Hər gün Günəşdən, hava çirkliliyindən, siqaretdən və digər ətraf mühitin təsirindən zərər görən dərinizin yumşaqlığını və bənzərsizliyini qoruyub saxlamaq üçün vitaminlərlə zəngin olan meyvələrdən istifadə etmək lazımdır.
Hər meyvə müəyyən qrup vitaminlərlə zəngindir və hər qrup vitaminin də dəriyə gözəl təsiri var.
Manqo, alma, avokado və kivi kimi meyvələrlə hazırlanan üz maskaları dərinin hüceyrə quruluşuna müsbət təsir edərək dərini ölü hüceyrələrdən təmizləyər və antioksdant təsiri ilə qocalmanın dəri üzərindəki təsirini gecikdirər.
Avokado C vitamini ilə zəngindir. O cildi nəmləndirir və onu ətraf mühitin mənfi təsirlərinə qarşı gücləndirir. Üzdəki yağ miqdarını balanslaşdıraraq sızanaq və civzələrin yaranmasının qarşılını alar. Avokadonun qabığını soyduqdan sonra bir qaşıqla yaxşıca əzdikdən sonra üzünüzə çəkin. Onu üzünüzdə 20 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq su ilə yuyun.
Kivinin də tərkibi C vitamini ilə zəngindir. Kivi tərkibindəki su ilə dərinin ehtiyacı olan nəmi yaradır və qocalmanın üzdəki təsirini gecikdirir. Hamımız bilirik ki, nəm balansı qorunan dəridə qocalma da gec müşahidə edilir. Kivi isə bunun üçün çox gözəl bir vasitədir. Kivi xüsusilə quru dərilər üçün unikaldır. Quru dərisi olan xanımlar kivini bir miqdar qatıq və balla qarışdıraraq üzünə çəkə bilər.
Alma tərkibindəki vitminlərlə birlikdə çox gözəl bir pilinq effekti yaradır. O, dərini ölü hüceyrələrdədn təmizləyir. Həftədə bir dəfə alma maskasını üzünüzə çəkə bilərsiniz. Bunun üçün 1-2 çay qaşığı balı alma püresi ilə qarışırın və üzünüzə çəkin. Təsirini tez bir zamanda hiss edəcəksiniz.
Üzdəki yeni yaranan qırışların öhdəsindən gəlmək üçün isə sizin köməyinizə portağal yetişəcək. Portağal maskaları dərini qidalandırır. Bunun üçün 1 ədəd yumurta sarısının üzərinə 1 çay qaşığı bal və bir ədəd portağalın suyunu əlavə edin. Ərzaqları yaxşıca qarışdırdıqdan sonra isə üzünüzə çəkin. Maska 20-25 dəqiqə üzünüzdə qaldıqdan sonra soyuq və ya ilıq su ilə yuyun. Bu maskanın tərkibindəki bal da dərinizi portağal kimi qidalandıraraq nəmləndirəcəkdir. Yumurta sarısı isə dərini nəmləndirməklə yanaşı onun dartılmasını da təmin edəcəkdir.
Təbii antioksidant baxımından zəngin olan çiyələk də üz dərisi üçün mükəmməl bir meyvədir. Çiyələk zədəli dəriləri bərpa edir və dəriyə parlaqlıq bəxş edir. Mütəmadi olaraq çiyələk dərisi tətbiq edilən dəri həm parlaq olur, həm ölü hüceyrələrdən azad olur, həm də ətraf mühitin zərərli təsirlərinə qarşı bir qoruma təbəqəsi yaratmış olur.
Çiyələkdən maska hazırlamaq üçün yarım kasa çiyələyin üzərinə 1 yemək qaşığı süd və 1 yemək qaşığı düyü suyu əlavə edin. Çiyələkləri əvvəlcə çəngəllə əzin. Maskanı üzünüzə və boyun nahiyənizə çəkərək 20 dəqiqə gözləyin. Sonra isə ilıq su ilə yuyun.
Ərik də dəri üçün mükəmməl bir təmizləyicidir. O dərini təmizləyərkən ona pilinq təsiri edir və dərini qidalandıraraq ona parlaqlıq bəxş edir. Ərik maskası hazırlamaq üçün 3 ədəd əzilmiş əriyin üzərinə 1 çay qaşığı ərik çəyirdəyi tozu əlavə edib qarışdırın. Maskanı üz və boyun dərisinə çəkərək 20 dəqiqə gözləyin. Sonra isə onu ilıq su ilə yuyun. Əgər ərik çəyirdəyinin tozunu tapa bilməsəniz, onun əvəzinə yulaf unu və ya badam tozu da istifadə edə bilərsiniz.
Bu meyvələrdən əlavə şaftalı, qarpız, banan kimi meyvələr də üz dərisi üçün böyük əhəmiyyətə malikdir. Onar cildi nəmləndirər və üzdəki ləkələrin tədricən açılmasına səbəb olar.
Bu meyvələrdən hansından istəsəniz, yarım stəkan sıxılmış təzə suyunun üzərinə 1 ədəd yumurta, 1 şay qaşığı bal, 1 yemək qaşığı yulaf və 1 çay qaşığı da zeytun yağı qatıb üzünüz üçün maska hazırlaya bilərsiniz.
XƏBƏR LENTİ
Koronavirusa yoluxmuş müğənnidən açıqlama
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
İlin ən yaxşıları müəyyənləşdi
Məhərrəmlikdə toy etmək olmaz
Gökçe Bahadır müğənniliyin daşını artdı-SƏBƏB
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı - YENİLƏNİB
Hicablı qadınlar üçün dəbli kombin tövsiyələri
Dünyanın ən böyük zanbaq xalçası
Altsheymer xəstəliyinə qarşı peyvənd hazırlandı
Neftçilər Xəstəxanasında pulsuz müayinə
Sakit və rahat yatmaq üçün
Qarabağda daha 12 PKK/YPG terrorçusu məhv edildi
Gözəl göz makiyajları
Psixoloq: "Hər xəstəliyin təməlində qorxu dayanır"
Bu gün Milli Teatr Günüdür
Qızıl və platin iPhone istəyirsiniz?
250 illik qüllə evə çevrildi
-67 dərəcədə şaxtada 6 saat dayanmadan QAÇDI-FOTO
Qarağatlı, alma piroqu(foto resept)
Sərdar Ortaç məhkəmədə uduzdu-FOTO
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Cəbhəyanı məktəblərin şagirdlərinə güzəşt edilə bilər
Ən çox televizora baxan xalq hansıdır?
Mehriban Əliyevanın geyim tərzi
Nə üçün təyyarədə ayaqqabıları çıxarmamalıyıq?
Səhər yuxudan dolların ətri ilə oyanacaqsınız
N.Tusidən hikmətlər
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Mart ayında gözlənilən hava açıqlandı
Düşüncənin riyazi dili - Çoxüzlü
Bu sizi nikotin asılılığından da xilas edəcək
Günün qoroskopu: Səhhətinizə nəzarət edin!
Hərbçilər üçün bina
Mel Gibson haqqında inanılmaz FAKTLAR
Cavid ömrü
İmtahanda maksimum nəticə göstərən abituriyent qızlar barədə bilmədiklərimiz
Şəkillə yaş müəyyənləşəcək
Qarpızın faydaları
Qorxmuram
Ağ-qara illüstrasiyalar
"Beşiktaş" səfərdə qol vurmadan məğlub oldu
Makiyaj möcüzələri
Azərbaycandakı qrip təhlükəsi
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Kainat: düsturların ahəngi
Moskvada Qarabağ problemi müzakirə edildi
Uşaqların qrip olmasının ŞOK SƏBƏBİ
Corc buşun iti hər kəsi kövrəltdi-FOTO
"Quran prinsipləri məktəbdə öyrədilməlidir"
Barak Obamanın xanımı prezident olmaq istəmir
- ŞƏRHLƏR