Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Züleyxa Seyidməmmədova
(1919-1999)
Züleyxa Həbib qızı Seyidməmmədova 1919-cu ildə Bakıda anadan olub. 1934-cü ildə orta məktəbi bitirən Z.Seyidməmmədova M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olub. Ailəsi onun institutu bitirib Bakı zavodlarının birində mühəndis kimi çalışacağını düşünürdü. İnstitutda oxuduğu dövrdə Züleyxa Azərbaycanın ilk tələbə aeroklubuna yazılır və təyyarələrdə uçmağı öyrənir. O dövrdə respublika rəhbərliyi aviasiyanın inkişafına böyük diqqət yetirir, yaxşı anlayırdı ki, bu gün aeroklubda vaxt keçirən tələbələr sabah hərbi və ya mülki aviasiya sıralarına daxil ola bilərlər. Dərslərə böyük həvəslə yanaşan Züleyxa Seyidməmmədova sonralar Azərbaycanın ilk qadın təyyarəçilərindən oldu.
Təyyarəçiləri havaya buraxmazdan əvvəl onlar paraşütlə davranmağı öyrənirdilər. Paraşütçülük dərslərinə böyük diqqət yetirən Z.Seyidməmmədova idman yarışlarında da iştirak edirdi. İnstitutun son kursunda o artıq Bakı aeroklubunda paraşütçü-təlimatçı işləyirdi. 1935-ci ildə paraşütçü-təlimatçı kimi Rusiyaya göndərilən Z.Seyidməmmədova Moskvada paraşütçülərin ilk ümumittifaq toplantısında iştirak edib. Şərq, müsəlman qadınının cəsarətlə paraşütlə tullanması hamıda heyrət doğurur, o dövrün mətbuatı bu faktları sensasiya kimi qiymətləndirirdi. Sovet dövlətinin rəhbərləri ilə paraşütçülərin görüşündə İ.Stalin, S.Orconikidze, M.Kalinin və b. azərbaycanlı qadının cəsarətinə heyran qalmışdılar. O dövrdə Z.Seyidməmmədovanın fəaliyyəti sovet quruluşunun nailiyyəti kimi qeyd olunur, mətbuatda geniş şərh edilirdi.
1938-ci ildə institutu mühəndis-neftçi peşəsi üzrə bitirən Z.Seyidməmmədova artıq peşəkar təyyarəçi olmaq qərarına gəlir. Sakit, stabil həyatı, o dövr üçün prestijli vəzifəni qoyub Moskvaya yollanır və SSRİ aviasiya kadrları hazırlayan ən mötəbər elm və təhsil ocağı olan N.E.Jukovski adına Hərbi Hava Akademiyasının şturman fakültəsinə daxil olur. Müharibə başlayanda Hərbi Hava Akademiyasını bitirən Z.Seyidməmmədova akademiyada qalmaq təklifini almış, təklifi qəbul edərək müəllim kimi çalışmışdır. O, Moskvanı havadan qoruyan və əsasən akademiya işçilərindən və müdavimlərindən təşkil edilən qırıcı təyyarəçi alayına göndərildi, qırıcı eskadrilyasında şturman vəzifəsində çalışmağa başladı.
Müharibənin ilk dövründə sovet rəhbərliyinin buraxdığı səhvlər ucbatından sovet aviasiyası böyük itkilər vermişdi. Müharibənin ilk günü 1200 təyyarə məhv edilmişdi ki, onların da böyük əksəriyyətini almanlar elə aerodromlardaca bombalamışdılar. Təyyarəsiz qalmış pilotlar piyada hissələrin tərkibində döyüşlərdə iştirak edir, bir çoxu həlak olurdu, bu isə sovet aviasiyasına daha bir zərbə idi. 1941-ci ilin payızında, cəbhələrdə ağır döyüşlər gedən dövrdə qadınlardan ibarət hərbi təyyarə hissələri yaratmaq ideyası yarandı. Mülki və hərbi aviasiyada çoxlu qadın var idi, lakin onlar döyüşlərə göndərilmirdilər. Arxa cəbhədə yeni aviasiya məktəbləri və kursları açmaq, onların müdavimləri təyyarəçi kimi hazırlıq keçdikdən sonra qadın aviasiya hissələrini geri çağırmaq olardı. Bu ideya qəbul edildikdən sonra onun həyata keçirilməsi istiqamətində əməli iş aparılmağa başlandı.

Qadın təyyarəçilərin sayı 3 aviasiya alayını yaratmağa imkan verirdi. Qısa müddət ərzində qırıcı, həmlə, yüngül bombardmançı (gecə bombardmançıları) alaylarını yaratmaq qərarı qəbul edildi. İndiyədək dünya aviasiyası tarixində qadınların hərbi aviasiyaya qəbul edilməsi təsadüfi hallarda baş vermişdi, sırf qadınlardan ibarət aviasiya hissələrinin yaradılmasından isə söhbət belə gedə bilməzdi. Tapşırığı yerinə yetirmək ən məşhur sovet təyyarəçilərindən olan M.M.Raskovaya tapşırıldı. SSRİ-də ilk qadın-şturman, ən məşhur rekord uçuşlarının iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı M.Raskova hərbi aviasiyaya aidiyyəti olan qadınları ətrafına topladı və onların köməyi ilə mülki aviasiyada işləyən, həmçinin aeroklubları təzəcə bitirən qadın təyyarəçiləri Moskva ətrafında yerləşən aerodromların birində toplamağa başladı. Ona bu işdə bir neçə təcrübəli təyyarəçi qadın, o cümlədən Z.Seyidməmmədova kömək edirdi.
Qırıcı eskadrilyanın şturmanı Züleyxa Seyidməmmədova 1941-ci ilin oktyabrında M.Raskovanın sərəncamına göndərildi. Qadınlardan ibarət qırıcıların seçilib hazırlanmasına o cavabdeh idi. Artıq 1941-ci ilin noyabrında şərti adı "122- ci aviasiya qrupu" olan hərbi hissə təşkil edildi. Onun tərkibinə 586-cı qırıcı alay, 587-ci bombardmançı alay, 588-ci gecə bombardmançı alayı daxil idi. 1942-ci ilin
yazınadək alayların şəxsi heyəti gərgin məşqləri davam etdirdi.
Z.Seyidmommədova 586-cı qırıcı alayın şturmanı oldu. Alay 144-cü aviasiya diviziyasının tərkibində döyüşlərə atıldı. Stalinqrad uğrunda gedən döyüşlər, Voronej, Kostroma üzərində gedən döyüşlərdə Züleyxa Seyidməmmədova təkcə alayın şturmanı kimi deyil bilavasitə təyyarəçi kimi iştirak edirdi. Həmçinin, hər döyüşdən əvvəl təyyarəçilərin təlimatlandırılması, öyrədilməsi onun vəzifəsi idi. 1943-cü ilin yayında o, Kursk üzərində döyüşlərdə iştirak etdi. Bıırada gedən qızğın hava döyüşlərində faşist Ahnaniyasının ən məşhur aviasiya hissələri məhv edildi. Səma döyüşlərində çox vaxt radioefirdə "Sokol" ("Şahin") çağırışını eşitmək olardı. Bu Z.Seyidməmmədovanın çağırış kodu idi.
586-cı qırıcı alay Volqadan Vyanayadək döyüş yolu keçdi, 4419 döyüş uçuşu keçirdi, 125 döyüş apardı, 38 alman təyyarəsi vurdu. Şəxsən 500 döyüş üçuşu keçirən Z.Seyidməmmodova bir neçə alman təyyarəsini vurmuşdu. Qələbədən sonra qadınlardan ibarət aviasiya hissələri ləğv edildi. Züleyxa Seyidməmmədova da 1945-ci ilin dekabrında kapitan rütbəsində istefaya çıxdı və Azərbaycana qayıtdı.
1946-cı ilin əvvəlində Z.Seyidməmmədova Bakı şəhər Partiya Komitəsində işə qəbul edildi. Sonralar o, Azərbaycan Kommunist Partiyasının Mərkəzi İcraiyyə Komitəsi tərkibində müxtəlif məsul vəzifələrdə işləməyə başladı. Xarakterinə xas qətiyyət, müharibə illərində qazandığı insanları səfərbər etmək, təşkilatlandırmaq qabiliyyəti ona çox kömək edirdi. Ona tapşırılan bütün işləri canla-başla yerinə yetirirdi.
1952-1974-cü illərdə o, Azərbaycan SSR sosial təminat naziri vəzifəsində işləmişdir. 1970-ci ildə "Təyyarəçi qadının qeydləri" kitabı işıq üzü görmüş və rəğbətlə qarşılanmışdır. O, Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" və başqa orden və medallarla təltif edilmişdir.
Züleyxa Seyidməmmədova 1999-cu ildə vəfat etmişdir.
XƏBƏR LENTİ
11-ci sinif şagirdlərinə bəd xəbər
Maraqlı kitab rəfləri
Ramazanda ağzında yaranda qoxunu necə aradan qaldırmalı?
2014-cü ilin gəlinlik modelləri
Günün qoroskopu: hisslərinizi etiraf edin
Günün ulduz falı
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi
Cəbhədə silahlar susmayıb
Məşhur Maqnat 150 milyonluq ev aldı
Mən arıqladım!
Neslihanın ev halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Lavaş ruleti (foto resept)
Sosial media məsum deyil
İspanaqlı toyuq ruleti
Hande Erçel hər kəsi təəccübləndirdi
Beyninizi qorumağın 10 yolu
Qarğıdalı salatı (foto-resept)
Serenay Sarıkaya diqqət çəkdi-FOTO
İkinci, dağılmış Yer tapıldı
Dünya şöhrətli "Turandot" Nizami Gəncəvinin əsəri çıxdı
Şakira İsraildə verəcəyi konserti LƏДћV ETDİ
Günün ulduz falı
Moruqlu bisküvit (foto resept)
Enrikenin yeni doğulan körpəsi - FOTO
"Qızıl top"un yeni sahibi məlum oldu - FOTO
Nazir karantin rejimi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Futbolçu jurnalisti belə xilas etdi - VİDEO
10 ən güclü sülalə
TƏBİB rəsmisi kimlərə antivirus preparatları verilmədiyindən danışdı
Məişət texnikası da bahalaşdı
Dünyanı bu bəladan pişiklər xilas edəcək
"Arka sokaklar"dan sonra heç bir serialı alınmır
Dünya şöhrətli bakılı alim
Leyla Lydia Tuğutlunun gözəllik sirləri
Siqaret yenidən ucuzlaşdı
Avropa Azərbaycanın əməliyyatından qorxdu
Məşhurlar və övladları
Ərdoğan: “Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək səylərini dəstəkləyirik”
Dünyanın ən qorxunc körpüləri
Demet Özdemir sevgilisindən koronavirusa görə ayrıldı-FOTO
Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib
DİQQƏT: bu istilərdə beyin qanaması keçirə bilərsiniz
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Yüksələn dərd: təzyiq
Türkiyə Rusiya ilə sərhədləri açır - Dəqiq tarix bəlli oldu
Kerri özünə erməni müşavir seçdi
"Gözü yaşlı Xocalım"
Koronavirusa görə komaya düşən hamilə qadın əkiz uşaqlar dünyaya gətirdi
2013-cü ilin saç modelləri
Leonardonun adası hər kəsi təəccübləndirdi















- ŞƏRHLƏR