Bu baxımdan meşələr Yer kürəsinin ən qiymətli sərvəti hesab olunur. Çünki planetimizi oksigenlə təmin edən əsas mənbə məhz meşə sahələridir.
Buna görə də insan həyatını meşələrsiz təsəvvür etmək qeyri-mümkündür. Ancaq meşələrin faydası təkcə havaya buraxdığı oksigenlə yekunlaşmır. Meşələr həm də torpaqda su balansını nizama salır, kəskin iqlim dəyişikliyinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır, sellərin və torpaq sürüşməsinin qarşısını alır. Bundan başqa, meşələr qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Meşələr havanı tozdan, avtomobil və sənaye müəssisələrinin buraxdığı zərərli maddələri təmizləyərək, güclü filtr rolunu oynayır. Oksigenlə zəngin hava canlı orqanizmlərin normal tənəffüsü üçün nə qədər əhəmiyyətlidirsə, efirli fitonsid maddələr xəstəlik törədən mikrob və virusları təbii üsullarla məhv edilərək havanın saflaşdırılmasında bir o qədər əhəmiyyətlidir. Şam ağacının ayırdığı fitonsid maddələr vərəm çöplərinə, ardıc ağacının fitonsid maddələri difteriya və qarın yatalağı çöplərinə öldürücü təsir göstərir. Bir hektar ardıc meşəsi gün ərzində 30 kiloqram efirli maddə ayırır ki, bu da kiçik bir şəhərin havasını bir sutka mikrob və viruslardan təmizləməyə kifayət edir.
Hər il dünyada 13 milyon hektar meşə sahəsi yox olur
Təəssüflə qeyd etməliyik ki, meşələrin bitib-tükənməyən faydalarına baxmayaraq, dünyada yaşıllıqların sahəsi sürətlə azalır. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalaraq, 4 milyard hektara düşüb. Birləşmiş Millətlər Təşkilatının (BMT) araşdırmalarına görə, son 40 il ərzində dünyada 460 milyon hektar meşə sahəsi məhv olub. Hər il dünyada 13 milyon hektar meşə sahəsi qırılaraq yox olur. Hal-hazırda ölkəmizdə meşə ilə örtülü ərazilərin ümumi sahəsi 1 milyon 21 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Halbuki, XVIII-XIX əsrlərdə Azərbaycan ərazisinin təxminən 35%-i meşə ilə örtülü olub. Təsadüfi deyil ki, böyük təbiətşünas alim Həsən bəy Zərdabi Muğan və Mil düzlərinin vaxtilə meşələrlə örtülü olduğunu, burada bulaqların və kanalların olduğunu göstərərək, 1899-cu ildə “Kaspi” qəzetində dərc etdirdiyi “Zaqafqaziya bozqırlarının meşələşdirilməsi” adlı məqaləsində yazır: “Təəssüflər olsun ki, bizim vilayətin tarixi, xüsusən onun topoqrafiyası naməlum qaranlıqlarla örtülüdür və ona görə qədimdə olan meşələrimiz barədə ətraflı danışmağa mümkünatımız yoxdur. Lakin Muğan, Mil və Şirvan bozqırlarında köhnə suvarma kanallarının, qədim şəhər və kəndlərin qalıqları, eləcə də Mil düzünün bəzi yerlərində indiyədək qalmış bir sıra ağaclar onu göstərir ki, burada həyat vaxtilə bulaq kimi qaynayırdı, ucaboy ağaclar bitirdi”. Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə adambaşına düşən meşə sahəsi təxminən 0,12 hektar təşkil edir ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 hektar) azdır.
Son 8 ildə meşə ilə örtülü ərazilərin sahəsi 14,5% artıbSon illər ölkəmizdə meşələrin bərpa edilməsilə bağlı geniş layihələr həyata keçirilir. Ölkənin meşə fondu ərazilərində olan biomüxtəliflik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeçiliyinə daxil olan meşə mühafizəsi və bərpası müəssisələri, nazirliyin digər qurumları tərəfindən qorunur və bərpa edilir. Məlumat üçün bildirək ki, 2003-cü ildə meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram hazırlanıb. 2003-2010-cu illərdə meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması məqsədi ilə bir sıra ciddi tədbirlərin görülməsi mühüm nəticələrin əldə edilməsinə səbəb olub. Belə ki, əgər 2002-ci ildə əkin, səpin və təbii bərpaya kömək tədbirləri cəmi 7 min 750 hektar sahədə aparılıbsa, 2010-cu ildə bu rəqəm 10 min 550 hektar olub. Ümumilikdə isə, 2003-2010-cu illər ərzində 80 min 215 hektar sahədə meşəbərpa və yeni meşələrin salınması işləri görülüb. 2010-cu il ərzində meşə və qeyri-meşə fondu torpaqlarında 3 min 332,49 hektar sahədə meşə əkini və səpini işləri aparılıb. 2003-cü ildə meşələrdə qanunsuz qırıntıların həcmi 49 min kubmetr olubsa, 2010-cu ilin yekununa görə, bu rəqəm 31% azalaraq, 34,9 min kubmetrə düşüb. Son dövrdə 8 milli park, 14 dövlət qoruğu, 22 yasaqlıq yaradılıb. Xüsusi mühafizə olunan ərazi isə 778 min 464,7 hektar olub ki, bu da ölkə ərazisinin 9%-nə bərabər olub. Görülən tədbirlər nəticəsində son 8 il ərzində (2003-2011-ci illər) ölkəmizdə meşə ilə örtülü ərazilərin ümumi sahəsi 14,5% artaraq, 873,1 min hektardan 1 milyon 21 min hektara çatıb. Ümumi ağac ehtiyatlarının həcmi isə 8,6% artaraq, 136 milyon kubmetrdən 148,8 milyon kubmetrə yüksəlib.
“Acından ölən” ağaclar
Yuxarıda qeyd etdiyimiz rəqəmlərdən məlum olur ki, son illər ölkə ərazisində yeni yaşıllıqların salınması geniş vüsət alıb. Təbii ki, bütün bunlar olduqca təqdirəlayiqdir. Amma bəzən bizlər ağac əkməklə işimizi bitmiş hesab edirik. Unuduruq ki, ağac əkmək yaşıllaşdırmanın başlanğıcıdır. Halbuki ağacların da bizlər kimi qidaya (gübrə), suya və havaya ehtiyacı var. Hər gün yüzlərlə, minlərlə ağac “acından ölür”. Bildiyimiz kimi, zaman keçdikcə münbit torpaqların tərkibində olan mineral maddələr tükənir və şoranlaşmış torpaqlar yaşıllıqlar üçün “ölüm düşərgələrinə” çevrilir. Bu cür “ölüm düşərgələrinə” əkilən “körpə” fidanlar bir müddətdən sonra qurumağa məhkumdurlar.
Xüsusilə də, paytaxt ərazisində, neftlə çirklənmiş sahələrdə bu cür acınacaqlı vəziyyəti tez-tez müşahidə etmək olur. XX əsrdə yaşamış məşhur fransız yazıçısı Viktor Hüqo məşhur “Səfillər” əsərində belə bir təklif irəli sürüb ki, Parisin kanalizasiya sisteminə axıdılan tullantıları çaylara və okeanlara deyil, Fransanın şoran çöllərinə yönləndirmək lazımdır. Viktor Hüqonun 200 il əvvəl Paris üçün irəli sürdüyü təşəbbüsü bu gün Bakı və digər iri şəhərlərimizdə tətbiq edə bilərik. Əgər Bakı və digər iri şəhərlərimizdə kanalizasiya sistemlərinə axıdılan tullantılar emal olunaraq şoran torpaqlara və meşə sahələrinə verilərsə, bu, torpağın canlanmasına, yaşıllıqların sahəsinin genişlənməsinə səbəb olar. Hazırda Bakının kanalizasiya sistemi vasitəsilə dəyəri milyonlara, hətta milyardlara bərabər olan “sərvətimizi” Xəzər dənizinə axıdırıq. Tullantıların emal olunması Xəzərin təmiz olması, gübrə üçün xarici ölkələrə ödənilən vəsaitə qənaət, təmiz hava, bol və keyfiyyətli məhsul, eyni zamanda onlarla digər faydalar deməkdir.
Köçəri maldarlıq meşələr üçün də təhlükədirBu gün meşələri təhdid edən əsas təhlükələrdən biri də səhralaşma hesab olunur. Məlumdur ki, səhraya çevrilən ərazilərdə meşələrin salınması olduqca çətindir. BMT-nin hesablamalarına görə, planetimizdə suvarıla bilən torpaq sahələrinin təxminən 30%-də səhralaşma prosesi gedir. Son hesabatda dünyanın 110 ölkəsində səhralaşmanın mövcud olduğu göstərilir. Təxmini hesablamalara görə, hər il 6 milyon hektar torpaq sahəsi müxtəlif səbəblərdən səhraya çevrilir. Bu günə qədər səhraya çevrilən torpaq sahəsinin 3,6 miyard hektara bərabər olduğu bildirilir. Bu, Avropanın ümumi ərazisindən üç dəfə çoxdur. Bu baxımdan səhralaşma prosesinin qarşısının alınması həm də meşələrin qorunması deməkdir. Bir məsələni qeyd edək ki, səhralaşma prosesində köçəri maldarlıq mühüm faktor sayılır.
BMT-nin apardığı araşdırmalardan sonra məlum olub ki, planetimizin “ağciyəri” hesab olunan Amazon cəngəlliklərində vaxtilə mövcud olan meşə sahəsinin təxminən 70%-i indi mal-qara üçün otlaq kimi istifadə edilir. Səhralaşma prosesinin 55%-nə mal-qaranın səbəb olduğu bildirilir. Böyük problemlərdən biri də mal-qara peyini hesab olunur. Qurudulmayan yaş peyin torpaq üçün böyük təhlükə mənbəyidir. Peyinin duru tərkib hissəsi tullantı suları ilə birlikdə ətraf mühiti çirkləndirir. Heyvanların peyinində mövcud olan xəstəlik törədən bakteriyalar həyat fəaliyyətlərini davam etdirirlər. Eyni zamanda peyinin tərkibində olan alaq otlarının toxumları öz xüsusiyyətlərini qoruyub saxlayır. Bitkilərin təzə peyinə qarşı olan yüksək həssaslığı isə torpağın zərərli mikroorqanizmlərlə yoluxmasına əlverişli şərait yaradır. Meşələrimiz üçün daha bir təhlükə - erməni işğalı Sonda bir məsələni də qeyd edək ki, başqa ölkələrdən fərqli olaraq, ölkəmizdə meşə sahələri daha böyük təhlükə ilə qarşı-qarşıya qalıb. Məlum olduğu kimi, erməni işğalçıları tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində torpaqlarımızın 20%-i işğal olunub. Ermənistanın təcavüzü nəticəsində 246 min hektar və ya meşə ilə örtülü sahənin təxminən 1/4-i işğal altında qalıb. İşğal altında qalan meşə sahəsinin təxminən yarısı ermənilər tərəfindən vəhşicəsinə qırılaraq talan edilib və bu vəhşilik bu gün də davam edir. Heç kimə sirr deyil ki, ermənilər nadir və qiymətli ağac növlərini doğrayaraq mebel sənayesində xammal kimi istifadə edirlər.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR