Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq şairi Nəbi Xəzrinin anadan olmasının 90 illik yubiley tədbiri keçirilib.Tədbir “Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 iyun tarixli Sərəncamı əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nəbi Xəzrinin həyat yolu və yaradıcılığından söz açıb.
Bildirilib ki, Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. N.Xəzri XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir. Onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb. Şair nədən yazırsa-yazsın, onun şerinin ruhu, canı, mayası Azərbaycan olub. Hətta uzaq mətləblərə toxunanda, başqa məmləkətləri təsvir edəndə belə misraların arxasında ana yurdun gözəlliyi dayanıb.
Xalq şairi Səməd Vurğunun xeyr-duası ilə ədəbiyyata gələn Nəbi Xəzrinin Azərbaycan poeziyasına dəyərli töhfələri aktuallığı ilə diqqəti cəlb edir. Onun yaradıcılığı, poetik axtarışları Azərbaycanın ən tanınmış qələm adamları, ədibləri, ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib.
İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Qeyd edilib ki, altmış ildən artıq ədəbiyyata xidmət etmiş Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Torpaq, sənə and içirəm”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və başqa kitabların müəllifidir.Ədibin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri teatrlarımızda uğurla tamaşaya qoyulub, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaradıb. Tanınmış müğənnilərimizin repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olunub.
Ə.Qarayev vurğulayıb ki, Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən müstəqil Azərbaycanın ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və Azərbaycan Dillər Universitetinin professoru Fəridə Səfiyeva Nəbi Xəzri yaradıcılığını müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən biri kimi qiymətləndiriblər.Atasının yaradıcılığına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə ailələri adından minnətdarlığını bildirən Arzu
Babayev atası barədə xatirələrini bölüşüb.
Tədbirdə Nəbi Xəzrinin şeirləri səsləndirilib və sözlərinə yazılmış mahnılar sevilən müğənnilərin ifasında təqdim olunub.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İndi biz nə edək?
Naqillərin bir-birinə dolaşması təhlükəlidir
Sözün gücü
Qadınlara ərə getməyi yasaqlayan Qətər şirkəti
43 ildən sonra anasını tapdı - FOTO
Yanan bina sakinləri evlərinə geri dönür
Badımcan souslu makaron (video-resept)
Türk mətbəxindən " Kaymaçina" (foto resept)
Culyetta Drueni və Viktor Hüqo
Avtobuslarda gedişhaqqını artırmaq istəyirlər
Günün ulduz falı
Xəzər dənizində kruizlər təşkil olunacaq
Bu günün hava proqnozu
Saatınız irəli çəkildi? - BUNLARA ƏMƏL EDİN
Qurbanlıq barədə ən çox verilən suallara cavablar
Jurnalist olmaq istəyənlərin nəzərinə!
Facebook istifadəçilərinin sayı 1,37 milyarda çatıb
Kəfən olan gəlinlik
Günün ulduz falı
Hava haqqında
Facebook-da növbəti yenilik
Hicablı bacılarımız üçün
Vətəndaşlar pulsuz müayinədən keçdi
Qışın əvəzedilməz yeməkləri
Beyinləri zəhərləyən ədəbiyyat
Təmiz qolu kirli əl batırdı
Yüksək balla tələbə ola bilməyənlər barədə AÇIQLAMA
Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı - FOTO
3 günün hava proqnozu
Nazirlik xəbərdarlıq etdi: İçməli sudan...
Avropa Oyunları: Karatedə 3-cü qızıl medalımız!
Qızıl süd arıqlamağa kömək edir
Ukrayna "Eurovison 2017" müsabiqəsindən imtina edir?
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL
Yaşamaq üçün ən yaxşı şəhər
Fəxriyyə Xələfova əl işini Özbəkistan muzeyinə bağışladı - FOTO
Dünyanın ən gözəl qadınının sirləri
“İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”
Mobil operatorların xidmətlərinin keyfiyyəti yenidən yoxlanılacaq
Böyük günahlar hansılardır?
Türkiyədə arxeoloqlar 1700 yaşı olan heykəl aşkar ediblər
Yatarkən bunları geyinməyin!
Kababa gəl, kababa: ye ki, qurtaracaq
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
HAVA necə olacaq?
Qeyri-adi iş təklifi
Səbzi plov (foto resept)
Məşhur aktyor “Survivor”dan uzaqlaşdırıldı?-FOTO
Əl çatmaz məhəbbətim
Avropa Parlamenti Ermənistanı işğalçı
- ŞƏRHLƏR