Qoç - günün ilk yarısında aktivliyinizin yüksək səviyyədə olmasına çalışın. Əks təqdirdə başladığınız işi başa vura bilməyəcəksiniz. Enerjili olun, geri çəkilməyin. İradəli olsanız, bir çox problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında yaxşı gəlir və maraqlı işgüzar təklif istisna deyil. Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə bilərsiniz.
Axşam saatlarında yaxşı istirahət edin.
Buğa - günün ilk yarısında sayıq və huşyar olun. İşlə yanaşı, evdə də problemlərin yaranmasına rəvac verə biləcək zamandır. Ciddi səhvə yol verməyin. Bədxahlardan birinin yaxşı düşünüb hazırladığı manipulyasiya və ya intriqasına aldanmayın. Sakit, təmkinli olun.
Günün ikinci yarısında situasiyanın gərginlik səviyyəsi aşağı düşəcək.
Yaxınlarınızla ünsiyyət, dostlarla görüş və romantik təmaslar üçün münasib zamandır. Şəxsi münasibətlərə gəldikdə isə hissləriniz sizi aldatmayacaq.
Səhhətinizin qeydinə qalın.
Əkizlər - işdə yaranan bəzi çətinliklərə rəğmən irliləyişə nail olacaqsınız. Başladığınız işi tamamlayın. Yarımçıqlıqdan uzaq durun. Maraqlı işgüzar təkliflər ala bilərsiniz.
Günün ikinci yarısında cari, rutin fəaliyyətinizə bir neçə insan qatılacaq.
Alış-veriş etmək, maliyyə və əmlak məsələlərini həll etmək, müstəqil kommersiya fəaliyyətinə başlamaq olar.
İşgüzar duyumunuz pis deyil.
Axşam saatlarına yaxın yaxınlarınızla fikir ayrılığı yarana bilər. Ciddi mübahisə və ya münaqişəyə zəmin yaratmayın.
Xərçəng - haqlı olduğunuza, dürüst mövqeyə şübhə etməsəniz belə, yaxın ətrafınızdakı insanları dinləməkdən vaz keçməyin. Bu minvalla işdə problemlər və münaqişələrin qarşısını ala bilərsiniz. İşgüzar əlaqələrdə və şəxsi münasibətlərdə təşəbbüs üçün əlverişli zamandır. Yeni ideyalarınız cəsarətli, novatordur.
Günün ikinci yarısında yaxınlarınızda münasibətlərinizi nizamlayın. Onlar sizi dinləməkdən daha çox öz işləri ilə məşğul olsalar da, aqressiv olmayın.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzü qoruyun.
Şir - hadisələrin axarı rəvan olsa da, ən kiçik problemlərin ciddiliyini süni şəkildə artıraraq həyəcanlanmayın. Bəyənmədiyiniz insana və ya təqdir etmədiyiniz hadisəyə sərt reaksiya verməyin. Müsbət təmayüllərdən tam bəhrələnməyə can atın. Əks təqdirdə çeşidli imkanları əldən verəcək, uğur əldə etmək şanslarından yararlanmayacaqsınız.
Günün ikinci yarısında nəzərdə tutulmamış xərclər olacaq. Alış-verişdə diqqətli olun. Biznesə pul yatırmaq fikrinizi ertələyin. Sürəkli olaraq həyatlarından şikayətlənən bədbin insanlardan uzaq durun. Belə adamlardan sizə xeyir gəlməz.
Qız - əlverişli və yaxşı gündür. Müsbət təmayüllərin təsiri artır. Çətin məsələlərin öhdəsindən gələcəksiniz. Heç bir problem sizə həllolunmaz təsir bağışlamasın. İndiyədək dil tapmadığınız insanlarla münasibətlər rəvanlaşacaq. Uzun müddətdən bəri məhsuldar fəaliyyətə mane olan münaqişələri çözə bilərsiniz.
Peşəkar məziyyətlərinizi sezəcəklər
Günün ikinci yarısında maraqlı işgüzar təklif ala bilərsiniz.
Yaxınlarınız bir çox ideyalarınızı dəstəkləməyə, məsləhət verməyə, yardım göstərməyə hazırdır. Axşam saatları romantik təmaslar üçün münasibdir.
Tərəzi - çətinliklər yox deyil. Amma müsbət təmayüllərin təsiri daha güclüdür. Gün prinsip etibarilə pis deyil. Məhsuldarlığınız yüksək olsun, fəal və enerjili çalışın. Planlaşdırdığınız işləri görüb başa vurun. Qəfil tapşırıq və sifarişi vaxtında yerinə yetirməyə çalışın.
Günün ikinci yarısında hisslərinizin fəaliyyətinizə maneələr yaratmasına imkan verməyin. Emosional gərginlikdən yayının. Rəğbət bəslədiyiniz insan bu gün sizinlə maraqlanacaq.
Axşam saatlarını ailənizə həsr edin.
Əqrəb - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Adi günlərlə müqayisədə daha ağır və mürəkkəb işə başlasanız belə, onun öhdəsindən gələcəyinizə şübhə etməyin. İndiyədək sizinlə dəfələrlə çalışmış insanlardan dəstək alacaqsınız. Peşəkar məziyyətlərinizi nümayiş etdirin.
Yeni tərəfdaş və ya müttəfiq arayışları, danışıqlar üçün yaxşı gündür.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yaranmamalıdır. Bir-birinizi anlamağa çalışın.
Sevdiyiniz insanı xoş sözlə, həssas rəftarla sevindirin.
Oxatan - gərgin və çətin gün olacaq. Mənfi təmayüllərin təsiri güclənir. Həyəcan, təlaş, güclü neqativ hisslər az deyil. Hisslərin təsiri altına düşərək düşünülməmiş addım atmayın, səhv etməyin. İstənilən situasiyada soyuqqanlı davranmaq bacarığını dəfələrlə nümayiş etdirmiş insanların məsləhətlərini dinləyin.
Günün ikinci yarısı uzaqdan gəlmiş insanlarla müzakirələr və diskussiyalar üçün əlverişli deyil. Qarşılıqlı anlaşmaya nail olmaq çətinləşəcək. Münaqişə riski artır.
Sevdiyiniz insanla münasibətlərdə soyuqluğun yaranmasına imkan verməyin.
Oğlaq - əvvəllər başladığınız işləri davam etdirmək və tamamlamaq üçün əlverişli zamandır. Yeni layihəni reallaşdırmağa, yeni işə başlamağa tələsməyin. Situasiya bunun üçün uyğun deyil. Tənbəllik etməyin, süst davranmayın, emosiyaların əsirinə çevrilməyin. Yaxınlarınızla yanaşı, özünüzə qarşı da tələbkar olsanız, ciddi uğurlara nail ola bilərsiniz.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis deyil. Lakin münasibətlərinizin istədiyiniz sürətlə inkişaf etməyəcəyinə hazır olun.
Axşam saatlarında yaşlı qohumlarla fikir ayrılığı yarana bilər. İxtilafa səbəb maliyyə məsələləri olacaq.
Dolça - söhbətlər və danışıqlar çox vaxt alır. Onların hamısı ilk baxışdan göründüyü təki faydasız deyil. Bir zamanlar əməkdaşlıq etdiyiniz insanla qəfil görüş ola bilər. Hal-əhvaldan sonrakı söhbətdə yeni layihənin konturlarının yaranması istisna deyil.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Alış-veriş uğurlu olacaq. Axşam saatlarında romantik təmaslar pis keçməyəcək. Fəqət gözlədiyiniz qədər pozitiv emosiyalar almayacaqsınız.
Balıqlar - önəmli gündür. Ətrafınızda yaşanan olayları diqqətlə müşahidə edin. Daha təcrübəli insanlardan nəyisə öyrənmək, faydalı təcrübəni əxz etmək imkanlarını əldən verməyin. İntuisiyanız kəskindir. Peşəkar fəaliyyət müstəvisi ilə bahəm şəxsi münasibətlərdəki problemləri sürətlə həll edə bilərsiniz.
Günün ikinci yarısında alacağınız məlumatların hamısı dəqiq və aydın deyil. Fəqət, informasiyaları yadda saxlayın - gərəyiniz olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Onların bəziləri sizi aldatmaq, yanlış məlumatlar vermək istəyirlər.
Axşam saatlarında istənilən fiziki işdən imtina edərək yaxşıca dincəlin.
XƏBƏR LENTİ
Avropaya son 2 vəsiqə
Kosmonavt YADPLANETLİLƏRİN SİRLƏRİNİ AÇDI
Hamilə qadınlar parasetomol içəndə ehtiyatlı olmalıdır
Hava xəbərdarlığı: sentyabrın 15-də...
"Lirikada fizika və dünyəvilik"(2)
Ölümcül Virusun Mənbəyi Tapıldı
Kitab haqqında düşüncələr
Azərbaycanda daha dörd nəfər koronavirusdan vəfat etdi – 209 yeni sağalma
Novruz haqqında bunları bilirdiniz?
Günün qoroskopu: Münaqişə etməyin!
Planşet satışı 15 faiz azalıb
Gözəllik maskaları necə hazrlanır?
Limon suyunun 10 faydası
COVID-19-un ən qorxulu ağırlaşmaları açıqlandı
Günün ulduz falı
Bəraət hansı hallarda verilir və bəraət almış şəxsin hansı hüquqları var?
Prezidentin köməkçisi ictimai nəqliyyatdan istifadə edir - AÇIQLAMA
Ermənistandan gülünc bəyanat: "Bakı atəş açsa..."
Kraliça II Yelizavetanın 93 yaşı oldu-FOTO
"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
86 yaşlı alpinist QƏRARI ilə TƏƏCCÜBLƏNDİRDİ
Gigi Hadidin gözəllik sirləri
Ağıllı saatlar: telefondan qola
Gəlinlər üçün güllər
Şeymanın sevgilisi ətək geyindi-FOTO
İranda güclü zəlzələ oldu
Milyonçunun xanımı zəngin ər cəlb etməyin yollarını açıqladı - FOTO
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Çayın və limon suyunun faydaları
Rusiya prezidenti Putin tətildədir-FOTO
Bakıda daha bir möhtəşəm tikili-FOTO
İnsan sifətli donuz balası görənləri dəhşətə gətirdi – VİDEO
Bakı Olimpiya Oyunlarına necə hazırlaşır?
İzmirdə zəlzələ nəticəsində 25 nəfər ölüb, 831 nəfər yaralanıb - YENİLƏNİB
İşğal altında olan Qarabağdan ən son fotolar
Nüsrətin müştərisi 41 min dollarlıq hesab ödəməli oldu-FOTO
Ebru Gündeşin saatı qiymətinə görə gündəmdədir
Quzuqarnı şorbası (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA
İddialı serial gözlənilmədən final edir
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Oturaraq ən çox pul qazanan 16 peşə sahibi
Süfrə bəzəyi
Bakının məşhur supermarketlərində yalançı lotereya
Bakıda bu marşrut kart sisteminə keçdi
“Super ay”dan yeni super xəbər
Finalda "Aslan"ın rəqibi bəlli oldu
Rusiyanın NTV telekanalının Türkiyədə tutulan jurnalistləri casusluqda ittiham oluna bilər
Murat Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO














