Azərbaycanda ali məktəblərdə pedaqoji ixtisas üzrə təhsil almaq istəyən gənclərə gələn ildən yeni proqramlarla dərs keçilməsi nəzərdə tutulur.Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən bakalavriat səviyyəsində müəllim hazırlığı aparılan ixtisaslar üzrə yeni nəsil təhsil proqramları hazırlanıb. Artıq onların ekspertizası həyata keçirilib. Proqramlar təsdiq edildikdən sonra növbəti tədris ilindən onların tətbiqinə başlanılması nəzərdə tutulur.Bu proqramların əvvəlki təhsil proqramlarından əsas fərqi isə odur ki, yeni proqramlar hazırlanacaq mütəxəssislərin bilik, bacarıq və kompetensiyalarına əsaslanır. Proqrama daxil olan fənlərin məzmunu tələbələrin həmin bilik, bacarıq və kompetensiyalara yiyələnməsini təmin edəcək.TN tərəfindən müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxılmasının səbəbi ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu zamanı imtahan vermiş namizədlərin bir qisminin bilik səviyyəsinin kifayət qədər yüksək olmamasıdır. Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant müəllim vəzifəsinə işə qəbul olunmaq üçün imtahan verən 15030 nəfərdən yalnız 1474-ü işə qəbul edilib.Təhsil naziri Mikayıl Cabbarov da hesab edir ki, ali məktəb məzunlarının göstəriciləri və müəllimlərin işə qəbulu üçün kecirilən imtahanlar müəllim işləmək istəyənlərin bilik səviyyəsinin qaneedici olmadığını göstərir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ebru Gündeş 25 milyonluq villasından köçür-SƏBƏB
Bu günün hava proqnozu
Körpənizin dərisini rahatlatmaq üçün bunu edin!
Qeyri-adi memarlıq nümunələri
Avropadan Türkiyədəki seçkilərə ilk münasibət
Paşinyan: “Çox böyük itkilərimiz var, son günlər geri çəkilmişik”
Rus Dili dərs-8
Qaçqın ailələri üçün problem: necə etməli?
Trampın saçlarının SİRRİ AÇILDI - FOTO
Məşhur müğənni həbs oluna bilər-SƏBƏB
“Oskar” mükafatını qazanmaq üçün yeni kriteriyalar açıqlandı
Azərbaycan daha bir ölkədə səfirlik açır
Nüsrətin duzsəpmə hərəkəti onun həbsinə SƏBƏB OLDU - FOTO
Tərtər şəhəri atəşə tutulub - RƏSMİ
"WhatsApp"-da yenilik!
Yay üçün donlar
Sevginizi qorumaq üçün 5 tövsiyə
Nobel prospektindəki çökmə getdikcə dərinləşir (FOTO)
Yağ yandıran qidalar
Hava haqqında
Dağlar qoynunda unikal tryuk
Azərbaycanda Neftçilər Günüdür
Premenstrual sindromun qara zirə ilə müalicəsi
Həkimlər kişinin başında 26 il qalan bıçağı çıxardılar - FOTO
Azərbaycanda məzuniyyət günləri artırılacaq
Müasir vanna otaqları
Fahriye qarnını gizlətdi-FOTO
Azərbaycanda taksilərlə bağlı dəyişiklik
Düşmən hərbçilərimizi iriçaplı pulemyotlardan və snayperlə atəşə tutdu
Bakının bir hissəsi susuz qalacaq
Bakıda ilk dəfə
I sinfə qəbulunun gecikmə səbəblərini açıqladı
Təbii makiyaj təmizləyiciləri
Pesto souslu makaron (foto resept)
“Haber Global” Kəlbəcərin incisi Xudavəngdə - VİDEOREPORTAJ
“Vətən Müharibəsi Qəhrəmanı” adı verilən 26 yaşlı şəhidimiz
"Bizi "Eurovision"da Elnur təmsil edəcək"
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb
Saçı qidalandıran yumurta maskası
Şokoladlı truffle (foto resept)
Qadın və kişilər üçün gözəl kimdir?
Köklü graten (foto resept)
Ayın ən maraqlı xəbəri (Aprel ayı)
Arıqlamağa kömək edən tərəvəz və meyvə suları
Sabah hava necə olacaq?
Təhsilimizdə böyük dəyişiklik
Şabalıdın dəriyə faydası və şabalıd maskası
Niyyətin yaxşılıq olsa...
"O" və "Ö" hərfləri ilə başlayan adların mənası
118 yaşında səs verdi - VİDEO
- ŞƏRHLƏR