İyunun 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda səfərdə olan UNESCO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb.
Qadin.Net xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə UNESCO-nun Baş direktoru Odre Azuleyə minnətdarlığını bildirdi. Təşkilatın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Odre Azulenin həmin tədbirə diqqətinin bu sessiyanın uğurla keçəcəyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyini məmnunluqla vurğuladı. “Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESCO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”, - deyən Mehriban Əliyeva bu il əməkdaşlığımızın 27-ci ildönümünün qeyd ediləcəyini bildirdi, dünya mədəniyyət irsinin qorunmasında gələcəkdə də çox uğurlu əməkdaşlıq quracağımıza əminliyini ifadə etdi. UNESCO-nun xoşməramlı səfiri onu da bildirdi ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixi və dini irsin qorunması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib və son illərdə Azərbaycanda UNESCO-nun tərəfdaşlığı ilə bir sıra möhtəşəm beynəlxalq forumlar, tədbirlər uğurla təşkil edilib. UNESCO-nun Baş direktorunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edən Mehriban Əliyeva ümidvar olduğunu bildirdi ki, bu səfər çərçivəsində Odre Azule Azərbaycanla, paytaxtımızla daha yaxından tanış olacaq və xalqımızın qonaqpərvərliyini hiss edəcək.
UNESCO-nun Baş direktoru Odre Azule Parisdə təşkilatın baş qərargahında Mehriban Əliyeva ilə görüşünü xatırladı və UNESCO üçün ən mühüm tədbir olan Ümumdünya İrs Komitəsinin növbəti sessiyasının üzv dövlətlər arasında məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. UNESCO-nun Baş direktoru növbəti günlərdə bütün ölkələrin nümayəndələrinin Bakıda bir araya gələrək dünya irsinin qorunması üçün görülməsi vacib olan tədbirləri müzakirə edəcəklərini vurğuladı. Odre Azule UNESCO üçün mühüm əhəmiyyət kəsb edən və 2500-ə yaxın iştirakçının qatılacağı bu sessiyanın Azərbaycanda keçirilməsinə görə təşəkkürünü bildirdi.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və UNESCO-nun Baş direktoru Odre Azule birgə nahar etdilər
XƏBƏR LENTİ
“MilliÖn” terminallarında nə baş verir?
Leyla Əliyeva şəhidlərə şeir həsr etdi - FOTO
Bədəni formada saxlayan məşqlər
ATƏT yenə narahatdır
Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq - VİDEO
Ölüləri dirildir, insanları 500 il yaşadırlar...
Böyük partlamanın səsi tapıldı: Higgs parçacığı qədər əhəmiyyətli bir kəşf
HAVA necə olacaq?- 30 MART
Neslihan suallara cavab verdi-FOTO
Təbii gözəlliyinizi qoruyun
Erməni general separatçı lideri döydü
Millimiz sonuncu oyunda da uduzdu
Acun qızının olduğu avtomobil qəzasından danışdı
Xəz geyimlər
"İTV Ermənistanın "Eurovision"dan kənarlaşdırılmasını tələb edib"
Maya ilə gözəllik maskaları
Limonlu piroq (foto resept)
Suarez: "100 faiz hazıram"
Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başladı
Karantində elektron qolbaq daşımaq məcburi oldu
DİN-dən metro istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO
Tanınmış obrazlar fərqli qələmdən
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Gülümsəyən diktator 6 nazirin "başını yedi"
Bakıda istehlakçıları aldadan şəxs barəsində iş qaldırılıb
Anar Məmmədxanov Moskvada anıldı
Diabet qidalanma müalicəsi
Hacıqabulda güclü yanğın olub, 180 Eldar şamı yanaraq məhv olub
Çempionlar Liqası canlı yayımda
Ebola bitmədi
Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi
Kürdə qorxulu vəziyyət
Qızılgül xanımlar (Emile Vernon)
Məşhur aktrisa bostanda pomidor əkdi-FOTO
Sia iki gənci övladlığa götürüb - VİDEO
Yağlı saçlara qulluq
Azərbaycanda ipoteka qaydaları dəyişəcək
Sağlamlıq üçün ən təhlükəli saç düzümünü bilirdiniz?
Faydalı maskalar
Fantastik filmlər necə çəkilir?
Məktəbdə işləmək istəyənlərin nəzərinə
Məşhurların Helloun kastyumları-FOTO
Qəhvə masajıyla selüliti yox edin
Meqan və şahzadə Harridən GÖLƏNİLMƏZ QƏRAR
İdmandan öncə nələr yeyilməlidir?
Sürətlə yayılan trend
Amansız boks: karyerasında ilk dəfə uduzdu
Təzəpir məscidində iftar süfrəsi açılıb
Faydalı maskalar
Bayquş nə vaxt 270 dərəcə çevrilir?