Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iyulun 5-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gələn Fransa Respublikasının Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri, sabiq ekologiya, dayanıqlı inkişaf və energetika naziri xanım Mari-Seqolen Ruayal ilə görüşü olub.
Qadin.Net xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva Mari-Seqolen Ruayalın ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edi. Birinci vitse-prezident Azərbaycanla Fransa arasında bir çox sahələr üzrə əlaqələrin inkişaf etdiyini məmnunluqla qeyd edib, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Mehriban Əliyeva ötən il Prezident İlham Əliyevin, bu il isə özünün Fransaya səfərinin, aparılan danışıqların, imzalanan sənədlərin siyasi əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.
İqtisadi sahədə də əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Birinci vitse-prezident bu istiqamətdə yaxşı potensialın mövcudluğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazda Fransanın ən böyük ticarət tərəfdaşıdır və ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika var. “Xoş haldır ki, ənənəvi tərəfdaşlıq sahəsi olan enerji əməkdaşlığı ilə yanaşı, qeyri-neft sektorunda da əməkdaşlıq genişlənir”, -deyən Birinci vitse-prezident bir sıra Fransa şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətini qeyd etdi, yüksək texnologiyalar, nəqliyyat, şərabçılıq kimi sahələrdə əlaqələrin möhkəmləndiyini bildirib.
Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan Mehriban Əliyeva paytaxtımızda Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə təməli qoyulan Bakı Fransız Liseyinin və hər 2 ölkənin dövlət başçılarının təşəbbüsü ilə yaradılan Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiklərini qeyd edib, humanitar sahənin ölkələrimizin və xalqlarımızın bir araya gətirilməsində böyük rol oynadığını vurğulayıb. Birinci vitse-prezident Mehriban Əliyeva son vaxtlar bu istiqamətdə görülən işlərdən danışaraq, Azərbaycanın və Fransanın şəhərləri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanmasını ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaratdığını deyib. Mehriban Əliyeva bir daha qonağı ölkəmizdə salamlayaraq, ona uğurlu səfər arzulayıb.
Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri Mari-Seqolen Ruayal Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşməyin onun üçün şərəf olduğunu bildiri. Qonaq Mehriban Əliyevanın bu yaxınlarda Parisə səfərini xatırlayaraq, bu səfəri yüksək dəyərləndirib. Görüşdən əvvəl Bakıdakı Azərbaycan-Fransız Universitetinə getdiyini qeyd edən Mari-Seqolen Ruayal belə layihələrin 2 ölkə arasında qurulan əməkdaşlığı təcəssüm etdirdiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib
XƏBƏR LENTİ
Uşağı neçə yaşında idmana yazdırmalı?
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Bakının yeni sərhədi
Azərbaycanda sabahdan daha bir məhdudiyyət LƏĞV OLUNUR
Ən yaradıcı insanlar - REYTİNQ
Pensiya alanların sayı açıqlandı
Ağlasığmaz gerçəklər
Psixoloji testlər
Sabah yay vaxtı ləğv edilir
2 mindən çox əcnəbi qaydaları pozub
Bir gündə üç kitab təqdim ediləcək
"Facebook" və "Instagram"da problem yarandı
"Dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birincidir"
Məşhur müğənnini növbəti dəfə qarət etdilər-FOTO
Toydan sonra gəlini makiyajsız görən bəy boşanmaq istədi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ermənilər "Türkiyənin ürəyi"ni istəyir
Azərbaycanda daha 25 nəfər koronavirusdan öldü: 2239 yeni yoluxma
“WhatsApp”da təhlükə yaranıb
Quba sakinlərinə pis xəbər
Avropanın ən varlı adamı daha da varlandı
Dünyanın ilk “ağıllı” corabı hazırlandı
Papa Bakıya gəlir - polis hazırlığa başladı
İman edən alimlər-2
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Məşhur aktrisa tənqid olundu-FOTO
Castin Biber xanımı ilə çimərlikdə-FOTO
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?
Məktəblilərin vahid geyim formaları olacaq
Rəqəmlər (5)
Yeni il gecəsi üçün makiyaj
Şokoladlı konfet (foto resept)
Günün ulduz falı
Gəlin makiyajından əvvəl və sonra
ATƏT-in saytı haker hücumuna məruz qalıb
İlham Əliyevdən erməni diplomata sərt cavab
Zəngilansız 21 il
Ən varlı adamlardan birinin gözlənilməz addımı
Priyanka Çopra ana olmağa hazırlaşır-FOTO
20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi
Hyustonda Vüqar Həşimovun xatirəsinə turnir keçirilib
Günün ulduz falı - 25.08.2013
Bakıda Covanni Battista Perqolezinin “Qulluqçu xanım” operasının premyerası olacaq
Dünyanın ən qəribə işi
Uşağın qırxı çıxdıqda hansı mərasimləri etmək lazımdır?
Meyvəli 3 dəri maskası
Yerin təbii peyki ilə bağlı maraqlı fakt açıldı
Azərbaycanda real müharibə yaxınlaşır
Bakıdan Sarkisyanın şərtlərinə cavab














