Dərman, kimyəvi vasitələr və s. ilə zəhərlənmə hallarına uşaqlar arasında tez-tez təsadüf edilir. Bu səbəbdən belə bədbəxt hadisələrin profilaktikası olduqca önəmlidir.
Evdə uşaq üçün potensial təhlükə yaradan hər bir şey (məişət kimyası, kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və s.) uşağın əli çata bilməyən yerlərdə saxlanılmalıdır!
Simptomlar
Uşaqlar tez-tez dərmanlardan zəhərlənirlər. Bunu siz uşağın davranışından şübhələnə bilərsiniz - aktiv və şən olan uşaq birdən-birə əzgin, yuxulu və ya əksinə, həddən artıq oyanıqlı, həyəcanlı olur, uşaqda qıcolmalar, huşunun itirilməsi, hətta koma inkişaf edə bilər.
Otaqda səpələnmiş dərmanları gördükdə, uşaq özü sizə bir neçə dərmanı "yediyindən" xəbər verdikdə mütləq təcili yardım çağırın. Hətta uşaqda heç bir zəhərlənmə əlaməti yoxdursa və uşaq özünü adi hallarda olduğu kimi aparırsa, onu mütləq həkim müayinə etməlidir. Ola bilər ki, dərman hələ qana sovrulmayıb və öz mənfi təsirini uşağa göstərməyib.
Bəzən böyük uşaqlar səhvən, kiçik uşaqlar isə hər şeyə maraq göstərmək adətindən hər hansı bir kimyəvi maddəni (təmizləyici vasitələr, benzin, sirkə, spirt və s.) içə bilərlər. Bu halda uşaqda ağız suyunun artması, ağızın selikli qişasının və üzün qızarması və ya yanması, qusma kimi simptomlar meydana çıxır. Onda da dərhal təcili yardım çağırın.
Yardım
Dərmanlardan, həblərdən zəhərlənmə zamanı ilk tibbi yardım məqsədilə uşağın mədəsini mümkün qədər tez yumaq lazımdır. Bunun üçün uşağın yaşından asılı olaraq ona 1-3 stəkan qaynadılmış soyuq su verin, sonra isə uşağın ağzını açaraq, steril tənzif dolanmış 2 barmağınızı (qaşıq, şpatel) onun dilinin kökünə sıxın. Cəld və dəqiqliklə hərəkət edin. Dilin kökünə təzyiq etməyiniz nəticəsində uşaqda qusma baş verəcəkdir. Uşağı qarnı aşağı olmaqla və başı önə sallanmaqla dizlərinizin üstünə və ya yatağa qoyun və qusma qurtarana qədər bu vəziyyətdə saxlayın. Sonra uşağa təkrarən su içirtməklə yenə də qusma refleksini yaratmağa çalışın. Bunu uşağın mədəsindən təmiz su çıxana qədər davam etdirmək lazımdır.
Qusuntu kütlələrini atmağa tələsməyin: çünki onlar, məsələn, uşağın zəhərləndiyi dərman məlum olmadığı halda, onun hansı dərmanı udduğunu müəyyən etmək üçün laborator müayinəyə göndərilməlidir.
Mədənin yuyulmasından sonra uşağa sorbent preparatlardan birini (smekta, polifepam, polisorb, aktivləşdirilmiş kömür) vermək lazımdır. Hər hansı səbəbə görə (qorxursunuz, uşaq ağlayır və s.) uşağın mədəsini yuya bilməmisinizsə, ona mütləq sorbent verin.
DİQQƏT! Uşaq benzinlə, sirkə, "perekis" və s. turşu və qələvilərlə zəhərlənmiş olarsa, heç bir halda qusma refleksini yaratmaq olmaz! Qusuntu kütləsi qida borusunu təkrarən yandıra, hətta deşə bilər! Belə vəziyyətdə uşağı sakitləşdirmək, ½-1 stəkan soyuq su (ondan başqa heç nə!) vermək lazımdır. Bu, mədədə olan zəhərin durulaşmasına və qana sovrulmasının ləngiməsinə kömək edəcək! Əgər uşaq döş sümüyü arxasında və ya qarnında kəskin ağrının olmasından (mədənin və ya yemək borusunun tamlığının pozulmasına şübhə yaradır) şikayət edirsə, ona su vermək olmaz!
1 yaşına qədər olan uşaqlarda isə ümumiyyətlə, heç bir halda qusma refleksini yaratmaq olmaz - bu zaman onlar boğula bilər! Onların mədəsi yalnız xəstəxanada zondla yuyulmalıdır.
İstənilən yaşda olan uşaq huşsuz vəziyyətdə olduqda, onda süni şəkildə qusma refleksini yaratmaq olmaz. Huşsuz vəziyyətdə olan uşağı böyür üstə qoymaq lazımdır ki, qusma baş verdikdə boğulmasın.
Zəhərlənmiş uşağın mədəsini yaxşı yuduğunuza əmin olsanız belə, heç bir halda həkim tərəfindən müayinə olunana qədər ona yemək və ya süd, şirə və s. verməyin. Çünki bu, mədə şirəsinin ifraz olmasına, nəticədə isə zəhər qalıqlarının da mədədən tez bir zamanda sovrulmasına səbəb olacaq.
Zəhərlənmiş uşağa ağrıkəsici dərman vermək, qarnın üzərinə isti və ya soyuq kompress, "qrelka" qoymaq olmaz.
Hətta uşağınıza lazım olan yardımı göstərmisinizsə, onu mütləq həkimə göstərin. Bəzi dərmanlar gecikmiş təsir göstərə bildiklərindən zəhərlənmədən bəzən bir gün, bəzən isə daha çox müddət keçdikdən sonra uşaqda böyrəklərin, qaraciyərin fəaliyyətinin dayanması, korluq və s. bu kimi ağır əlamətlər meydana çıxa bilər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Siqaret və spirtli içkinin arıqlamaq istəyənlərə ziyanı.
Bakıda gözəl quş qalmayacaq?
Pensiya fondu göstəriciləri açıqladı
Telefona gələn reklamların gizli səbəbi açıqlandı
İşğaldan azad olunmuş ərazilərin əhalisinin sayı açıqlanıb
ABŞ ordusunda hicaba icazə verildi
Dəlidir, nə etsə yeridir...
Xərçəngin müalicəsi tapıldı - Türk alimdən İNQİLABİ ADDIM
"Qanlı Yanvar" Türkiyə mətbuatında
Mərkəzi Bank niyə susur?
Azərbaycan əhalisi pulu hara xərcləyir?
Kartof suyunun faydaları
Avqust, Sentyabr, Oktyabr aylarının qalibləri!
Ən təhlükəli pəhrizlər
Naxışlı qurabiyə (foto resept)
Toyuq bulyonunun müalicəvi təsiri
Ramazan ayında toy etmək olarmı?
Xüsusi buraxılış rejimi qaydalarını pozanlar cəzalandırılacaq - RƏSMİ
Saçların uzanmasını sürətləndirən maskalar
Melisa və Sərkanın yeni serialının yayım tarixi bəlli oldu
Bakı metrosunun fəaliyyətində dəyişiklik olacaqmı? - AÇIQLAMA
İçərişəhər Azərbaycana beynəlxalq mükafat qazandırdı
Azərbaycan çempionatında böyük oyun: "Neftçi" "Xəzər Lənkəran"a qarşı
HAVA necə olacaq?-17 Sentyabr
Dəhşətli vulkan görüntüləri
Azərbaycana qaçan erməni QHT-çi Vaan Martirosyan bəyanat yayıb
İranda koronavirusa yoluxanların sayı rekord həddə çatdı
Boyun ağrılarından azad olaq
"Diriliş Ertoğrul"a SÜRPRİZ TRANSFER - FOTO
2012 çanta modası
İlham Əliyev bir qrup hərbçini “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib
Təkər, Lada adını qoymaq istədilər-FOTO
Koronavirusun öskürmə zamanı otaqda hərəkəti göstərildi - VİDEO
Gənc və sağlam qalmaq üçün nə yeməliyik?
Saxta brendlər - Azərbaycanlı alıcı necə aldadılır?
Bu mühəndis o mühəndisdən deyil
11 ayda 3 uşaq doğdu
Göstəriş: "Ancaq kartı olanlarla işləyin"
YouTube-də daha bir yenilənmə
Boru kəməri çəkilişi zamanı yerin altından qədim əşyalar çıxdı
Çiyələkli brauni (foto-resept)
Açıq paltar geyinmək istəyənlərə məsləhətlər
Baş nazirin yubileyində partlayış: 30 nəfərə yaxın adam yaralandı - VİDEO
Dünyanın ən böyük məscidləri
Mug keks ( foto-resept)
Litvalı jurnalist: “Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib”
Saqqız çeynəmək mədəniyyəti
Öd yollarını üzümlə təmizlə
Günün qoroskopu: istənilən çətin vəziyyətdən çıxış yolu var
Düşüncənin riyazi dili - Qanun















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]