İyirmi beş ildən sonra şəbəkə həyatımız sevindirici olacaq, yoxsa məyusedici?Azər Tac Britaniya KİV-lərinə istinadən xəbər verir ki, 1989-cu ilin martında Tim Berners-Linin yazdığı xidməti məktub nəticədə İnternetin yaranmasına gətirib çıxardı. O vaxtdan artıq dörddə bir əsr keçib. 1980-ci illərdə hiperistinadların birləşdirdiyi sənədlərin hətta sadə konsepsiyasını heç də hamı başa düşmürdü. Bəs görəsən İnternet 25 ildən sonra necə olacaq? 2040-cı ilədək nə dəyişəcək? İnternetin ixtiraçısı Tim Berners-Li bu yaxınlarda Londonda çıxış edərkən bildirib ki, bizə məxsus olan məlumatlardan yəqin nə vaxtsa, bacarıqla istifadə etməyi öyrənəcəyik. O fikrini izah edərək deyib: “Mən elə bir dünya qurmağımızı istərdim ki, orada öz informasiyamıza nəzarət edə, ona sahib ola bilək. Biz həyatımızın müxtəlif tərəfləri, ailələrimizin və dostlarımızın həyatı barədə məlumat toplayacaq kompyuter proqramları yaratmağı öyrənəcəyik”. İş yükünün optimallaşması üçün süni intellektin tətbiq olunduğu ağıllı sistemlər daha səmərəli və sadə İnternet mühiti yaratmağa kömək göstərəcəkdir. Bu mühitdə daha elektron poçt yığınları olmayacaq, iş təqvimləri həddindən artıq yüklənməyəcəkdir. Məlumat mübadiləsinin intensivliyinin artması ilə onların mühafizəsi sahəsində problemlər meydana çıxa bilər. Lakin Bi-bi-sinin təşkil etdiyi “Dünyanı dəyişə bilən ideyaların sammitində” iştirak edən kompyuter təhlükəsizliyi üzrə mütəxəssis Brüs Şneyer belə hesab edir ki, məxfi informasiyanın mühafizəsi ilə bağlı müasir problemlər 2040-cı ilədək aradan qaldırıla bilər .
Müasir dünyada rəqəmsal qəza üçün artıq bəzi zəmin vardır. “New York Times” qəzeti yazır ki, bu yaxınlarda İnternetin 10 ildən sonrakı vəziyyəti barədə Amerikanın “Pew Research” Tədqiqat Mərkəzinin məruzəsində “təhlükə” sözü “ümid” sözündən dörd dəfədən də çox işlənir.
İnternetin demokratik və hamı üçün əlyetər olması şəbəkə neytrallığının qoruyub saxlanmasını tələb edir. Tim Berners-Li deyib: “Şəbəkə neytrallığı uğrunda mübarizə aparmaq lazımdır”. Amma pessimistlər belə güman edirlər ki, uzunmüddətli perspektivdə bu neytrallığı təmin etmək mümkün olmayacaqdır. Hətta belə bir fikir də var ki, bu sahədə göstərilən səylər artıq boşa çıxıb. Məsələn, ilin əvvəlində Vaşinqtonda Amerika Apellyasiya Məhkəməsi şəbəkə neytrallığı prinsipini rədd edib. Nəzəriyyədə bu qərar varlı korporasiyaların pul hesabına öz İnternet xidmətlərini genişləndirməsinə və rəqiblərini sıxışdırmasına imkan verə bilər. Beləliklə, açıq İnternet şəraitində rəqabət nəinki faydalı yeniliklərə təkan vuracaq, həmçinin eqalitar dəyərləri qorumağa imkan verəcəkdir.
Lakin problemlər asanlıqla aradan qalxmayacaq. 2040-cı ildə İnternet indiki kimi olmayacaq, amma bir şeyə əmin olmaq lazımdır: o, həmişə insan təbiətinin bütün rəngarəngliyini əks etdirəcəkdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Şahzadə Harri və Meqan Markldan vida paylaşımı
Bakı gülə qərq olub (FOTO)
Vanil və badam tamlı ağ qarpız yetişdirilib
8 mart üçün fincan formalı açıqca
Ali Sunal:"Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu"
Qış üçün salat(foto resept)
"Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır"
Əlibəylidə atışma olub
Şokoladdan Hökumət evi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kraliça II Yelizavetanın 93 yaşı oldu-FOTO
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Azərbaycan alimləri dünyada ilkə imza atdılar
Cennifer Lopez Alexlə birlikdə -FOTO
Delfinlər haqqında bilmədiklərimiz
Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR
İspan dili 8-ci dərs
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Azərbaycanın mobil rabitə operatoru MNP xidmətinin tətbiqi hesabına abonent bazasının artmasını gözləyir
“Bu, əsla mümkün olmayacaq” - ÜST-ün baş katibindən QORXUNC PROQNOZ
Bu fotolara baxmağa dəyər
Şeytanla danışdığını dedi hər kəsi qorxutdu-FOTO
Ərdoğan: Sübut edə bilməsən, alçaqsan, namərdsən
Harri Şahzadə Diananın işini təkrarladı-FOTO
İstirahətdən sonra iş rejimini necə bərpa edək?
Qorxunc PROQNOZ: Fəsillər yox olur
Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı
Uşaqlarınızı yuxu rejiminə alışdırın
Mehriban xanım və Leyla Əliyeva uşaqları sevindirdi-FOTO
Google yeni şirkət aldı
Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
Çanaqqala döyüşünü dünya anır
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Həcc mərasimi ilə bağlı BƏYANAT
Meymun dahisi internetdən istifadə edir, yemək bişirir
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
Bu gün Milli Musiqi Günüdür!
Şeyx xalqa müraciət etdi
Hər şeyin çoxu ziyandır
Maska taxmayanlar üçün cərimələr iki dəfə artırılır
Emrahdan xanımına 8 milyonluq jest
HAVA necə olacaq?
İşləmək istəyənlərin nəzərinə!
Heyvansevərlər üçün maraqlı şəkilər
Torpaqların qanunsuz istifadəsinə qarşı monitorinqlər intensivləşib
Mehriban xanımdan vacib paylaşım
Bəşər Əsəd Rusiya və ABŞ-ın təklifi ilə razılaşdı
Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...
Meditasiyanı vərdişə çevirmək üçün nə etməli?
- ŞƏRHLƏR