Cari il aprelin əvvəlində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artileriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, artileriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəyib və ya onlar dağıdılaraq tam yararsız hala salınıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.
Baş prokuror qeyd edib ki, Ermənistan tərəfindən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması, eləcə də mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi və digər faktlara görə Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq qısa müddətdə təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupları yaradılıb.
Bildirilib ki, cinayət işləri üzrə dağıdılmış evlərə və sosial obyektlərə müvafiq komissiyaların üzvlərinin iştirakı ilə müasir texniki vasitələrdən istifadə etməklə hərtərəfli baxış keçirilib, Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətləri təsdiq edən maddi sübutlar aşkar edilərək götürülüb, dəymiş ziyanının məbləğinin, mülki şəxslərin ölümünün səbəblərinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar keçirilməklə rəylər alınıb, çoxsaylı zərərçəkmiş şəxslər və şahidlər dindirilib, erməni vəhşiliklərini sübut edən zəruri sənədlər əldə olunaraq cinayət işlərinin materiallarına əlavə edilib. Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.
Milli.Az

XƏBƏR LENTİ
“Ramo”da gözlənilməz ayrılıq - FOTO
Kağız güllər
Koronavirusdan ölənlərin meyitlərində gözlənilməz dəyişikliklər
Saqqallı kişilər daha çox xəyanət edir
Erməni helikopteri niyə məhz bu gün vuruldu?
Emin Etiraf Etdi-FOTO
Bakının bu rayonlarında 300-dən çox bina, 166 ev söküləcək
DÇ-2014.Püşkatama
Tibb işçilərinin nəzərinə!
İntibah dövrünün rəsmləri bu günümüzdə
Kəs və yapışdır-33
Gökçe Bahadır Hindistana gedir-SƏBƏB
Qadin.Netlə birlikdə hamiləlik (X həftə)
Ledi Gaga yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Boşansalar da ayrılmadılar-FOTO
Kredit borcu olanlar - bu xəbəri MÜTLƏQ İZLƏYİN!
Hadisənin uşaqlıq fotosu
Final türk hakimlərə tapşırıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 101 yeni yoluxma
Bilmək maraqlıdır
Azərbaycan oktyabrın 27-də qış vaxtına keçəcək
Günün ulduz falı
“Eurovision-2014”ün yarımfinal və final mərhələsinə biletlər aprelin 4-dən satışda olacaq
İpoteka kreditləşməsində yeni mərhələ
Həkim qərəzinin nəticəsi, yoxsa?..
Ən əlverişli və əlverişsiz avtomobillər seçildi
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Dünyanın ən gözəl modelləri ən gözəl yerlərdə
Asan salat (foto resept)
“Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir” - Mehriban Əliyeva
Emoji çanta düzəltmək
Azərbaycanda E.ə II əsrə aid "Bərəkət ilahəsi" tapıldı-FOTO
Robot model gözəlliyi ilə məşhurlara rəqib oldu-FOTO
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
"Barselona"dan növbəti transfer
Məşhur aktyor evləndi-FOTO
Yeni şahzadə doğuldu - FOTO
Mübariz Qurbanlı: "Beynəlxalq münasibətlərin fundamental prinsiplərində çox dərin böhran yaranıb"
HAVA necə olacaq?-26 Oktyabr
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Apple bu bazarda da haqlanır
Millimiz türk klubunu darmadağın etdi: 8 qol
Sizdən xoşu gəldiyini necə başa düşə bilərsiniz?
Sabahın HAVAsı
Analar gününüz mübarək!
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Bulvarda istirahət edənləri "soya" bilməyəcəklər
Anlamaq üçün yenidən baxmalı olacaqsınız
Günün qoroskopu: Ağlınızı işlədin!
