
Miqren qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir
Ağrı insan orqanizminin ən həssas olduğu bir hissdir. Elə bu səbəbdən insanlar ağrıya qarşı daha qorxaq olurlar. Ən kiçik ağrılardan ən böyük ağrılara kimi fərqli sakitləşdirici preparatlar yaradılsa da, insan yenə ağrı hissiyyatının qarşısında acizdir.
İnsan bədəninin də ağrıya qarşı münasibəti fərqlidir. Maraqlısı budur ki, qadınlar kişilərə nisbətən daha çox ağrıya dözürlər. Hətta bir çox araşdırmaçı alimlər bu fikirdədir ki, doğum acısına qadınlar dözə bildiyi halda kişilərə ani olaraq belə bir ağrı vermək mümkün olsa, onların yaşama şansı olduqca azdır. Qadınlar uzunmüddətli ağrılara daha dözümlü olduqları halda, kişilər belə ağrılara qarşı həssas olur və qadınlara nisbətən daha çox özlərini yorğun, halsız, süst hiss edir.
Miqren baş ağrısının bir növüdür. Olduqca əziyyət verən və yaşından asılı olmayaraq hər kəsin yaşaya biləcəyi miqren ağrıları da baş ağrılarından olduqca fərqlənir. Gün ərzində istənilən saatda meydana gələn bu ağrılar xüsusən səhər saatlarında olduqca kəskinləşir və miqren spazmları keçirən insanın iş qabiliyyəti, demək olar ki, sıfıra enir. Miqrenin müalicəsi var və hətta miqrenlə mübarizə də edən ölkələr var. Son günlər sosial şəbəkələrdə Afrikada yayılan miqrenlə mübarizə üsulu da görənləri heyrətə gətirir. Miqren ağrısı olan başa vurulan ard-arda zərbələr miqreni qorxudub başdan uzaqlaşdırmaq məqsədi ilə edilsə də, əslində bu cür müalicə metodları ilə miqren sağaltmaq qeyri-mümkündür.
Ülkər Süleymanova 4 ildir miqren xəstəsidir. Dəhşətli ağrılardan xilas olmaq yolunu isə buzlu torbalarda tapır: "Miqren üçün 2 il müalicə almışam və sadəcə 6 ay ağrılarım sakitləşib. İndi də fəsildən-fəsilə müalicə alıram. Spazm zamanı gözümü aça bilmirəm və o dəhşətli ağrılar məcbur edir ki, insan başını divara vurub sakitləşsin. İynə vurulandan sonra ağrılar sakitləşir. Ayda ən az 3-4 dəfə iynə ilə bu dəhşətli ağrıları sakitləşdirirəm. Həkimlər isə miqrenin insanın sağlamlığını təhlükədə qoyacaq bir xəstəlik olmadığını deyib sakitləşdirirlər, amma bu ağrılara dözmək çox çətindir".
Nevropatoloq Cəmil Əliyevin sözlərinə görə, Azərbaycanda miqrendən əziyyət çəkən insanlar çoxdur və təəssüf ki, bu insanların əsasını gənc nəsil təşkil edir. Müalicə üçün gələn insanların ağrılarını yüngülləşdirmək mümkündür, lakin miqrenin birdəfəlik sağaldılması mümkün deyil: "Baş ağrısı insan üçün təbii haldır. Kəskin formalı baş ağrısı isə mütləq müayinə olunmalıdır. Çünki bəzən bu cür baş ağrıları beyin şişlərinin, iflicin əlaməti, bir növ siqnalı ola bilir. Miqren də kəskin ağrı verən xəstəlikdir, lakin digər ikisi kimi həyatı təhlükə daşımır. Ən çox 72 saata qədər davam edən miqren ümumi baş ağrısı kimi bütün başa narahatlıq vermir. Miqrenin əlamətləri basin bir hissəsində küt ağrılar, ürək bulanma, işığa və səsə qarşı qıcıqlanma, iştahasızlıqdır. Miqren spazmı keçirən insanlar həmin anlarda olduqca həssas olur və insan səsi belə onlar üçün həddindən artıq narahat edici olur. Miqren artıq nevroloji xəstəlik olaraq qəbul edilir. Çünki bu xəstəlikdən əziyyət çəkən insanlar spazmalar dayanana kimi qaranlıq və təklik istəyir, ağrı insanı sosiallaşmaqdan, insan mühitindən uzaqlaşmağa məcbur edir".
Miqren qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Belə ki, qadınlarda miqren yaranma riski kişilərə nisbətən 3 dəfə çoxdur və yaş həddi də bir o qədər aşağıdır. 40 yaşdan aşağı miqrendən əziyyət çəkən insanlar 40 yaşdan sonra ziyyət çəkənlərə nisbətən 6 dəfə artıqdır. Kişilər isə miqrendən az əziyyət çəkir. Bu isə iki cins arasındakı hormonların fərqli olması ilə əlaqələndirilir.
Nevropatoloqun dediyinə görə, miqrenin hansı səbəbdən yaranması bəlli deyil. Elə insanlar var ki, onlarda miqren irsi keçir. Elə insanlar var ki, yüksək səs onlarda miqren ağrılarının, spazmların oyanmasına səbəb olur. Qadınlarda hormonal dəyişikliklərinin olması da zaman-zaman miqreni oyadır. Ən çox rast gəlinəni isə irsi faktordur: "Ailədən bir nəfərin miqren olması uşağın miqren olma şansını 40% edir. Ailənin hər iki üzvünün miqren olması isə uşağın miqren olmas şansını 80% edir. Ümumiyyətlə cəmiyyətə iki cür miqren müşahidə olunur. Birincisi, sadə miqren, ikincisi klassik miqrendir. Sadə miqren tez-tez oyanmır, spazmları ağır olmur, qusma halları demək olar ki, olmur, adi baş ağrısı kimi gəlib keçir və əlavə heç bir faktor ağrını şiddətləndirmir. Klassik miqren isə şiddətli ağrı verir, 2-6 saat ərzində xəstə başını yataqdan qaldıra bilmir, qusma, bulanıq görmə, yeriyəndə basin bədənə ağırlıq etməsi halları olur. Miqren xəstələrinin 10% də belə ağırlaşmalar olur".
Müalicəyə gəlincə, müsahibimiz bildirir ki, miqrenin tamamilə müalicəsi mümkünsüzdür. Ola bilər ki, ona səbəb olan problemlər aradan qaldırılsın, miqreni oyanan faktorlardan uzaq durulsun, amma tamamilə müalicə etmək mümkün deyil. Amma bu o demək deyil ki, miqren xəstələri müalicə almamalıdır. Orqanizm müxtəlifdir və miqren müalicələri hər insana fərqli təsir edir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub
12 min avropalı turist İrana getmək üçün növbə gözləyir
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
7 noyabradək telefon və kompüterdən uzaq DURUN!
Günün ulduz falı
Ön cəbhədə atışma
Azərbaycanda daha 6 nəfər koronavirusdan vəfat etdi – 338 yeni yoluxma+FOTO
Yıldız Tilbe sevənlərini təəccübləndirdi-FOTO
Yeni trend: yandan düyməli
Yay havası gəlir
Ünvanlı dövlət sosial yardımı alanlara müjdə
Yaddaşınız zəifdir? Çarə var
Minlərlə insan qorxub: hər tərəf küldür
Hamiləlik dövründə yuxusuzluğa səbəb olan 4 hal
Çiyələklə gözəlləşin
Qafqazın ən böyük nağarası Şəkidə
Son vaxtlar “donan” Xəzər dənizində daha bir narahatedici vəziyyət - Nazirlikdən AÇIQLAMA
Santa-Klaus kimdir?
Bu qadına “Ukrayna Qəhrəmanı” adı verildi
Dekorasiyada qara rəng dəbi
Xocalı-sağalmaz yaram mənim
Yaralı əsgərimiz Şuşa qələbəsini xəstəxana pəncərəsində qeyd etdi - VİDEO
Türkiyə səfirliyindən Bayraq günü təbriki: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”
Çindən SƏRT ADDIM - Sabahdan başlayır - FOTO
Kimə qırmızı kürü yemək olmaz?
İranda zəlzələ oldu
Doğulmamış Şahzadənin adı, cinsiyyəti və doğum tarixi...
Oyun zamanı "Qarabağ"dan sürpriz
Uşaqlar üçün qablar
Krım sakini yadplanetlilər tərəfindən oğurlandı – Şok olay
ODLU TORNADO hər kəsi qorxutdu-VİDEO
Cəbhədə gərgin gecə
Qadınlar üçün zərif ayaq biləyi döymələri
Ronaldonun Böyük Yalanı üzə çıxdı-FOTO
Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Acından ölən ağaclar və ya sərvətimiz...
Gül kələmi şorbası (foto resept)
18 yaşlı müğənninin albomu İlin Ən Yaxşısı seçildi-FOTO
Zopa, dəhrə, şallaqla müalicə edirlər
Nə ehtiyac var, bunlar kimə lazımdır axı?!
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
“WhatsApp”dan maraqlı funksiya: Silinmiş mesajları göndərmək mümkün olacaq
Dəbli geyimlər
Trampa zəng gəldi, mətbuat konfransını təcili tərk etdi
Koronavirusa qarşı vaksinin ilk nəticələri bəlli oldu
Günün qoroskopu: Düşərli gündür!
Bu azərbaycanlı Marsa uçmağa hazırlaşır
Məşhur cütlüyün təzminat davası
1-ci sinfi 1 günə bitirmiş vunderkind - dünyanın ən zəkalı insanı
Qışın son ayı necə başlayacaq?















- ŞƏRHLƏR