Qadin.NET / “İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”

“İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”

 

“İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) rəsmi İrəvana işğal olunmuş Azərbaycan torpaqlarını tərk etmək üçün çağırış edib. ANS PRESS-in “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, AŞPA sədri Pedro Aqramunt bu istiqamətdə bəyanat yayıb. Aqramunt Dağlıq Qarabağda zorakılıq hallarının çoxalmasına və mülki əhalinin ölümünə görə təəssüfləndiyini qeyd edib.     

 

“Atəşin dərhal dayandırılması və münaqişənin sülh yolu ilə həl olunması üçün tərəfləri dialoqa çağırıram.” – deyə bəyanatda bildirilir.  Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həl olunması üçün səy göstərəcəklərinə dair öhdəlik götürdüklərini deyən Aqramunt hər iki ölkəyə zorakılıq hallarından uzaq olmaq istiqamətində çağırış edib. AŞPA sədri həmçinin Azərbaycan tərəfinin cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərarının da sevindirici hal olduğunu vurğulayıb.Pedro Aqramunt Ermənistandan, BMT TŞ-nin işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmaq barədə qətnaməsinə riayət etməyi tələb edib.“Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsiz Şurasının qətnaməsinə uyğun olaraq Ermənistandan, işğal olunmuş Azərbaycan torpaqlarından çıxmağı tələb edirəm.” – deyə bəyanatda qeyd edilib.   Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Mənbə: ANS PRESS

4 aprel 2016
GO BACK