Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər davam etdirilir.
Təhsil Nazirliyi tərəfindən bu sahədə ötən bir il ərzində əhəmiyyətli qərarlar qəbul olunub. Bu barədə Milli.Az nazirliyin rəsmi saytına istinadən xəbər verir.
2014-2015-ci tədris ili üzrə pedaqoji ixtisaslar üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq edilib. Bir sıra ali təhsil müəssisəsi və ali məktəb filiallarına pedaqoji ixtisaslar üzrə, kolleclərə “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisaslarına qəbul dayandırılıb.
Kolleclərdə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.
İlk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib.
Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində tədris proqramlarının məzmununa yenidən baxılması nəzərdə tutulub.
Müəllimlərin yerdəyişməsi və mərkəzləşdirilmiş qaydada işə qəbulu elektron mexanizmlər əsasında müsabiqə yolu ilə həyata keçirilir.
Ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planı hazırlanır.
Növbəti tədris ilindən müəllimlərin praktik təcrübəsi ilə bağlı da yenilik tətbiq olunacaqdır. Belə ki, müəllim hazırlığı prosesində təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Bu məqsədlə məktəblərdə gələcək müəllimlər üçün təcrübə saatları artırılacaqdır.
Yeni tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcəkdir. Belə ki, bu ixtisasları öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcəkdir. Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir. Əğər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcəkdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İlbiz yedi, 3 il komada qaldı-FOTO
Badamlı, çiyələkli keks (foto-resept)
Mətin Şəntürk
Türk serialı dünyada səs-küy yaratdı – FOTO
Karyera, yoxsa ailə həyatı?
BÜRCLƏR bizə nə vəd edir?-28 Mart
Günün qoroskopu: prioritetləri müəyyənləşdirin
Dünya belə yanğın görməmişdi
Bakıda bu xəstəxana söküləcək - Yerində stansiya tikləcək
Prezident və xanımı parkda - FOTO
Sizə yaraşan rəngi tapın
Evsizlər üçün xüsusi palto hazırladı
Yeri təhlükə gözləyir-Foto
Psixoloq Doğan Cüceloğlundan tövsiyələr (1)
Əlavə pul qazanmaq istəyən müəllimlərə ŞAD XƏBƏR
Ramin Bayramlı: “Modul tipli xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi” - VİDEO
Məşhur aparıcı intihar etdi-FOTO
Pambıq şəkəri necə hazırlanır?
Marsda cırtdan məxluq tapıldı? - FOTO
Zəncirli ayaqqabı dəbi
Bakıda keçiriləcək Yeni İl yarmarkalarının ünvanları açıqlandı
Balıq kotleti (foto resept)
Ali məktəblərə keçid balları açıqlandı
Bakı metropoliteni Yeni ilə necə hazırlaşır?
Barselonada dünyanın ən böyük məscidi tikilir
Tkemali sousu (Gürcü mətbəxindən )
Avtomobilə dəyən ziyanın qiymətləndirilməsində YENİ TƏKLİF
Almalı, nanəli şirə (foto resept)
Birinci xanım: "Bağışla, əzizim"
Evdə paltar yumuşaldıcısı hazırlayaq
Lənkəranda bayram namazı qılındı, qurbanlar kəsilib, dualar oxundu
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (2)
Yaponiyada görünməmiş istilər
Məktəblilər üçün şad xəbər
Bengünün toyu üçün 5 yük maşınında gül gətiriləcək
Ebru Gündeş Bakıda konsert verəcək
Apple və Google-un dühası
Mikrodünyanın canlıları: Planktonlar
"Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir"
"Whatsapp"dan möhtəşəm YENİLİK
Hindistanda "turşu" qanunu qəbul edildi
Alla Puqaçova yenidən TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Çiyələkli dondurma (foto resept)
Qız atalarına ŞAD XƏBƏR - 10 MİN ALACAQSINIZ
Bu il 10 min ailə dağılıb
İranda 8 narkotacir asıldı
''İlan'' salatı
Dünyanın ən sürətli prosessoru hazırlanıb
Zövqlü don modelləri
85 yaşlı qadın fenomen oldu - VİDEO
- ŞƏRHLƏR