəyişikliklər olacaq''
Türkiyəli millət vəkili əsgərlərimizə baş çəkdi
Hava haqqında
Menstruasiya dövrü üçün yoqa hərəkətləri
“Eurovision” təmsilçimiz ata oldu - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]