Qoç - Hadisələri tələsdirməyin, tam formalaşmamış situasiyalara kobud müdaxilələr etməyin. İşləri tez başa vurmaq üçün mütəxəssislərin yardımlarından istifadə edin. Yaxşı çalışsanız, gəlirləriniz pis olmayacaq.
Günün ikinci yarısında işgüzar təmaslarda sakit, soyuqqanlı olun. Diplomat təki davranın. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Görəcəyiniz işin ödənişini istəyəndə məbləği realistcəsinə formalaşdırın. Gərgin vəziyyətdə emosiyalarınıza hakim olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Buğa - Daha bir harmonik gündür. Bir qədər əvvəl başladığınız işləri yarımçıq qoymayın. Maneə və sədlərdən qorxmayın. İntuisiyanızla praktiki hissiyatınız sizə məsuliyyətli işlərdə, önəmli məsələlərdə dürüst seçim etməyə imkan verəcək.
İfrata varmayın. Tamahkarlıq etməyin.
Günün ikinci yarısında imicinizin qeydinə qalın. Nüfuzunuza zərbə vura biləcək qərarlar verməyin. Stilinizi qoruyun.
Hormonal balansa fikir verin. Səhhətinizin qeydinə qalın.
Əkizlər - Günün ilk yarısında başlayacağınız işlərdə qətiyyətli olun, yarıyolda dayanmayın. Mühüm mərhələlər və dönəmlərə fikir verin. Ən yaxşı keyfiyyətə can atın. Belədə zəhmətinizin nəticəsini görəcəksiniz, səyləriniz boşuna getməyəcək.
Günün ikinci yarısında yeni prosesə başlamaq olar. Evin təmiri, fərqli biznes, yeni iş yerinə adaptasiya üçün əlverişli zamandır.
Unutmayın ki, istənilən işdə ardıcıllıq və sistematik fəaliyyət əsas məsələlərdən biridir. Cari işlərlə məşğul olarkən uzunmüddətli perspektivləri də unutmayın.
Axşam saatlarında səfər ola bilər.
Xərçəng - Biliklərinizlə potensialınızı nümayiş etdirmək üçün əla zamandır. İşgüzar münasibətlər ilə məişət problemlərini qarışdırmayın. Ən çətin problemin həllini, istək olarsa, gəlirli olaya çevirmək olar.
Günün ikinci yarısında başladığınız işlərin praktiki yönlərinə xüsusi fikir verin. Yaxınlarınızın qeydinə qalın. Dəyər verdiyiniz insanın qayğıya ehtiyacı var.
Kiminsə xoşuna gəlməyə çalışmayın. Öz işlərinizlə məşğul olun.
Axşam saatlarını maraqlandığınız işə ayırın. Hobbini yada salmaq olar.
Şir - Təmkinli olun. Harmoniya düşünülmüş fəaliyyətdədir. Fəaliyyət sahəsindəki yenilikləri dəqiqləşdirin, təhlil aparandan sonra məntiqi seçim edin.
Alış-verişdə kredit kartlarından çox istifadə etməyin. Kredit məbləğlərinin aylıq ödənişlərinin ilk baxışdan "kiçik" olmasına aldanmayın.
Günün ikinci yarısında rasionunuza fikir verin. Pəhrizə və ya məşqlərə başlamaq üçün münasib zaman deyil. Orqanizminiz üçün "stress-test" keçirməyin.
Qız - Hansısa məsələdə dərin şübhələriniz varsa, tələsik addım atmayın. Kompromisə, güzəştli həll variantına zərurət duyulur. İşlərin sonucunun uğur səviyyəsi məhz sizdən asılıdır.
Durumun maliyyə yönlərinə xüsusi fikir verin.
Günün ikinci yarısında yeni iş təklifi ala bilərsiniz. Gəlirlərin, yaxud maaşın müntəzəmliyinə, habelə məbləğinə xüsusi fikir verin. Hadisələrə ciddi təsir imkanlarına malik insanla əlaqə saxlayın. Sevdiyiniz insanın diqqət izharlarınıza ehtiyacı var.
Tərəzi - Situasiyanı tam anlamaq üçün praqmat olun. Hisslərin əsirinə çevrilməyin. Fəaliyyətinizin maddi ekvivalentini düşünün. Zəruri ehtiyacları və tələbatları ön plana çəkin. Yaşam və fəaliyyət əlavə xərclər tələb edəcək.
Günün ikinci yarısında işlərinizi effektləşdirə biləcək amillər, avadanlıq və ya vasitəyə yiyələnmək üçün əlinizdən gələni edin. Simiclik zamanı deyil.
Maddi durumunuzu götür-qoy edin. İzafi xərclər mənasızdır.
Axşam saatlarında informasiyanı təftiş edin.
Əqrəb - Münasibətlərdə tarazlığı qoruyun. Aqressiv, həyasız, davakar insanlardan uzaq durun. Maliyyə anlaşmaları, xidmət mübadiləsi və qarşılıqlı fəaliyyətlə bağlı məsələlər xüsusi aktuallıq kəsb edəcək. Yeni tərəfdaşlığa başlayarsınızsa, hərdəmxəyallıq etməyin. Yaradıcılıq alyansları üçün münasib zamandır.
Günün ikinci yarısında müzakirəni şouya çevirmək istəyənin planlarını alt-üst edin. İnandığınız, etibar etdiyiniz insan yanınızda olmalıdır. Axşam saatlarına yaxın tənhalıq, nisgil, bədbinlik istisna deyil.
Axtardığınız insan sizi arayır.
Oxatan - Vurnuxma və tələskənliyə aludə olmayın. Mövqelərinizin dayanıqlı, gəlirlərinizin stabil olmasını istəyirsinizsə, şirin dillərə, yaltaqlığa, şayiələrə inanmayın. Borc verməyin, borc almayın. Yalnız zərurət duyduğunuz əşyanın əldə olunması və ya yeni, gəlir vəd edən layihə üçün kredit götürmək olar.
Günün ikinci yarısında tənqidə kobud reaksyia verməyin. İmmunitetinizi gücləndirin. Sağlam qidalanın. Səhhətinizin qeydinə qalın.
Axşam saatlarına yaxın sosial şəbəkələrdə çox vaxt keçirməyin.
Beyninizi mənasız informasiya, idiotik xəbərlərlə yormayın.
Oğlaq - Yaşamdan həzz almağa çalışın. Fəaliyyətinizin konkret nəticələrinin daha yaxşı olması üçün mümkün variantlar arasından ən yaxşı taktikanı seçməlisiniz.
Biznesdə, yeni layihələrdə, habelə yaradıcılıq axtarışlarınızdakı aktivliyiniz sonucsuz qalmayacaq. Birgə fəaliyyətdə praktiki məsələlərin önəmi artacaq.
Günün ikinci yarısında sizə yalan danışacaq, arxadan zərbə vurmaq istəyəcəklər. Bədxah adamın çirkin niyyətinin reallaşmaması üçün sadəlövh olmayın. Hər deyilən sözə inanmayın. İnandığınız insanla əməkdaşlığı genişləndirin.
Dolça - Yaxın ətrafınızdakı insanlarla müqayisədə siz daha aktiv çalışmalısınız. Ağır fiziki işlər məsləhət deyl. Xırdalıqlara fikir verin, aktiv olun, enerjili insan təsiri bağışlayın.
Ümumi mənzərə barədə bitkin məlumatlar əldə etmək üçün səy göstərin.
Günün ikinci yarısında problemləri ilkin mərhələdə həll edin, onların ağırlaşmasına şərait yaratmayın. Rutin və cari işlərdən yayınmayın.
Maliyyə məsələlərində diqqətli olun. Evdə təmirə və ya abadlaşdırmağa başlamaq üçün əlverişli zamandır.
Balıqlar - Effektiv əməkdaşlığa, məhsuldar tərəfdaşlığa mane olan ziddiyyətləri aradan qaldırın. İşgüzar məsələlərin nəzərdən keçirilməsi zamanı xırdalıqlarda güzəştə getmək olar. Hansısa təfərrüat sizi narahat edirsə, anlaşmanın müvəqqəti və ya alternativ variantını təklif edin.
Günün ikinci yarısında gəlirləri artırmaq şansları var. Fərdiyyətçi olmayın, eqoistlik səviyyəsini artırın. Şəxsi münasibətlərdə qarşılıqlı diqqət və sayğı çox önəmlidir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şahzadə Harri və Meqan Marklın oxşarları işsiz qalıb
Sabahın HAVAsı
Taun xəstəliyinin Azərbaycanda yayılma təhlükəsi varmı? - AÇIQLAMA
Ömür yolu
Azərbaycan dili YouTube-da
Kitabların düzaynı
Arıqlamaq istəyənlərə xüsusi ŞORBA RESEPTİ
Azərbaycan və Türkiyə bayraqları təhqir edildi!
5 ay sonra yenidən barışdılar-FOTO
Ayaqqabı ipi bağlamağın 13 yolu
Azərbaycanda təhlükəli virus
JLo öz bədən quruluşu ilə HEYRƏTLƏNDİRDİ
Siqareti atmağa kömək edən “ağıllı” alışqan yaradıldı
Beyonsenin tətil xərci dodaq uçuqladır-FOTO
Windows 10 satışlarına start verildi
Sumqayıtdakı evlərin yeni qiyməti
Sevgilisi İrem Derici haqqında bunları dedi-FOTO
Gözəl sinə üçün yoqa (Fotolarla)
Günün ulduz falı
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
1 günə 20 min qazandı-FOTO/VİDEO
“Ağıllı” zibil qabı təqdim edildi
İstirahət gününün HAVAsı
Borc məhkəməyə qədər necə ödənilə bilər?
Müəllim olmaq istəyən abituriyentlərə müjdəli xəbər
Alimlər suni yağış yaradırlar
“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA
BÜRCLƏR bizə nə vəd edir?-4 Fevral
"Gül çələngi" piroqu (foto resept)
Ayaqqabı dünyası
Paşinyan: “Müdafiə xəttimiz dağıdıldı və bu fəlakətlə nəticələndi”
İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
"Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi"
Fransızsayağı ət (foto resept)
Google istifadəçiləri üçün xəbərimiz var
Onların sayı 70,4 milyona çatacaq
Qaymaqlı-qarağatlı keks (foto resept)
Ancelina Coli yeni filmə çəkilir
Təbii ağrıkəsici olan 5 qida
Gəlin əlcəkləri
Bu gün Milli Teatr Günüdür
Obamadan Cennifer Lopesə MƏSLƏHƏT - FOTO
Rahat doğuş üçün nəfəs məşqləri
Bakı Şərqlə Qərbin qapısı sayılır
“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq”
Keçmiş birinci xanım konsert verəcək
Okeana atılan plastik qablar hara yox olur? - ARAŞDIRMA
"13" və "666" rəqəmlərinin sirri nədədir?
İntiharların 15 ümumi səbəbi (1)
Şaxta baba ilə 11 il














