Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların əsassız zəbt olunması, torpaqlarda təyinatına zidd aparılan özbaşına tikinti hallarının, dənizkənarı mühafizə zolaqları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqləri intensivləşdirib. Bu istiqamətdə həyata keçirilən torpaq reydləri və monitorinqlər zamanı belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitənin torpaq müfəttişləri Binəqədi rayonunun Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində və Abşeron rayonunda növbəti monitorinq və reydlər keçirib. Bu zaman Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarından Binəqədi bələdiyyəsi tərəfindən qanunsuz olaraq torpaq sahələrinin ayrılması halları aşkar olunub. Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir və nəticədə narazılıqların meydana gəlməsinə gətirib çıxarır. Azərbaycan Respublikası Prezidentinin Torpaq Məcəlləsinə dəyişikiliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən Komitə tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb. Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra özbaşına tikinti hallarının qarşısının alınması ilə bağlı tədbirlər həyata keçiriləcək.
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4000 manat, 8000 manat və 40000 manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.
Reydlər zamanı məlum olub ki, Abşeron rayonunda 104 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fiziki şəxslərə icarəyə verilib. Lakin bu torpaqlardan 50 hektar ərazi müxtəlif vətəndaşlar tərəfindən qanunla qadağan olunmasına baxmayaraq (yəni dövlət qeydiyyatına alınmadan) hasarlanıb. Digər hissədə isə hüquqi qaydada icazə olmadan tikinti aparılması üçün hazırlıq işləri görülüb.
Həmçinin torpaq reydləri zamanı Hövsan-Türkan yolunun şimal tərəfində, ayrı-ayrı şəxslər tərəfindən təqribən 1,9 hektar torpaq sahəsi heç bir qanuni torpaq ayırma sənədi olmadan, habelə dövlət qeydiyyatına alınmadan özbaşına zəbt olunaraq, hasarlanıb və müxtəlif tikinti işləri aparılıb.
Monitorinqlər zamanı bütün bu halların qarşısı alınıb, aparılan tikinti işləri tamamilə dayandırılıb. Qanunsuzluqlarla bağlı aktlar tərtib edilib, inzibati tədbirlər görülüb, cərimə və sanksiyalar tətbiq olunub.
Qeyd edilməlidir ki, 2016-cı ildə torpaq müfəttişləri tərəfindən 500-ə yaxın torpaqlarda istifadə ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Bu hallar əsasən dövlət və bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində zəbt etmələr, hüquqi rejiminə zidd istifadə halları, habelə torpaqların təyinatına uyğun olmayaraq süni balıq göllərinin, daş və gil-çınqıl karxanaları yaradılması, torpağın üst münbit qatının korlanmasıdır. Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin və digər təyinatlı obyektlərin tikintisi hallarıdır. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.
İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən dövlət müfəttişləri və müfəttişlər tərəfindən belə hallara dair 930-dan çox hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib, 230-dan çox halla bağlı inzibati protokol tərtib edilib, 170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.
Torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır.
Xatırladaq ki, torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Torpağı özbaşına hasarlama, becərmə və ya dəyişdirməyə yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub. Torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir.
Torpaqların istehsalat və ya kimyəvi təsirdən korlanmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10000 manatadək cərimə ödəməlidir. Torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslərə 600 manatdan 1000 manatadək, vəzifəli şəxslərə 2000 manatdan 3000 manatadək, hüquqi şəxslərə isə 6000 manatdan 8000 manatadək cərimə tətbiq olunur.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Ən çox bal toplayanlar bəlli oldu
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün YENİ QAYDALAR
Hamiləlikdə əsəb və stress
Mayın 13-ü PARK BULVAR-da “MÖCÜZƏ” yaşanacaq!
Köhnə köynəyinizi pul xərcləmədən yeniləyin
Prezident mahnı oxudu
Məşhurların makiyajsız şəkilləri
Ərimiş dondurmanı yenidən dondurmaq olmaz-SƏBƏB
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma
Barış Arduç avtomobilini satdı-SƏBƏB
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Dünyanın silah nəhəngləri (SİYAHI)
Düşmən PUA-sı məhv edilib
13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək
Ali məktəblərə ərizə qəbulu uzadıldı
Dəridəki yağı təmizləyən 4 üsul
Bu ilin trend yeni il ağacları hansılardır?
Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)
Hülya Avşar ada aldı
"Brilyant oğlan" evlənir
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Əllə yemək yeməyin faydaları
Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı
Rezin uzunboğaz çəkmələr
Milli Televiziya və Radio Şurası təəssüf edir
Rus ordusu Ukraynaya girdi
Gizli insan üzlərini tapın
Əlvan qızılgül
“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA
Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir
İnsanlar sizi necə tanıyır?
Hamiləlik haqqında alimlərin tədqiqatları (1)
Kürd dili rəsmi dil oldu
Tatlısəs vəfat etdi - FOTO
Sadə saç yığımları(2)
"One Direction"
Evinə çıxarış almaq istəyənlər üçün mühüm xəbər
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Çörək(foto resept)
Hamamdakı böyük təhlükə
Rusiyada dəvəquşular zibil qabında yaşayır?
Bu yeməklər narkotikdən betərdir
Dəbli saç çubuqları
Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı
Dəyərli xanımlar üçün möhtəşəm ayaqqabılar
Baş infeksionist əhaliyə müraciət etdi
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib
Mobil operatorlar müştəriləri aldada bilməyəcək
Qan içmək istəyi oyadan xəstəlik