Qoç - Maliyyə məsələlərinə bu gün aydınlıq gətirin. Tanıdığınız və dəyər verdiyiniz insanlara qarşı güc, kobudluq, təzyiqə əl atmayın. Ətrafınızdakı insanlar sizə qarşı deyillər və onlarla müvafiq formada danışsanız, yardım edəcəklər. Bu gün izafi məsləhətlər alaraq, işlərinizi başqalarının göstərişi əsasında qurmayın. Gün ərzində ev üçün nə isə almaq, təcili və təxirəsalınmaz saydığınız əşyaya yiyələnmək, artan iştahınızı təmin etməyə çalışacaqsınız.
Buğa - Bu gün ən xırda təfərrüatlara və detallara diqqət verin. Gəldiyiniz nəticələrdə dəqiq və səlis olun. Bu gün başlayacağınız bir çox işlərdə uğur qazana bilərsiniz. Bir şərtlə ki, məşğul olduğunuz işə maraq göstərəsiniz. Darıxdırıcı, usandırıcı işlərlə məşğul olmayın. Diqqətiniz yayınmasın, səhvlərə yol verməyin.
Şəxsi həyatda dəyişikliklər ola bilər. Son vaxtlar sizi maraqlandıran suallara cavab alacaqsınız. Əvvəllər son qoyulmuş bəzi münasibətlərin bərpası ehtimalı var. Sevdiyiniz adamla mübahisə edibsinizsə, barışmaq çətin olmayacaq.
Əkizlər - İşdə və şəxsi həyatda yeni münasibətlərə başlamaq üçün əlverişli gündür. İnsanlarla asanlıqla dil tapmağa çalışın. Onların sizdən gizlədikləri, söyləmək istəmədikləri məqamları təxminləməyə çalışın.
Aldadılmamaq üçün sərvaxt olun. İstənilən məlumatı və ya informasiyanı çox təfərrüatlı, dəqiq şəkildə yoxlayın.
Ailə üzvləriniz, xüsusilə də kiçik yaşlılar bu gün sizə sürpriz edə bilərlər. Yaxınlarınızın yanında özünüzü rahat hiss edirsiniz. Evdə qarşılıqlı anlaşma və xoş niyyət var.
Xərçəng - Gün maraqlı olacaq. Yeni, cazibədar işlə məşğul olmaq imkanı yaranacaq. Ətrafınızdakı insanların sizdə olmadığını düşündükləri istedadlarınız üzə çıxacaq. İş yoldaşları, tanışlar arasından bir nəfər sizə pis olmayan təkliflə yaxınlaşa bilər. Qeyri-adi diqqət nişanələri, xoş sürprizlər ola bilər.
Sevdiyiniz insan varsa, sizi əla gün gözləyir. Onu sevindirmək üçün hər şeyə hazırsınız. Bilin ki, o da hisslərinizi anlayır və dəyərləndirir. Günün emosional fonu çox əlverişlidir.
Şir - Gün ağırdır, gərgindir və yaşanan olaylardakı imkanlar artdıqca gərginlik də çoxalır.
Qabriel Qarsia Markesin "fənd"indən istifadə edin, ciddi emosiyaları zəiflədin.
Əgər müəyyən şəxslə münasibətlərdə çətinlik yaranarsa, tərəf-müqabili dinləyin. İn və Yanın arasındakı cığırı taparaq qarşılıqlı münasibətlərin yeni xəttini çəkin.
Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. İmkan varsa, maliyyə əməliyyatlarını təxirə salın, ya da etibarlı və bilikli, təcrübəli insana üz tutun.
Qız - Yaxın ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər.
Amma hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür.
İtki verə biləcəyiniz tədbirlərə qatılmayın.
Hadisələrə müdaxilə etməsəniz, gün yaxşı alınacaq.
Tərəzi - Bu gün sizin üçün mühüm dövrlərdən biridir. Günəş və Plutonun tutduqları mövqelər bundan xəbər verir. Mərhələ dəyişikliyi yaşanır. Önəmli işin birindən imtina edib, başqasına başlayaraq sizin üçün ən əhəmiyyətli olanı seçin.
Təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.
Köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın.
Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.
Əqrəb - Bu gün qarşınızda çox yaxşı peşə imkanları açılacaq. Tərəfdaşınıza və sizə sərfəli olan əməkdaşlıq başlaya bilər. İşdə qərarlar asanlıqla verilir, dinamik çalışırsınız. Yeni müttəfiqlər və tanışlar sizə xoş təsir bağışlayır.
Fəqət xəyallar aləminə qapılmayın, illüziyaların izinə düşməyin. Həyata real baxan insanların yanında olun.
Elektrik əşyaları və odla ehtiyatlı olun. Kiçik travmalar istisna deyil.
Oxatan - Bu günün hadisələri müəyyən vasitə və yollarla keçmişinizlə bağlı olacaq. Ona görə də maraqlandığız suallara məhz həmin əlaqələrdə cavablar arayın.
Valideynlər və ailə üzvləriniz, qohumlarla anlaşılmazlıqlar mümkündür.
Səbrli olun, təmkinli davranın.
Baş verənlərə sakit yanaşsanız, problemlərin həll yollarını tapacaq, əmin-amanlığı bərpa edəcəksiniz.
Oğlaq - Bu gün işdə uğur qazanmağa və peşəkar ambisiyalarınızı təmin etməyə çalışacaqsınız. İşinizə, əməyinizə müsbət təmayüllərin təsiri az olmayacaq. İmicinizə xüsusi diqqət yetirin.
Ətrafdakı insanlara bağışlayacağınız təsirdən çox şey asılıdır.
Bu gün mümkün qədər diqqətli olun, ətrafı sərrastlıqla müşahidə edin. Məhz belə olarsa, şəxsi həyatınızda yaranmış situasiyanı anlaya bilərsiniz.
Sizi çoxdan bəri narahat edən problemin həll yolunu tapa biləcəksiniz.
Dolça - Bu gün istənilən işin, o cümlədən ən çətin problemlərin öhdəsindən gələcəksiniz. Heç bir səddə və maneəyə fikir vermədən məqsədinizə doğru irəliləyin.
Bədxahlar sizə mane olmağa çalışacaq, amma uğursuzluğa düçar olacaqlar. Yeni işgüzar münasibətlərin yaradılması üçün əlverişli gündür. İş yoldaşları və ya tərəfdaşlarla, şərik və dostlarla əməkdaşlıq sərfəli ola bilər.
Şəxsi həyatda hər şey asan deyil. Fəqət situasiyaya fərqli baxsanız, bütün problemlərin həll yolunu tapa bilərsiniz. Səfərə çıxmaq, mühiti dəyişmək pis olmaz.
Balıqlar - Sizin üçün önəmli olan insanla aranızdakı fikir ayrılıqlarına rəğmən, yaranmış anlaşılmazlığı bu gün aradan qaldırmaq olar. Çalışdığınız insanlara ideyalarınızın pis olmadığını, onların perspektivə hesablandığını başa salın. Kəmhövsələ olmayın, tələsməyin.
Ümumi işlərdə yalnız özünüzü düşünməyin.
Gün mühüm məsələlərin həlli üçün əlverişlidir
XƏBƏR LENTİ
Rusiya Ermənistana vəd etdiyi $200 milyonluq silahı göndərməyə başlayıb
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Sürücülərə şad xəbər
Dünyanın möhtəşəm mənzərəli yolları
Geyim kombinasiyaları
Kaya Çilingiroğlu Hülya Avşardan danışdı
İlin ilk günəş tutulması belə olacaq
"Həbsdən qaçış" 3 il sonra yenidən başlayacaq
Cennifer Lopezin 10 illik sevgilisi öldü-FOTO
Kələmli toyuq kotleti (foto resept)
İdmançımız erməni rəqibini “sürüdü”
Sinan Akçıldan qəribə açıqlama
Prezident seçkiləri günü Azərbaycanda hava necə olacaq?
Avro da qalxdı
Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı
Əfqanıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı
Bu il 47 mindən çox nəfər evləndi, boşananlar da oldu - 10 mindən çox
Məktəbə erkən gedən uşaqlarda psixoloji problemlər yaranır
Soğan suyu ilə saç uzatma
Ən gözəl körpülər
Erməni soyadlı idmançı Bakıdan qovuldu
Samsung iPad üçün...
Dodaq ətrafı qırışları necə yox etməli?
Cəlilabadda 11 yaşlı operator var
Uşaqlarla bağlı YENİ QANUN qəbul edildi
Yaddaşını itirən xanımını yenidən özünə aşiq etdi-FOTO
Dünyanı bu bəladan Rusiya xilas edəcək?
Həkimlər koronavirus xəstələrinə yardım göstərməkdən imtina edir
Dırnaq boyasının insan bədəninə təsiri
"No Makeup" trendinə qoşulan məşhurlar
İlahiyyatçı yazar İlqar Kamilin növbəti kitabı işıq üzü görüb
Havada, suda və quruda çəkilən klip
Yeni il üçün qreypfrutlu ördək (foto resept)
Dünyanın ən balacaboy aktyoru dünyasını dəyişdi
Qadin.Netlilərlə səyahət(Son)
2012-nin ən dəbli gəlinlik kolleksiyası
Cift qanının dondurulması və əhəmiyyəti
Dəridəki məsamələri sıxlaşdıran çiyələk maskası
Günəş ləkələrinin lazerlə müalicəsi
Uşaqlarımıza qayğı göstərək
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Keti Perri nişan FOTOlarını paylaşdı
Rihannaya bənzəyən uşaq hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Alişan əməliyyat olundu-FOTO
"Aşk-ı Memnu"nun aktyoru öldü
Həqiqəti yıxa bilməyən erməni güləşçinin yalanı - VİDEO
Məşhur müğənni həbs olundu - Bu gün məhkəməsi olacaq
Bu gün Azərbaycanda 196 nəfər koronavirusdan sağalıb
Halitlə Bergüzar dostlarına hədiyyə almağı qadağan etdi-SƏBƏB
İstilər qayıdır














