
Qan təzyiqi əksər insanların əziyyət çəkdiyi bir haldır. Tam olaraq xəstəlik kimi qeydə alınmasa da, təzyiqli insanların yaşamı heç də asan olmur. Daim oynayan təzyiqlə yaşayanlar isə hər an ölüm riski ilə üz-üzə qalır.
Buna baxmayaraq geniş kütlənin əziyyət çəkdiyi bu bəlaya çox az insan həssaslıqla yanaşır. Çünki təzyiq bəzən özünü hər hansı bir simptom ilə üzə çıxarmır. Kritik dövrdə xəstə artıq təzyiqi olduğunu öyrənir və bu mərhələdən sonra isə illərlə üzə çıxmayan təzyiqə qarşı biganə olur. Əslində isə təzyiqdən əziyyət çəkən hər bir insan risk altındadır. Təzyiqin dəqiq yaşı yoxdur. Bəzən 20 yaşlı gəncin belə yüksək təzyiqdən əziyyət çəkdiyi görülür. Hansı səbəbdən yarandığı bəlli olmasa da, ehtimallar çoxdur. 90% təzyiqli insanların təzyiqin nədən yaranması bilinmir. Təzyiq nə qədər də ciddiyə alınmasa da, infarkt və insultun böyük faizini təzyiq tutur. Statistika göstərir ki, hər 100 insandan 69-u infarkt, hər 100 insandan 76-nın insult keçirməsinə səbəb elə təzyiqdir. Həkim müayinəsində olmadan hər hansı preparatın qəbul edilməsi, təzyiqə diqqət olunmaması təzyiqin daha da yüksəlməsinə səbəb olur.
Kardiocərrah Mehman Sultanovun sözlərinə görə, yüksək və oynaq təzyiq əhalinin əziyyət çəkdiyi ən qlobal problemdir. Bəzən yaşı az olan yeniyetmələr belə olduqca yüksək təzyiqdən əziyyət çəkir və təzyiqin göstərdiyi simptomları cavanlıq yorğunluğuna bağlayır. Əslində isə təzyiq anidən qalxdığı kimi anidən yaranmır. Uzun illər gizli inkişaf edərək son həddə qorxulu bir hal alır: "Həkimə müraciət edən xəstələrin əksəriyyəti onlarda olan yüksək təzyiqi qəbul etmir. Hər 3 xəstədən, demək olar ki, 2-si özbaşına dərman preparatları qəbul edib təzyiqi normada saxlamaq üçün çalışır. Bir xəstə qrupu var ki, onlar sadəcə həkimə gəlməklə düzələcəyini hesab edir və yazılan dərmanları daha sonra qəbul etmir. Təzyiqin əhali arasında bu qədər geniş yayılmasının səbəbi də budur".
Həkim deyir ki, yorğunluğun və xəstəliklərin əlamətləri ilə eyni olan yüksək təzyiqin əlamətləri insanları çox vaxt çaşdırır. Elə bu səbəbdən də təzyiqin qalxdığını bilməyən xəstə müxtəlif vasitələrlə bu narahatlıqlardan qurtulmaq istəyir. Halbuki, bir neçə simptoma diqqət yetirərək təzyiqin yüksəldiyini başa düşmək mümkündür: "Baş ağrısı, başın dönməsi, ürəkdə sancmalar, yanaqların qızarması, nəfəs darlığı, qulaqlarda küyün yaranması, burun qanamaları, ürək ritmində oynamalar onu göstərir ki, artıq təzyiqdə yüksəlmə var. Bu zaman xüsusi təzyiq aparatı ilə sistolik (böyük təzyiq) və diastolik (kiçik təzyiq) təzyiqləri qeydə almaq lazımdır. Təzyiqin yüksəklik diaqnozunun qoyulması üçün ikisindən birinin normadan yüksək olması lazımdır. İdeal təzyiq 120-80 olaraq qeyd olunur. Normal təzyiq ideal təzyiqdən 5-9 ritm artıq ola bilir. İnsandan asılı olaraq normal, amma tibbi cəhətdən çox hesab olunan təzyiq 140-90, bundan yüksək olan rəqəmlər isə artıq yüksək təzyiq sayılır. Təzyiqin yüksəlməsi ciddi qəbul edilmir, amma bu, damarların daralmasına, ürəyin genişlənməsinə, ürəyi qidalandıran damarların tıxanmasına, beyin qanamasına, böyrək çatışmazlığına və bu kimi bir çox həyati risk daşıyan proseslərin yaranmasına səbəb olur".
Həmsöhbətimizin dediyinə görə, arterial təzyiqi olan insan özünü qorumalı, uzanmalı, yatmalı, az hərəkət etməlidir ki, təzyiq qalxmasın kimi fikirlər yanlışdır. Eyni zamanda alınan və qəbul edilən preparatların da düzgün seçilməsi vacibdir. Çünki yalnız düzgün təyin olunan preparat təzyiqi qaydasında saxlamağa qadirdir: "Təzyiq dərmanlarının sayı çoxdur. Təzyiq həbləri fərdidir. İnsandan insana onun təzyiq normalarına görə fərqlənir. Bu səbəbdən həkim tərəfindən preparat və dozanın təyin edilməsi vacibdir. Təzyiqi az olan insanların yüksək dozalı preparat qəbul etməsi özü belə təhlükədir. Bu qaş düzəldən yerdə göz çıxarmaq kimi bir şeydir".
Bəzi insanlardan "təzyiqim hətta 180-200-ə qalxanda, özümü normal hiss edirəm, bu, mənim "raboçi" təzyiqimdir" kimi ifadələri eşitmək olur. Bu insanlar fikirləşir ki, əgər hər şey normaldırsa, heç yeri ağrımırsa, müalicə etməyə də ehtiyac yoxdur. "Bu, çox təhlükəli yanılmadır. Tibbdə "raboçi" təzyiq kimi termin yoxdur. Yüksək təzyiq özünün heç bir əlamətlə bürüzə verməsə belə, xəstənin orqanizmində geriyədönməz patoloji dəyişikliklərə səbəb olur ki, bunların nəticəsində insan əlilə çevrilə bilər" deyən müsahibimiz bildirir ki, bundan əlavə, yüksək arterial təzyiq infarkt və insultun əsas risk faktorudur. Sağlam həyat üçün isə müayinə, göstərişsiz həb qəbul etməmə və daimi həkimlə kontakta olmaq çox vacibdir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kəsmikli-kişmişli piroq (foto resept)
Mükəmməl ziyafət donları
Ən maraqlı 6 psixoloji effekt
Ronaldonun 2 milyon avroluq saatı diqqət çəkdi - FOTO
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
Təbii maskalar
Toyuq qutabı (foto-resept)
Məşhur ulduz Antalyada konsert verəcək
Cənub istiqamətində bölmələrimizin minaatan taqımının məhv edilməsi xəbəri cəfəngiyyatdır - RƏSMİ
Məşhur cütlük evləndi-FOTO
19 yaşlı gənc elə rekord vurdu ki..
İspaniyanın ən gözəl şəhərləri
XƏBƏRDARLIQ: psixi sağlamlığa ən mənfi təsir göstərən şəbəkə bilindi
Bollivud aktyorları
İşgüzar xanımların seçimi
Kremldən Əliyev-Sarkisyan görüşü ilə bağlı açıqlama
İki məşhur instagramda dalaşdı-SƏBƏB
Fırtına quşları gəmini “ələ keçirdi” - VİDEO
Münasibətlərdə dürüstlüyün əhəmiyyəti
Ərəblər bunu da etdilər
Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət edəcək rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq - RƏSMİ
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Rahat yatmaq üçün üsullar
Xərçəng və qanqrenin yaranma səbəbləri sübut edildi
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Rusiya mətbuatı: Azərbaycan seçkilərə tam hazırdır
"Əmək haqqı barədə banka arayış təqdim edən insanların kredit almasında heç bir problem yoxdur"
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
Uşaqlarda qızdırma, ishal, qusma hallarının yayılma səbəbi açıqlandı
Azərbaycan müdafiə naziri Türkiyəyə gedib
Günün ulduz falı
Sürücələrə: "Yolu unudun"
Azərbaycan pilotları "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər
AMEA işçilərinin attestasiyadan keçiriləcəyi tarix açıqlandı
İşğaldan azad edilən Cəbrayılın Əmirvarlı kəndindən reportaj - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
Koronavirus xəstəxanada ən çox bu otaqdan yayılır
Zövqə uyğun ayaqqabılar
Dişləri təbii üsullarla necə təmizləməli?
Bakıda 10 və 11-ci sinif şagirdlərinə hüquq dərsləri keçirilir
Arıqladan yay meyvələri
Bayram süfrəsi arxasında sərxoş olmamaq üçün 5 MƏSLƏHƏT
İlk görüşə nə geyinməli?
Toyuq salatı (foto-resept)
Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq
Əl əməyim, göz nurum (2-ci hissə)
Azərbaycan həkimlərindən insanlıq dərsi...
“Diqqət!Ebola qızdırması”
Məcburi köçkünlərin torpaqlarına qayıtması könüllülük əsasında aparılacaq - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]