ANS PRESS-in məlumatına görə, “Pressa Ukraina” saytı xəbər verir ki, Saakaşvili Vladimir Putinin Ukraynadan sonra Baltikyani ölkələr, Gürcüstan və Azərbaycanda qarışıqlıq yaradacağını deyib.
Onun sözlərinə görə, Putin daimi olaraq NATO qüvvələrini yoxlamaqla məşğuldur. “Bu onunla keçirdiyim uzun danışıqlar zamanı mənə məlum olub”.
Eləcə də keçmiş prezident deyib ki, Putin dövlət sərhədlərinə hörmət etmir və onsuzda həmişə onu pozmağa çalışacaq. “Mən hələ 2008-ci ildə demişdim ki, bundan sonra Ukrayna olacaq”- deyə siyasətçi Rusiya-Gürcüstan müharibəsini yada salıb.
Bundan əlavə Saakaşvili növbəti Azərbaycan xəbərdarlığını etməyi də unutmayıb. Onun fikrincə, Putinin aqressiv siyasətinin bundan sonrakı qurbanları Baltik ölkələri olacaq, o yenidən Gürcüstan və Azərbaycana qayıdacaq.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi xəbər yaymışdı ki, Rusiya hərbçiləri Gürcüstan-Cənubi Osetiya sərhədində, beynəlxalq Bakı-Supsa neft kəmərininkeçdiyi hissədə sərhəd xəttini irəli çəkib.Vəziyyətlə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən də reaksiya gəlib. Şirkətin vitse-prezidenti Elşad Nəsirov deyib ki, Bakı-Supsa neft kəmərinin Cənubi Osetiya ərazisində keçən bir neçə kilometrlik hissəsi maşrutu dəyişdirilməsə belə, çətinlik yaranmaz. Digər bir tərəfdən hansısa problem yaranarsa bizim imkanımız var ki, həmin nefti Supsaya başqa yollarla çatdıraq. Rusların Gürcüstanın içərilərinə doğru irəliləmələrində daha bir təhlükə isə Tiflis-Batumi avtomagistralının ələ keçirilməsi təhlükəsidir. Bu yol Tiflislə qərbi Gürcüstanı, Acarıstanı, o cümlədən ölkəni Türkiyə ilə birləşdirən yeganə avtomobil yoludur. Rəsmi məlumata görə, isə rus sərhədçilərinin yerləşdiyi ərazidən bu magistrala cəmi 450 metr məsafə qalıb. Digər bir məlumata görə, isə ruslar Axalqorinin içərilərinə doğru bir kilometrə qədər irəliləyiblər. Bölgədə yaranmış vəziyyətin ciddiliyini anlayan Avropa Birliyi Müşahidə Missiyası da ərazidə fasiləsiz olaraq monitorinqlər aparır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İşğaldan azad edilmiş ərazilərdə yaradılan hospitalların sayı bilindi - RƏSMİ
Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı
Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilərə zərbə endirməyə davam edəcəyik"
Allahın möcüzəsi: bir gözündə xəritə, o biri gözündə qartal
Hollivudun ən istedadlı aktyorunu seçildi
Hindistan qozu yağını istifadə edə biləcəyiniz 3 hal
TƏBİB-dən həyəcan təbili çalındı: “Arxa küçələrdə toplaşırlar.”
Kosmosda tapılan və Yer əşyalarına bənzəyən 25 fiqur
Gözəl üzüklər
İdeal saç və geyim rəngi
Oynaqları gücləndirən 4 məşq
Dünyanı qorxudan xəstəlik
Boyunda duz yığıldığını göstərən əlamətlər
Xoruz ili hansı zodiak illəri üçün düşərli olacaq?
Azərbaycanlı zəvvarlardan xəbər var
Pentaqon Ukraynaya yardım edəcək
İstefa Davudoğlunun, yoxsa Ərdoğanın qərarıdır
İtaliya ölkəmizə yeni səfir təyin etdi
Ekranın mavi işığı korluğa səbəb ola bilər
BÜRCLƏR bizə nə vəd edir? - 28 APREL
“Quş qripi” ilə bağlı növbəti monitorinq başladı
Messiyə 500 milyon avroluq təklif gəldi
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Yeni qulaqcıq nəbz və təzyiqi ölçəcək
İş axtaranların nəzərinə!
Kartof zənbilində balıq (foto resept)
Türkiyədə daha 16 nəfər koronavirusdan ölüb
Saat modelləri
Türkiyəyə şok ittiham
Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilib - VİDEO
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Yanan tankdan sağ çıxan əsgərimiz: “Səngərə çatanda öz üzümü görmək istədim, amma...” - VİDEO
Dünyanın ən bahalı yeməkləri
Nişan və toy şəkərləri
Payız tətili başladı
Günün ulduz falı - 22.09.2013
Qlobal istiləşmə - Afrikada rekord istilər
Acundan Şeymaya daha bir TƏLƏB
Hava haqqında
Demet Canın hədiyyəsindən danışdı-FOTO
52 uşağın arzusunu reallaşdırdı - FOTO
Millimiz FİFA reytinqində irəlilədi
Udduğu 6 milyonu belə xərcləyir-FOTO
Kerem Bursin Serenay və Cem sevgisinə Münasibət Bildirdi
Zeyn Malik və Cici Hadidin qızı doğuldu - FOTO
Saçlarda Sombre dəbi
Rühəngiz Allahverdiyeva yeni imicdə-FOTO/VİDEO
Azərbaycanlı astroloqdan "Dünyanın sonu" AÇIQLAMASI
Siz hansı bürcün xarakterindəsiniz-TEST
Zəngilan rayonunun görüntüləri - VİDEO














