“İndi İslam adına əzələ nümayiş etdirirlər, terror hadisələri, müharibələr törədirlər. Düşünürəm ki, bu, İslamın gələcəyi üçün çox təhlükəlidir”. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə son günlərdə Yaxın Şərqdə baş verənləri şərh edərkən çox narahat idi. Üzünü 65-ci ad günü ərəfəsində ona baş çəkməyə gəlmiş ANS PRESS əməkdaşlarına tutub əlavə etdi: “İslam əraziləri yox, qəlbləri fəth edir”. Şeyxülislam həyatı və fəaliyyəti boyu Allahdan başqa kimsədən qorxmadığını həmişə sübut edib. Onun həyatında İslam adına gerçək saydığı addımı atmağın lazım gəldiyi vaxtlar çox olub və o, həmin addımları atıb. Şeyxin həyatında bu cür həyəcanlı məqamlar çox olub. İlk həyəcan ateist bir rejimdə İslam yolunu tutması ilə başlayıb. O vaxt hər kəs öz kefində - damağında, özünə karyera qurmağın həvəsində ikən, o, müqəddəs Qurani-Kərimi öyrənirdi. Daha sonra isə ali İslam təhsili almağa yollandı. Onu bu yoldan çəkindirmək istəyən çox oldu, “iş tapmayajaqsan, daim təqiblərə məruz qalacaqsan” deyən çox oldu. Amma o, qorxmadı və Allah adına addım atdığını düşündü. İslam ona insanların qəlbin şəfqətlə fəth etməyin yollarını öyrətdi. Hər qəlbə bəxş edilən bir ovuc şəfqətin, xilas edilən hər bir insan həyatının sanki bütün düynanın xilası olmasını öyrətdi. Bu yolda hər şeydən, hətta həyatından da keçməyə hazır olmağın sirrinə vaqif etdi. O, bu addımları atdıqca “qoxuludur, getmə” deyənlər çox oldu. Eynən, 2011-ci ilin noybar ayında MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin İrəvanda keçrilmiş toplantısına getdiyi zaman olduğu kimi. MDB Dinlərarası Şurasının həmsədri kimi o, İrəvana getməliydi. Amma çoxları Şeyxi getməkdən çəkindirirdi, bunun qorxulu olduğunu deyirdi. O isə qorxmadı, düşmən qapısına gedərək həqiqəti söyləməkdən çəkinmədi. “Əgər həqiqəti deyə bilirəmsə, həqiqəti deməliyəmsə, yerin fərqi yoxdur. Hara olursa-olsun, mən getməliyəm. Əgər getməsəm, qorxaqlıq olar” deyərək getdi. Öz sözünü dedi. Minlərlə insan həyatını xilas etmək, bir daha qanlar axmasına yol verməmək naminə, erməni katalikos Qaregini də sülz prosesinə qoşmaq naminə getdi. Ümumiyyətlə, 2004-cü ildən Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildən MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilən Allahşükür Paşazadə MDB məkanında böyük bir sülh yolçuluğuna başlayıb və bütün MDB dindarlarını öz fəaliyyətinə qoşulmağa dəvət edir. Şeyxin birbaşa rəhbərliyi ilə 2010-cu ildə Azərbaycanda təşkil edilən Dünya Dini Liderlərinin Ümumdünya Sammitinin də məramı elə bu idi. Erməni katolikos Qareginin həmin sammitə dəvət edilməsi də məhz bu məqsədlə idi. Şeyx əvvəllər militaristliyi ilə seçilən erməni kilsəsinin bütün MDB dindarları kimi sülh prosesinə qoşulmasına çalışırdı. Bunun bölgəmizdə gələcəkdə töküləcək qanların azaldılmasına yardım edəcjəyinə inanırdı. Bu da bir növ insan həyatlarının xilası deməkdir. Amma bununla belə, Hacı Allahşükür Paşazadənin həyatının ən böyük insan xilasetmə əməliyyatı qanlı 20 yanvar günlərinə təsadüf edir.Şeyxülislam 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecəni heç vaxt unutmayacaq. Mixail Qorbaçovun Bakıya yeritdiyi cəza dəstələri şəhər sakinlərini aramsız atəşə tuturdu. Hər tərəfdən güllə səsləri eşidilirdi, qan su yerinə axırdı. Allahşükür Paşazadə gecə saat 1-də təktənha evindən iş yerinə - bir neçə kilometr aralıda yerləşən Təzə Pir məscidinə üz tutmuşdu. Respublikanın birinci katibi Əbdürrəhman Vəzirov həmin gecə Bakını tərk eləmişdi, şəhərdə hakimiyyətsizlik idi. Şəhərə yeridilən ordu Azərbaycan paytaxtını işğal etməklə yanaşı, rayonlara gedən yolları bağlamışdı. Minlərlə insan şəhərdə hökm sürən hakimiyyətsizlikdən xilas olmaq üçün Təzə Pir məscidinə üz tuturdu. Həmin vaxt Allahşükür Paşazadə 40 gün gecə-gündüz məsciddə olub. Şeyxülislam praktiki olaraq öz tarixinin ən çətin günlərini yaşayan ölkəyə rəhbərlik edirdi. Çünki dövlət orqanlarının hamısı iflic vəziyyətində idiŞeyxülislam yanvarın 20-də dərhal şəhəri işğal etmiş sovet rəhbərliyinin, birbaşa müdafiə naziri Dmitri Yazovun Bakıda yerləşdiyi mənzil qərərgaha gedir. Ona ağır sözlər deyərək Sovet İttifaqının Bakı sakinlərinə qarşı yürütdüyü məhvetmə siyasətinə etiraz edib. Nazir isə yalnız əmrə tabe olduğunu bildirib. Şeyx isə kəskin tonla ona deyib: “Rusiya patriarxının yanında belə qışqıra bilərdinmi? Tutduğun əməllərə görə Allahın hüzurunda cavab verəcəksən”.O zamanlar SSRİ daxili işlər naziri işləyən Vadim Bakatin də Yazovun yanında imiş və o, Yazova deyib: “Mən sənin yerində olsaydım, üzr istəyərdim”. Ertəsi gün Bakatin yazılı üzr məktubu ilə Şeyxin yanına gəlib. Həmin vaxt şəhəri nəzarətə götürmüş sovet rəhbərlərinin Qafqaz Müsəlmanları İdarəsi ilə münasibətləri çox mürəkkəb olub. Bir tərəfdən şəhərin komendatı idarəyə gəlib yalvarırmış ki, “bircə çevriliş etməyin, biz hər şeyə hazırıq”. Digər tərəfdən SSRİ Ali Sovetinin rəhbərlərindən biri olan Yevgeni Primakov Şeyxə təklif edib ki, “hakimiyyəti götürsün”.
Allahşükür Paşazadə isə bunun tələ olduğunu dərhal anlayıb. Çünki Mixail Qorbaçov həmin günlərdə məhz “islam ekstremizmi”ndən söhbət edirdi. Bu, Moskvanın Azərbaycanı dağıtmaq üçün qurduğu xüsusi plan olub. Primakovun həmin günlərdə Şeyxə “istərsən hakimiyyəti götür” deməsi böyük qırğınlara səbəb ola bilərdi. Qorbaçov məhz bunu nəzərə alaraq “islam ekstremizmi”ndən söhbət edirdi. Amma plan alınmadı. Allahşükür Paşazadə Qorbaçov və ətrafındakı erməni qruplaşmasının planını dərhal analayıb. “Mən şirniklənib deməliyidim ki, dövlət mənəm. Sonra məni yıxmalıydılar və Azərbaycanı dağıtmalıydılar. Dövlət qalmamalıydı. Məhv olub getməliydik. Onların planında belə idi. Mən onlara imkan yaratmadım”,- deyə Şeyxülislam həmin günləri xatırlayır.
Əlbəttə, Qorbaçov və ətrafı SSRİ-ni dağıtdıqdan sonra Azərbaycanı da parçalamaq, Kürlə Arazın arasını Ermənistana birləşdirmək, qalan hissəni isə Somali kimi kiçik hissələrə bölmək istəyirdilər. İndi ortaya çıxan faktlardan aydın olur ki, bir-biri ilə rəqabətdə olan bir neçə beynəlxalq qüvvə bu məsələdə razılığa gəliblmş. Müxtəlif variantlara görə, ölkəmiz 11-ə yaxın kiçik subyektə parçalanmalı imiş.
Azərbaycanı Allahşükür Paşazadə kimi insanların ayıqlığı xilas edib. Şeyx həmin günlərdə şəhəri işğal etmiş ordu ilə əhalinin toqquşmasının qarşısını maksimum almağa çalışıb. Buna görə də 20 yanvar şəhidlərinin dəfn günü Bakının komendantının qarşısında bir şərti olub - yolda bir nəfər də olsun hərbçi görünməməlidir. Komendant vədinə əməl edib - bir nəfər də olsun hərbçi, nə də Moskvadan gəlmiş dövlət adamı dəfn prosesinə qarışmayıb. “Camaat hərbçi görəndə qıcıqlana bilərdi, bu qarşıdurmanı daha da dərinləşdirərdi. Qırğın qırğın gətirə bilərdi. Mən əlimdən gələni edirdim ki, toqquşma olmasın. Elə vəziyyət yaranmışdı ki, Azərbaycan dağıla bilərdi. Bu da proqramlaşmışdı”,- deyə Allahşükür Paşazadə vurğulayır.
Həmin günlərdə Şeyx həm də azərbaycanlı gəncləri həbsxanadan çıxarmaqla məşğul olub. Çünki tez-tez xəbər gəlirdi ki, yenə də onlarla azərbaycanlı gənc həbsdədir və Şeyx dərhal problemi həll etməyə tələsirdi.
Yanvarın 22-də dəfn prosesinə rəhbərlik edən Şeyx “Bu ağır gündə biz bir yerdə olmalıyıq” deyərək Azərbaycanda təmsil olunan başqa dini konfessiyaların rəhbərlərini də dəfn prosesində yanına dəvət edib. Şahidlər xatırlayır ki, əlində ağ dəsmal olan Allahşükür Paşazadə göz yaşları içində boğulurmuş. Yüz minlərlə insanın qatıldığı dəfn mərasimi dinc və heç bir toqquşma olmadan keçib. Şeyx insan selinin qarşısında özü gedərək xalqı Şəhidlər Xiyabanına aparıb.
Amma dəfn prosesi Qafqaz müsəlmanlarının liderini xeyli sarsıdıb. “Faciə çox dərin idi. Qol gətirmişdilər, sahibi bilinmirdi, göz gətirmişdilər, kimin olduğu bəlli deyil. Şəhidlər Xiyabanında bir qəbir var, naməlum qəbiri, orada baş da var, qol da var, qıç da. Hamısını bir yerə yığaraq dəfn etmişik”,- deyə Allahşükür Paşazadə xatırlayır.
Bütün bunlar, həmçinin üzərinə müxtəlif dövlət qurumlarından edilən təzyiqlər Allahşükür Paşazadəni SSRİ lideri Mixail Qarbaçova ünvanlanmış məşhur bəyanatını yazmağa vardar edir. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri SSRİ-nin ilk və son prezidentini sərt sözlərlə tənqid edir.
Bəyanat Təzə Pir məscidinin həyətinə yığılmış minlərlə insana, şəhid vermiş atalara və analara oxunub. Müavini Hacı Sabir Həsənli bəyanatı oxuyanda Şeyx göz yaşları içində olub. Müsəlman dünyası bu bəyanatdan sonra Azərbaycanın müdafiəsinə qalxıb. Küveytdə, Türkiyədə, Misirdə müsəlmanlar küçələrə axışaraq azərbaycanlılara dəstək veriblər.
Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq İslam Konfransının üzü olması da bunda böyük rol oynayıb. 1980-ci ildə, hələ 30 yaşında bir gənc ikən Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş Allahşükür Paşazadə amal yoldaşı Hacı Sabir Həsənli ilə birlikdə bir neçə ilin içində 102 müsəlman ölkəsi ilə əlaqələr qurub. Ateist sovet rejimi olmasına baxmayaraq, Azərbaycanı İslam Konfrasının üzvü edib. Allahşükür Paşazadə İslam aləmi və müxtəlif ilə əlaqələrin qurulması və inkişafı sahəsində bu gün də fəal çalışır. O, hazırda MDB Dinlərarası Şurasının həmsədri, BMT yanında Dinlərarası Məşvərət Şurasının üzvüdür. Təsadüfi deyil ki, 2006-cı ildə məhz İslam dininin düzgün anlaşılması, layiq olduğu şəkildə təbliği, Qafqazda dini tolerantlıq mühitinin formalaşması istiqamətində gördüyü işlərə görə Hacı Allahşükür Paşazadə ANS Şirkətlər Qrupunun İlin Adamı mükafatına layiq görülüb.
26 avqust 1949-cu il tarixdə Lənkəranın Cil kəndində anadan olmuş Allahşükür Paşazadəyə İslam yolunda ilk xeyir-duanı mərhum anası verib. Hələ uşaqkən həyətlərindəki heyva ağacının yanında oynayan Allahşükürə anası göz yaşları içində deyib: “Oğlum, daha sən böyümüsən. Sən dünyaya gəlməmişdən, hələ ana bətnində ikən mən səni Allah yolunda qurban boyun olmuşam. Demişəm ki, əgər Allah 7 qızdan sonra mənə oğul verərsə, mən onu Allah yolunda oxutduracam. Oğlum həyatını ancaq Allaha həsr edəcək”.
Gənc Allahşükürün Qurani-Kərimi öyrənməsi də, 1968-ci ildə Özbəkistanın Buxara şəhərindəki “Mir Ərəb” mədrəsəsinə daxil olması da məhz anasının tövsiyyəsi ilə olub. 16 yaşlı gənc təyyarə ilə Bakıdan Daşkəndə yola düşüb. Orada Orta Asiya və Qazaxıstan Dini İdarəsində, müfti Babaxanovun yanında imtahan verdikdən sonra 600 kilometr avtobusla yol gedərək Buxarada mədrəsəyə daxil olub. 1975-ci ildə Allahşükür Paşazadə Daşkənd İslam Universitetini bitirərək Vətənə qaydıb və Qafqaz Müsəlmanları İdarəsində fəaliyyətə başlayıb.
Şeyxülislam Cildəki evlərinin həyətindəki heyva ağacını çox sevir. Anasının ruhunu həmin ağacın altında hiss etdiyini deyir. Əslində, burada bir şüuraltı məqam var, anası Allahşükür Paşazadəyə İslam yolunu seçməyi ilk dəfə o ağacın altında tövsiyyə edib. Məhz buna görə Şeyx həmin ağacı çox sevir. Əslində, zaman keçəcək və Şeyxin fəaliyyətindən tam xəbərdar olan bütün Azərbaycan xalqı üçün də o ağac sevimli olacaq. Çünki o ağacın altında ilk dəfə İslam yoluna qədəm qoymuş 4 yaşlı Allahşükür sonradan xalqının ən faciəli günlərində qəlbindən gələn iman səsinə qulaq asaraq Vətəninin xilaskarına çevrildi.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR