Qırılan meşələrin böyük hissəsini bərpa etməklə, orta illik temperaturun və atmosferdə karbon qazının həcminin bundan sonrakı artım sürətini dərhal azaltmaq və hətta dayandırmaq mümkün ola bilər. Bu meşələr insan fəaliyyəti nəticəsində yaranan istixana qazlarının üçdəbirini udmağa qadir olacaq.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, alimlər bu barədə "Science" jurnalında yazırlar.
"Hamıya məlumdur ki, meşələrin bərpası bizə qlobal istiləşmə ilə mübarizədə yardımçı ola bilər, lakin bu vaxta qədər heç kim onların fəaliyyət gücünü dəqiq qiymətləndirə bilməyib. Hesablamalarımız göstərir ki, bu, iqlim dəyişmələri ilə mübarizədə hələ ki, ən yaxşı üsuldur. Biz indi hərəkətə keçsək, o zaman atmosferdə karbon qazının payını dörddəbirədək aşağı salmağa nail ola bilərik", - deyə Sürixdəki İsveçrə Ali Politexnik Məktəbindən Tom Krauter bildirir.
Meşələrin sanksiyalaşdırılmış və qeyri-qanuni yolla qırılması bu gün Yer kürəsinin ekologiyası və iqlimi üçün başlıca problemlərdən biri kimi qalmaqdadır. NASA-nın dəyərləndirməsinə görə, meşələrin qırılması son 10 il ərzində 62 faiz artaraq rekord göstəriciyə çatıb.
Peyk ölçülərinə müvafiq olaraq, hər il Yer kürəsi Seylon adasının sahəsi ekvivalentində nəhəng meşə massivlərindən məhrum olur. Meşələrin qırılmasının böyük hissəsi tropiklərin payına düşür. Planetimizin səthi üç trilyona yaxın ağacı saxlayır.
İqlimşünasların müşahidələri göstərir ki, meşələrin qırılması təkcə böyük miqdarda karbon qazı uducularının məhvinə deyil, həm də ekologiya sistemi və iqlimin fəaliyyətində digər çoxsaylı dəyişikliklərə gətirib çıxara bilər. Ağaclar torpağın səthini sərinləşdirməklə, küləyin hərəkətini tənzimləməklə, suyun həddən artıq buxarlanmasına mane olmaqla, atmosferi sərinləşdirən, Günəşin istiliyini və işığını əks etdirərək kosmosa qaytaran aerozol mənbəyi rolunu oynayır.
Krauter və onun həmkarları meşələrin təbiətdə karbon qazı cərəyanına necə güclü təsir etməsi və meşələrin əvvəlki sahələrinin bərpasının iqlimə və istixana qazları tullantılarına necə təsir göstərməsi üzərində düşünüblər.
BMT-nin cari dəyərləndirmələrinə görə, Yer kürəsində meşələrin ümumi sahəsi hazırda 5,5 milyard hektar təşkil edir. Bununla yanaşı, bu sahənin yarısı ağac çətirlərinin payına düşür. Krauterin və onun həmkarlarının fikrincə, hər iki göstəricini insan həyatına və Yer kürəsinin iqtisadiyyatına heç bir xələl gətirmədən, qırılan meşələrin bir hissəsini bərpa etmək yolu ilə təqribən üçdəbirədək çox asanlıqla qaldırmaq mümkündür
XƏBƏR LENTİ
ÇOX GÖZƏL GƏLINLIKLƏR
Neon dırnaqlar
4 yaşlı uşağa ömürlük həbs cəzası verildi
Kür çayında problem: Bir sıra şəhər və rayonlarda su olmayacaq
"Sizdən soruşsalar, heç kəsin adını çəkməyin"
Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirak edəcək
Koronavirusdan müstəqil şəkildə müalicə üçün inhalyator hazırlanıb - FOTO
Qulaq kiri: yaranma səbəbləri və təmizlənmə üsulları
Günün qoroskopu: bu günün hadisələri sizi sevindirəcək
Azərbaycan kubokunun dəyəri artdı
Bu ölkədə ilk dəfə prezident qadın oldu
Azərbaycana "donuz qripi" gələrsə...
Azərbaycanın qızıl ehtiyatları 2 dəfədən çox artıb
Obama Ərdoğana başsağlığı verdi
Hərbçilərimiz Laçının ən hündür nöqtəsinə şanlı bayrağımızı sancdılar - VİDEO
Kiçik şəhərdə universitet oxumağın 6 üstünlüyü
Hadise ərə gedir
Qalmaqallı məşhurlar "Yasak Elma" serialında-FOTO
Sadə bantın hazırlanması
Həbsdən çıxıb həyatın zindanına düşməmək üçün nə etməli?
Ləzzətli salat hazırlamaq üçün məsləhətlər
"Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yoluna çıxması, iqtisadi cəhətdən güclənməsi və tanınması üçün çox böyük işlər gördü"
Yumurtanın sürətli çəki azaldan xüsusiyyəti
Qapılar
"Çin restoranı" sindromu
Zeyn Malikin 17 yaşlı bacısı ərə getdi-FOTO
Kişiləri nə xoşbəxt edir?
Dünyanın ən rəngli yerləri (2)
FİFA prezidenti İranı qadınlara stadiona getməyə icazə verməyə çağırıb
Günün qoroskopu:Heç kəsi qəlbinizə buraxmayın!
ABŞ-dan xəbərdarlıq: 1.5 milyon insan ölə bilər
Yadplanetlilərin gəmisi Rusiyada yerə endi - VİDEO
Ölkəsi üçün qaradərili Barbi hazırladı
Uzadılmış xüsusi karantin dövründə idman zalları işləyəcəkmi? - AÇIQLAMA
"Qarabağın məşhur müəllimləri" - Firidun bəy Köçərli
İncəsənət xadimləri mükafatlandırıldılar- SİYAHI.
Üzdəki çuxurları necə aradan qaldırmalı?
Petek Dinçöz ikinci dəfə ana olacaq
Uşaq otaqları
Şəki paytaxt elan edildi
Metroda oxuyan Kristina Aqilranı kimsə tanımadı-VİDEO
“Haber Global” Kəlbəcərdə
Ariananın yediyi konfet 50 min dollara satışa qoyuldu-FOTO
Bu gün Günəş tam tutulacaq
Qarabağın Azərbaycana məxsusluğu bir daha sübuta yetirildi
Məktəblər nə vaxt açılacaq? - Nazir deputatlarla müzakirələr aparır
Soyuq havadan saçınızı qoruyun
Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarıldı
Xüsusi hekayəsi olan tatular
Tibb tarixində bir ilk-FOTO