Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, xüsusən Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Quba şəhərindəki "Soyqırımı memorial kompleksi"nə tez-tez səfərlər təşkil edir. Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr və turistlər kompleksi ziyarət edirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, memorial kompleks XX yüzilliyin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Lakin son dövrlər kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib. Prezidentin tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Quba şəhərində "Soyqırımı memorial kompleksi" ilə bağlı bəzi məsələlər haqqında" sərəncam imzalayıb.
Sənədə əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Musayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Seymur Fətəliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni daxildirlər.
Komissiya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.
Milli.Az
XƏBƏR LENTİ
“Oskar”a həsrət qalan 10 məşhur aktyor - SİYAHI
Günün ulduz falı
Bu cür cəsur dost ola bilərsinizmi?
Xərçəngin düşməni olan quru meyvələr
Bu gün Arzu Əliyevanın doğum günüdür! - VİDEO
Hava haqqında - 28.01.2014
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Dəbli payız ayaqqabıları
Qəbizlikdən xilas olmağın ən sürətli yolları
Kişilərin pis vərdişləri
Erməni diasporu düşmən deyil
Sevgidən nifrətə bir addım
Kəs və yapışdır-22
Məşhur oyunlara qadağa qoyuldu
Döyüşlər cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - RƏSMİ
Əcnəbilər də Azərbaycanın qələbə sevincini qeyd ediblər - VİDEO
Qadınların ən təhlükəli sözləri
Sumqayıt hadisəsindən 27 il ötür
"Paleo-xəritə"
Nikolas Keycə iki kobra hücum etdi-FOTO
Görme qüsurlu insanlar üçün smart eynek.
“Quş qripi” ilə bağlı növbəti monitorinq başladı
Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO
Yağ ləkəsini necə təmizləməli?
BÜRCLƏR bizə nə vəd edir?-30 Oktyabr
2016 - Bayramınız mübarək!
Bakı metrosunda gediş haqqı qaldırılır?
Qurban bayramında neçə gün iş olmayacaq?
Sabahın HAVAsı
Yaşamağa yardım edən həyat devizim (2)
İki üzük...
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Bilərzik hazırla
Bələdiyyələrə qadağa qoyuldu
Madonna şousuna 5 milyon xərclədi
Günün ulduz falı
Evimizdəki təhlükə
Şamanlara görə xəstəliklərin 4 əsas səbəbi
Notbuk istifadəçilərinə şad xəbər
Özbək plovu (video-resept)
"Atiye"nin baş qəhrəmanı bu xanımla evlidir-FOTO
Toyuqlu,göbələkli börək (foto resept)
Rəssam həbsxanada qalanda - FOTO
National Geographic foto müsabiqəsi-1
MTV Video Music Awards 2020 qırmızı xalça
Erməni politoloq: "Azərbaycan bizdən güclüdür"
Azərbaycan peyki vasitəsilə Gürcüstan telekanallarının yayımına başlanıldı
Nettanın geyimini tənqid etdilər - FOTO
Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı
Xallı piroq (foto resept)