Uşaq üçün təhnik (xurma və yaxud bal kimi şirin bir şeyi uşaq doğulanda onun ağzına qoymaqdır) və dua etmək müstəhəbdir (bəyəniləndir). Əbu Musa (Allah ondan razı olsun) belə deyir: "Mənim oğlum olmuşdu. Onu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına apardım. O, uşağa İbrahim adını qoydu. Sonra barmağının ucuna xurma qoyub uşağın ağzına sürtdü və onun üçün dua edib Allahdan bərəkət dilədi və sonra uşağı mənə qaytardı". Bu uşaq Əbu Musanın böyük uşağı idi". (Buxari 5150; Muslim 2145).
2) Birinci və yaxud yeddinci gün uşağa ad qoymaq. Milli.Az zikr.az-a istinadən bildirir ki, Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə söylədiyi bildirilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: "Bu gecə mənim oğlum oldu və ona atam İbrahimin adını qoydum". (Muslim, 3126).
Aişənin (Allah ondan razı olsun) belə söylədiyi bildirilir: "Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) Həsən və Hüseyin (Allah onların hər ikisindən də razı olsun) üçün yeddinci gün "əqiq" etdi və onlara ad qoydu". (İbn Hibban, 12/127; əl-Hakim, 4/264; Hafiz ibn Həcər hədisi "Fəthu-l-Bəri" kitabında (9/589) səhihləşdirmişdir).
3) Əqiq və sünnət etmək. Övladı olan insanın imkan daxilində əqiq qurbanı kəsməsi vacibdir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilir. Salman ibn Amir əd-Dabbiyə (Allah ondan razı olsun) istinadən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğu bildirilir: "Doğulmuş uşaqla yanaşı "əqiqi" var. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin". (Tirmizi, 1515; İbn Məcəh: 2/1056, в„– 3163-3164; Nəsai, 4214; Əbu Dəvud, 2839; əl-Əlbəni hədisi "əl-İrva" əsərində (4/396) səhihləşdirmişdir).
Samura ibn Cundubun (Allah ondan razı olsun) xəbər verir ki, Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) belə dedi: "Doğulmuş hər bir uşaq "əqiqinə" bağlıdır. Yeddinci gün əqiq kəsilir, saçı qırxılır və ad qoyulur". (Tirmizi, 1522; Nəsai, 4220; Əbu Dəvud, 2839; əl-Əlbəni hədisi "əl-İrva" əsərində (4/385) səhihləşdirmişdir).
Həmçinin, ola bilsin ki, əqiqin digər faydalarından da biri, qohum-əqrəbanın və dost-tanışın "vəlimə" (ziyafət) münasibətilə bir yerə toplaşmasıdır.
4) Sünnət etdirmək. "Fitri sünnətlərdəndir". Oğlan uşaqlarını sünnət etdirmək vacibdir. Çünki bu təmizlikdir. Təmizlik isə öz növbəsində namazın şərtlərindən biridir. Əbu Hureyradan (radıyəllahu anhu) rəvayət edilir: "Beş şey fitrətdən sayılır: 1. Xitan (sünnət etdirmək); 2. Ayıb yerləri qırxmaq; 3. Qoltuğaltı tüklərini götürmək; 4. Dırnaqları tutmaq; 5. Bığları qısaltmaq". (Buxari, 18/245, в„– 5439-5550; Muslim, 2/67, в„– 257-377).
5) Yeni doğulan uşaqla bağlı sünnətlər arasında alimlər həmçinin azan verməyi də qeyd edirlər. Azan körpənin sağ qulağına oxunur. Məqsəd budur ki, dünyaya gələn körpənin ilk duyacağı kəlmə Tövhid kəlməsi olsun.
6) Körpənin başını qırxaraq başını zəfəranla yağlamaq olduqca faydalıdır.
7) Daha sonra isə saçının ağırlığı çəkisində qızıl və yaxud gümüş sədəqə verilir. Bunu yerinə yetirmək üçün mütləq saçı tərəzidə çəkmək vacib deyil. Bunu etmək çox çətindirsə, sadəcə saçın ağırlığını təxminən hesablamaq, qızıl və yaxud gümüşün dəyərinə bərabər kağız pul vermək kifayətdir.
Milli.Az
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Abort qadağasına məşhur modeldən ETİRAZ-FOTO
Deniz Çakırın QALMAQALLI görüntüsü yayıldı-VİDEO
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Rusiya peyvəndi ilə bağlı açıqlama
Oğrulardan qorunmaq üçün qəribə üsulları olan insanlar
Ziyafət üçün makiyaj və saç düzümləri
Adriana Limanın son FOTOsu diqqət çəkdi
Ağ gəlinliyi sevməyən gəlinlər
Rusiya KİV-də keçirilən sorğuda çoxluq Moskvanın Bakını dəstəkləməli olduğunu hesab edib
Xəyanət və sevgi
İlham Əliyevin “Nikkei”yə müsahibəsi ən çox oxunan məqalə oldu
"WhatsApp"-da YENİLİK!
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
HAVA necə olacaq?
Şəkərin 4 təhlükəli xüsusiyyəti
Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir
Evliliyi qorumağın 8 yolu
Yay qarderobunuzu yeniləmək üçün geyimlər
Çiyələk yağının dəriyə faydası
Azərbaycan hərbçisindən çağırış - VİDEO
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələdi: İki nəfər vəfat etdi
Əncirli keks (foto-resept)
Cıdır düzündən Topxana meşəsinə açılan möhtəşəm mənzərənin ən yeni görüntüləri - VİDEO
İlaxır çərşənbədə hava necə olacaq?
Orduda gülənçi izlərinin axtarışı başladı
Məşhur aparıcı canlı yayımda rüsvay oldu-VİDEO
London derbisi: Yağış gözəl idi
Avroliqa: "Trabzonspor" zirvədə, Abışovun komandası səfərdə xal itirdi
Günün qoroskopu: hər şey qarşılıqlı olacaq
Milli Ordunun yaranmasından 102 il ötür...
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
Cəbhə ilə bağlı sərəncam
Dünyanın ən qədim rəsmi
"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"
Südəmər uşaqlarda zökəm
"Q" və "L" hərfləri ilə başlayan adların mənası
Amerikalı müğənni koronavirusdan öldü
Rus Dili dərs-16
Dilimiz - Milli Kimliyimiz
Bakılılara şad xəbər: nömrə köçürmək 10 dəfə ucuzlaşıb
Erməniləri çox qorxudan səfər
Prezident təsdiqlədi - Azərbaycanda sosial yardım bir il müddətinə təyin ediləcək
Rus qırıcıları türkmən ərazilərini bombaladı
Cazibədar xanımlar üçün
Bu gün abituriyentlər imtahan verirlər
Bu aydan hemofiliyalı xəstələrə ilkin tibbi yardım onların yaşadıqları ərazilərdə göstəriləcək
Ən son gəlinlik modelləri
Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptom
DİN-dən velosiped sürənlərin cərimələnməsi ilə bağlı AÇIQLAMA
Dünyanın ən böyük zanbaq xalçası
Avropanın bəxti gətirdi ki, Avropa Oyunlarını məhz Azərbaycan keçirir
![](/sfiles/img/icons/valuable-icon.png)