Avropa Şurası Parlament Assambleyası (AŞPA) rəsmi İrəvana işğal olunmuş Azərbaycan torpaqlarını tərk etmək üçün çağırış edib. ANS PRESS-in “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, AŞPA sədri Pedro Aqramunt bu istiqamətdə bəyanat yayıb. Aqramunt Dağlıq Qarabağda zorakılıq hallarının çoxalmasına və mülki əhalinin ölümünə görə təəssüfləndiyini qeyd edib.
“Atəşin dərhal dayandırılması və münaqişənin sülh yolu ilə həl olunması üçün tərəfləri dialoqa çağırıram.” – deyə bəyanatda bildirilir. Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həl olunması üçün səy göstərəcəklərinə dair öhdəlik götürdüklərini deyən Aqramunt hər iki ölkəyə zorakılıq hallarından uzaq olmaq istiqamətində çağırış edib. AŞPA sədri həmçinin Azərbaycan tərəfinin cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərarının da sevindirici hal olduğunu vurğulayıb.Pedro Aqramunt Ermənistandan, BMT TŞ-nin işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmaq barədə qətnaməsinə riayət etməyi tələb edib.“Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsiz Şurasının qətnaməsinə uyğun olaraq Ermənistandan, işğal olunmuş Azərbaycan torpaqlarından çıxmağı tələb edirəm.” – deyə bəyanatda qeyd edilib. Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Monika Belluçi sadəliyi ilə VALEH etdi
Uşağa ev tapşırıqlarını necə sevdirməli?
Nədir sevgi?
Məşhur aktrisa koronavirusa yoluxdu
Neftin qiyməti nə vaxt qalxacaq?
Sağlam həyat tərzi piy toxumasının iş sxemini dəyişdirir
WhatsApp niyə çökdü?
ABŞ televiziya aparıcısı yadplanetlidir? GÖZLƏRƏ DİQQƏT... - VİDEO
Cərrah prezident olmaq istəyir
Fahriye "makiyajsızam" dedi, aləm qarışdı - FOTO
Sağlam həyatı sevənlər üçün qacetlər
Realiti şounun ən qalmaqallı iştirakçısı SAXLANILDI
Sınaqdan çıxmış cavanlıq cövhəri
Adaçayının faydaları
110 illik ağacı KİTABXANA etdi-FOTO
Türkiyə PPK-nın "belini qırdı"
AŞPA-da Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı qərar
Uşaqlarda normal temperatur
Köhnə adət; günəşdən qorunmaq üçün makiyaj etmək
Murat Boz Aslı üçün 50 min xərclədi
Şəkillərdə gözəl görünməyin yolları
Hava xəbərdarlığı
Yumurtalı muffin (foto resep)
Yeni imtahan modeli nə vəd edir? - Ekspert
2000 illik tarixi olan, yeyilə bilən kərə yağı tapıldı
İlham Əliyev bununla növbəti dəfə tarixi bir nümunə göstərdi
Ramiz Mehdiyev "Soyqırımı memorial kompleksi" ilə bağlı sərəncam imzaladı
Yuxulara inanaq, yoxsa inanmayaq?
Dekabrın 23-ü qeyri-iş günüdür
ABŞ tarixində ilk qadın prezident?
Məşhur modeldən qalmaqallı açıqlama
Murat Bozla Aslı Enver Yenə AYRILDI-SƏBƏB
2040-cı ildə İnternet necə olacaq?
Azərbaycana 30 santimetr qar yağdı
Azərbaycanda plastik əməliyyatlar: kim nəyi, neçəyə dəyişir?
ABŞ səfiri: "Bu, Qarabağ münaqişəsinin həllinə gətirib çıxara bilər"
Sıla məhkəmədə qalib oldu
Cennifer Lourensin tərzi
Planetimizdən yaşlı daş tapıldı-Unikal kəşf -FOTO
Ordumuz dünyanın ən güclüləri sırasında
Hicablı xanımlar üçün geyim dəstləri
Qış gəldi, amma istilik yox
Ermənistandan antirekord
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
ABŞ-ın ermənilərin sıx yaşadığı yerlərində “Qarabağ Azərbaycandır” lövhələri quraşdırıldı
İran Azərbaycana və Gürcüstana iqtisadi nümayəndə heyəti göndərəcək
Türkiyəyə səfər edənlərin nəzərinə: Pasportlarınıza fikir verin
Unudulmayan Qremmi mükafatı geyimləri
Portağallı mini kekslər (foto resept)
XİN: “Qondarma qurumla oyuncaq görüşün keçirilməsi özünü aldatmaqdan başqa bir şey deyil”














