Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
I Axsitan ibn Mənuçöhr
(1160-1196)
Şirvanşahlar dövləti XII əsrdə Cənubi Qafqazda ən sabit dövlət olmuşdur. Hələ VI əsrdə Sasani şahənşahı Şirvan vilayətini idarə etmək üçün buraya Məzyədilər sülaləsindən olan hakimlər göndərir. Bu sülalənin nümayəndələri özlərini "şirvanşah", yəni "Şirvan hakimləri" adlandırmağa başlayırlar. Sasanilər, sonra isə Ərəb xilafəti dövründə şirvanşahlar xırda yerli hakim hesab olunurdular. Ərəb xilafəti parçalananda şirvanşah Heysam ibn Xalid 861-ci ildə öz müstəqilliyini bəyan edir. Beləliklə, xəritədə Şirvanşahlar dövləti meydana gəlir.
Dərbənddən Kür çayınadək ərazilərdə möhkəmlənən şirvanşahlar adətən neytral mövqe tuturdular. Bu onlara öz ərazilərində siyasi sabitlik yaratmağa imkan verir. Siyasi sabitlik isə öz növbəsində təsərrüfatın dirçəlişi və mədəniyyətin çiçəklənməsinə səbəb olur. 1027-ci ildə Məzyədilər sülaləsi əvəzinə hakimiyyətə Kəsranilər sülaləsi gəlir, lakin ölkənin siyasi inkişaf yolu dəyişməz qalır. 1066-cı ildə şirvanşah I Fəriburz güclü türk dövləti olan Böyük Səlcuq dövlətindən asılılığı qəbul edir. Şirvanşahlar dövləti səlcuqlara vergilər ödəməli və lazım gəldikdə əsgəri qüvvə ilə kömək göstərməli idi. Asılılıqdan yaxa qurtarmağa çalışan şirvanşahlar, nəhayət, 1123-cü ildə buna nail olurlar. Bir tərəfdən səlcuqlar, digər tərəfdən gürcülərlə mübarizə şəraitində hakimiyyətə gəlmiş şirvanşah III Mənuçöhr 1120- 1160-cı illərdə düz 40 il hakimiyyətdə olmuş və dövləti gücləndirmişdir. III Mənuçöhrün oğlu I Axsitan (bəzi mənbələrdə I Axsartan) 1160-1196-cı illərdə hakimiyyətdə olmuşdur. Şirvanşah I Axsitan tarazlaşmış xarici və daxili siyasət həyata keçirmişdir. Azərbaycan Atabəyləri dövləti ilə sıx dostluq əlaqələri yaradan şirvanşah Gürcüstanla da dostluq əlaqələri qurmuşdur. 1173-cü ildə Gürcüstanda çar III Georgiyə qarşı iri feodalların qiyamı qalxanda şirvanşah ona hərbi kömək göstərmişdir.
I Axsitanın vaxtında ölkədə sənətkarlıq və ticarətin inkişafına böyük diqqət yetirilir, haqsız vergilər və rüsumlar ləğv edilir. Nəticədə Şirvanşahlar dövləti Şərqdə ən varlı dövlətlərdən birinə çevrilir, onun Şamaxı, Dərbənd, Bakı, Şabran, Quştasfi şəhərləri iri ticarət və sənətkarlıq mərkəzləri kimi məşhurlaşır. Əvvəllər səlcuqlara vergi kimi göndərilən 40 min dinar indi müdafiə tikililərinin inşasına, ordunun gücləndirilməsinə, hərbi gəmilərin yaradılmasına yönəldilir. Qısa zaman ərzində hərbi dəniz qüvvələri Şirvanşahlar ordusunun vacib tərkib hissəsinə çevrilir. Şirvan hərbi gəmiləri "şəbəkə" tipli döyüş və "baqala" tipli nəqliyyat gəmilərindən ibarət idi. Hərbi donanmaya "əmir əl-bəhr", yəni "dəniz sahibi" adlanan vəzifəli şəxs başçılıq edirdi. İri gəmilərin kapitanları "əmir", xırda gəmilərin kapitanları "rəis", köməkçi gəmilərin kapitanları isə "iştiyyam" adlanırdı. Dövlətin bütün hərbi gəmiləri Bakı şəhərinin hərbi limanında cəmləşdirilmişdi.
Şirvan donanmasının hərbi bazası da Bakıda yaradılmışdı. Limanın müdafiə sistemi şəhərin sahilyanı divar xəttindən, Səbayıl qalasından və xəbərdarlıq bürclərindən ibarət idi. Sahilyanı divar xətti hələ şirvanşah III Mənuçöhrün əmri ilə inşa edilmişdi və şəhəri hər tərəfdən əhatələyirdi. Divar xəttinin bir hissəsi dənizə doğru–Səbayıl qalasına tərəf gedirdi. İndi həmin qala divarı İçərişəhəri əhatələyir. Öz dövrü üçün möhtəşəm qalalardan biri olan Bakı qalası müxtəlif forma və ölçülü bürclərlə gücləndirilmişdi. Qala divarının önündə dərin xəndək qazılmışdı. Düşmən qoşunları şəhərə yaxınlaşanda xəndək dəniz suyu ilə doldurulurdu. Xəndəyin olması düşmənin divardağıdan qurğularının divara yaxınlaşmasına imkan vermir, üstəlik, divarın altına lağım atmağa da mane olurdu.
I Axsitan hakimiyyətə gəldikdən sonra 1161-ci ildə Bakıda inşasına başlanan Qız qalası rəsədxana və mayak rolunu oynamışdır. Hündürlüyü 28 m, divarlarının eni 4-5 m olan belə möhtəşəm qurğunun inşa edilməsi göstərir ki, şirvanşah I Axsitan ölkədə elmin inkişafına böyük diqqət yetirirmiş. Təsadüfi deyil ki, Qız qalası orta əsr Azərbaycan memarlığının unikal incilərindən biri sayılır. 1175-ci ildə Şirvanşahlar dövləti xarici təcavüzə məruz qalır. 73 gəmidən ibarət rus donanması Volqa çayından keçərək Xəzərə çıxır və Şirvan sahillərinə yan alır. Onlarla əlbir olan qıpçaqlar şimaldan Dərbənd keçidini aşaraq quru yolla Şirvana hücum edirlər. Qıpçaqlar Dərbənd və Şabranı zəbt edirlər. Rus donanması Xəzərdən Kürə keçib irəliləmək və əraziləri talamaq məqsədi güdürdü. Lakin şirvanşahın hərbi donanması kifayət qədər güclü idi. Sarı adası yaxınlığında baş vermiş dəniz döyüşündə şirvanşah rus donanmasını darmadağın edir, rusların 75 gəmisindən 73-ü geri çəkilib aradan çıxır. Bu qələbə orta əsrlər dövründə rusların dənizdən Azərbaycana hücumlarına birdəfəlik son qoyur. Qıpçaqların qarşısını almaq mümkün olsa da, onları ölkədən çıxarmaq çox çətin idi. Belə şəraitdə yaxşılığı unutmayan gürcü çarı III Georgi şirvanşahın köməyinə gəlir. Birləşmiş Şirvan-gürcü qoşunları qıpçaqları ölkədən qovur. Bu qələbələr, əlbəttə, şirvanşah I Axsitanın nüfuzunu artırır.
1192-ci ildə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhəri güclü zəlzələ nəticəsində dağılır. Şəhərin əksər iri və xırda binaları uçur, on minlərlə insan həlak olur. Həlak olanlar arasında şirvanşah I Axsartanın ailəsi də var idi. Yer təkanlarının gücü o dərəcədə böyük imiş ki, hətta yaxınlıqdakı dağ qalalarında da dağıntılar olur. Şamaxılıların köməyinə bütün Azərbaycandan minlərlə insan gəlir. Ümumi səylərlə şəhər yenidən bərpa olunmağa başlayır. Lakin şirvanşah yaxşı başa düşür ki, zəlzələ yenidən təkrarlana bilər. Ona görə də yeni paytaxt üçün yer seçir. Beləliklə, Bakı şəhəri Şirvanşahlar dövlətinin ikinci, ehtiyat paytaxtı elan edilir. Məqsəd hər hansı bir təhlükə yaranarsa, hökuməti və xəzinəni Şamaxıdan Bakıya köçürmək idi. XII əsrdə Bakı şəhəri artıq paytaxt ola biləcək qədər böyüyür. Şəhərdə gedən tikinti işləri geniş vüsət alır. Saraylar və qalalar, bazarlar və dükanlar, məscidlər və mədrəsələr şəhəri bəzəyir. Sənətkarlıq-ticarət mərkəzi kimi inkişaf edən Bakı Dərbənddən sonra Xəzər sahilində ikinci mühüm ticarət limanı hesab edilir və əsasən neft və duz istehsalçısı kimi şöhrət tapır. Şəhərdə gəmi tərsanələri, sənətkar emalatxanaları, anbarlar, evlər və imarətlərin sayı günü- gündən artır.
Şirvanşah I Axsitanın hakimiyyəti illərində Azərbaycanın Şirvan bölgəsində yaranmış siyasi sabitlik, onun Azərbaycan Atabəyləri dövləti və Gürcüstanla dostluq siyasəti, hərbi qüdrətinin artması iqtisadi inkişafa və mədəniyyətin tərəqqisinə müsbət təsir göstərir.
XƏBƏR LENTİ
Türkiyə prezidenti Uqanda və Keniyaya səfər edəcək
2020-də daha gözəl vaxt keçirmək üçün...
BÜRCLƏR bizə nə vəd edir?-20 Yanvar
Depressiyadan rəsm çəkərək xilas oldu
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Qadınlarda sidik qaçırma
"Azərbaycanın yaraşıqlı kişi siması-necə olmalıdır?!"
Gözəlliyinizə kölgə salan makiyaj xətaları
Azərbaycanın bir kəndi qorxu içindədir
Goranboyda 3 gündür bütün apteklər bağlıdır
Qadın omba əməliyyatında öldü-FOTO
Yorğunluğun qarşısını alan məhsullar
Ardanın klubu finalda
Kraliça türk serialına görə Çağırış etdi
Sarqısyanla Ovannisyanın söz savaşı
Kosmik gəmi havada yandı
Şeyma Subaşı da “karantin yastıq çellenc”ə qoşuldu - FOTO
Qadin.Netlilərin maraq dünyası (SON)
Palto modelləri
Zirəddin Rzayevdən tükürpədici proqnoz: "Bu il İblisin ilidir"
Cırıq qaloşlar muzeyə qoyuldu
Ərdoğandan təsirli sözlər: “Şuşanın başının üzərindəki duman artıq dərdli deyil”
Rusiyalı model Anastasiya Reşetova reper Timatidən ayrılıb.
Duzdan miqdarında istifadə edin
BÜRCLƏR bizə nə vəd edir? - 2 Mart
Yeni ildə spirtli içkilərin SATIŞINA QADAДћA
Bu əczaçılara QADAДћA
Ağdamda bu gün partlayış olacaq
Bacı-qardaş qısqanclığının qarşısının alınması
Pomidorun orqanizmə xeyri
Bakıya duman gələcək
Suyunuza limon şirəsi qatın, görün nə olur?
Müxtəlif peşə sahiblərinin qəribə inancları...
"Neftçi", “Bakı” və "Sumqayıt" qalib gəldi
Ermənilərin aprel döyüşlərində vurduğu ziyan açıqlandı
Dünyanın ən ağır karp balığını tutdular
Azərbaycanlı şagird dünya çempionu oldu
Evi stressiz mühitə çevirmək üçün...
Xilal
Azərbaycanın kosmosdan çəkilmiş şəkli astronavtı təəccübləndirdi
Azərbaycan əhalisinin neçə faizi təqaüdçüdür?
Manat bir qədər bahalaşdı
Çəki artırmayan çərəzlər
Münasibətinizin hansı dönəmini yaşayırsınız?
İnstaqram-ın funksiyası WhatsApp-a gəlir - FOTO
Yenidən trend olan 90-ci illərin saç modelləri
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Nazirlikdə boş iş yeri var
Arıqlamaq istəyən üşüsün
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB















- ŞƏRHLƏR