Məşhur biznesmen və milyarder Bill Gates-in verdiyi proqnozlar əksər hallarda düz çıxır. Məhz o, sosial şəbəkələr ilə smartfonların məşhurlaşacağını öncədən görmüşdü. Business Insider, "Microsoft" şirkətinin təsisçisinin 7 yeni proqnoz siyahısını tərtib edib. Həmin proqnozların gələcəkdə reallaşması ehtimalı çox böyükdür.
1. 10-15 ildən sonra bioterrorçular, süni virus yaradacaqlar.
Milli.Az technote.az-a istinadən bildirir ki, bu ilin fevral ayında Münhendə təhlükəsizlik mövzusunda keçirilmiş konfrans zamanı Bill Gates qeyd etmişdi ki, insanlıq üçün olan ən böyük təhlükələrdən biri, hava yolu ilə yoluxan zərərli mikroorqanizmlərdir hansılar ki, laboratoriya şəraitində sintezləşdirilir. Bill Gates-in fikrincə bioterrorçular artıq bu cür virusların hazırlanması üzrə işlər görürlər. Sintetik suçiçəyi və ya superqrip virusu digər xəstəliklərdən daha şiddətli və ölümcül ola bilərlər. Gates öz proqnozunu epidemioloqların fikrinə əsaslandırır. Belə ki, onların fikrincə yaxın 10-15 il ərzində təhlükəli viruslar inkişaf edəcəklər. Təkmilləşdirilmiş mikroorqanizm, bir il ərzində 33 milyon insanın tələf olmasına gətirib çıxara bilər. Məhz buna görə Bill Gates ilə onun həyat yoldaşının birlikdə qurduqları xeyriyyəçilik fondu bütün dünya üzrə müxtəlif viruslara qarşı dərmanların paylanması ilə məşğul olur.
2. 15 ildən sonra texnologiyalar Afrikadakı aclığa son qoyacaq.
2015-ci ildə Bill Gates, Afrikada kənd təsərrüfatının 50% artacağını bildirmişdi. Beləliklə Afrika aclığa qalib gələ biləcək. Hələki Afrika hər il 50 milyard dollar dəyərində ərzaq yardımı əldə edir. Bununla yanaşı Sahara səhrasının cənubunda olan ölkələrin əhalisinin 70%-i kənd təsərrüfatı ilə məşğul olur. "15 ildən sonra bu acınacaqlı paradoks innovasiyalı texnologiyaların sayəsində yoxa çıxacaq. Alimlər artıq təkmilləşdirilmiş bitkilər hazırlayıblar. Həmin bitkilər böyük miqdarda qidalandırıcı maddələrə və istənilən xəstəliyə qarşı immunitetə sahibdirlər. Bundan əlavə olaraq təkmilləşdirilmiş bitkilər daha çox məhsuldarlıq verirlər. Nəzəri cəhətdən afrikalı fermerlər bu bitkilər vasitəsilə öz məhsuldarlıqlarını artıra bilərlər" - deyə Bill Gates bildirmişdir.
3. 2030-cu ildə mobil banklar kasıb təbəqənin sayını azaldacaq.
Kasıb ölkələrdə insanların keyfiyyətli tibbi xidmətə, ərzaqa, təhsilə və daşınmaz əmlaka verməyə vəsaitləri yoxdur. Gates bunun səbəbini əhalinin böyük hissəsinə kredit və sığorta resursunu verməyən bank infrastrukturunda görür. Lakin son zamanlarda bu vəziyyət dəyişir. Məsələn Keniya, Uqanda və Afrikanın digər ölkələrində M-PESA adlı mobil maliyyə sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə bank hesabları olmayan insanlar məhsul və xidmət haqlarını nağdsız formada ödəyə bilirlər. "2030-cu ildə hal-hazırda bank hesabına sahib olmayan 2 milyard insan öz vəsaitlərini mobil telefonlarda saxlayacaq və onun vasitəsilə ödəməni reallaşdıracaqlar. Həmin vaxtda onlar üçün maliyyə servislərinin bütün spektrləri aktiv olacaq" - deyə Bill Gates bildirmişdir.
4. 2035-ci ilə kimi kasıb ölkələr olmayacaq.
Bill Gates əmindir ki, digər ölkələrdən olan yardımlar sayəsində 2035-ci ilə kimi bir çox ölkələrdə kasıblığa son qoymaq mümkün olacaq. Kasıblıq barəsində danışanda Gates, Ümumdünya Bank tərəfindən qəbul edilmiş müəəyənləşdirmədən istifadə edir. Həmin müəyyənləşdirməyə əsasən kasıb əhaliyə o insanlar daxildir hansıların ki, gündəlik büdcələri 1.9$ göstəricini keçmir. "Demək olar ki, bütün ölkələr orta səviyyədən bir qədər aşağı qazanca və ya daha yüksəyinə sahib olacaqlar. Dövlətlər öz uğurlu qonşularından təcrübə əldə edərək yeni dərmanlar, təkmilləşdirilmiş bitkilər və rəqəmsal inqilabın hesabına inkişaf edəcəklər" - deyə Bill Gates bildirmişdir.
5. 15 ildən sonra bərpa olunan energetika, karbohidrogen energetikaya qalib gələcək.
Ən vacib proqnozlardan birini Bill Gates hələ 2016-cı ildə vermişdi. O bildirmişdi ki, 15 ildən sonra külək, günəş və digər bərpa olunan energetika sahələri planetin böyük bir hissəsini elektriklə təchiz edəcək. Gates-in olduğu bir çox ölkələrdə insanlar su kəmərinə və elektrik enerjisinə sahib deyillər. Onlar gecələr öz evlərini işıqlandıra, öz bizneslərini qura və ya tibbi mərkəz yarada bilmirlər. "Əgər siz təmiz və ucuz enerji mənbəyi tapsanız, onda bu hadisə nəinki iqlim dəyişikliklərinə son qoyacaq, hətta milyonlarla kasıb ailənin həyatını dəyişəcək" - deyə Bill Gates bildirmişdir.
6. 20 il ərzində robotlar iş yerlərini işğal edəcəklər.
Gates-in fikrincə növbəti 20 il ərzində inkişaf etmiş və inkişafda olan bir çox ölkələrdə olan mağaza, anbar və zavodlar adi işçiləri robotlarla əvəz edəcəklər. Sahədən asılı olaraq avtomatlaşdırma sistemi minlərlə və milyonlarla iş yerinin itirilməsinə gətirib çıxacaraq. Bunun hamısı bir anda baş verəcək. Gates, robotlara vergilərin təyin edilməsini təklif edir. Bu, adi işçiyə təyin edilmiş vergiyə bənzəyir. Həmin vergilər sayəsində yığılacaq vəsaitlər ilə isə insanlara gəlirin və müavinətin digər bir növünün verilməsi mümkün ola bilər.
7. 2019-cu ildə poliomielit (sinir sisteminin zədələnməsi nəticəsində əzələlərin iflici) tamamilə yox olacaq.
2016-cı il üzrə olan statistikalara əsasən dünyada yalnız 37 poliomielit hadisəsi qeydə alınmışdır. 1980-ci ildə bu göstərici il ərzində 400 hadisə nisbətində idi. Gates əmindir ki, müəyyən vaxtdan sonra poliomielit, yox olacaq ikinci xəstəlik hesab ediləcək. "Poliomielit üzrə dünya təşkilatı növbəti 6 il ərzində bu xəstəliyin yox edilməsi üçün planın hazırlanmasını sona çatdırır" - deyə Bill Gates bildirmişdir.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dəniz Səki 22 kq arıqladı-FOTO
Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı oldu - FOTO
Yeni dərs ili ilə bağlı təlimatlar verildi
Filippində ikinci güclü zəlzələ silkələdi, ölənlərin sayı artır
Günəş yanıqlarının ağrısını necə azaltmalı?
Qardaşını kabusa çevirdi
Keti Perri ölümdən döndü - FOTO
Dünyanın ən böyük günəş elektrik stansiyası işə salınıb
Azərbaycanın bütün hava limanlarının bağlı qalacağı tarix AÇIQLANDI
Oxuyun ki, 150 manat cərimə ödəməyəsiniz!
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
Xoruldamaq gözü kor edir?
Yevlax və Mingəçevir polisi yollarda birgə reydlərə başladı
Nyu-York səmasında NAMƏLUM OBYEKT - FOTO
Azərbaycanda qadınların sayı açıqlandı
Ezgi Mola 2 milyonluq təklifi rədd etdi
İki rəngli piroq (foto resept)
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
Qadınlar sükan arxasında olanda belə olur
İnternetdən uzaq duran uşaqlara 100 dollar verəcək!
Günün ulduz falı - 07.03.2014
Hamilələr üçün ziyafət geyimləri
8 nüvəli prosessorlu ağıllı telefonlar hazırlanır
130 dollarlıq smartfon göstərildi
Oskar; qırmızı xalça
Google vəd verdi
Braziliyalıların göz yaşları
Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO
Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçdi – STATİSTİKA
İsrail daha bir ölkə ilə münasibətlərin normallaşdırılmasına başlayır
BÜRCLƏR bizə nə vəd edir?-22 noyabr
Rəngarəng çanta modelləri
Bu mövsümün köynəkləri
Dünyanın ən yaxşı beynəlxalq aeroportunun adı açıqlanıb
Xəyanətə məruz qalan qadın nə etməlidir?
1,2 min rus əsgəri Ermənistanda
IV Beynəlxalq muğam müsabiqəsinə start verilib
Limon suyunun faydaları
Reyhan Camalovaya “ASAN xidmət”də vəzifə verildi - FOTO
Oturaq həyat tərzi xərçəngin yaranmasının başlıca səbəbidir
Serenay Sarıkaya rol üçün dəyişir-FOTO
Heç çörək yeməmək nə qədər düzgündür?
Azərbaycan tarixindən yüz şəxsiyyət-31
Putin niyə elə yeriyir?
Günün qoroskopu:Vaxtınıza dəyər verin!
Təbiətin gücü
Facebook, Instagram və WhatsApp-ın işində problemlər yaranıb
Sosial şəbəkələrdən dərs veriləcək
Yay üçün dəbli ətəklər
Xərçəngə yoluxmaq istəmirsinizsə, əməl edin - XANIMLARA 11 MƏSLƏHƏT














