Milli.Az xəbər verir ki, bu barədə Fins.Az-a ölkənin aparıcı banklarından və sığorta şirkətlərindən bildirilib.Qeyd edək ki, "Facebook" nəzarəti geniş kütlələrlə işləyən qurumlarda xüsusilə ciddidir. Belə ki, hər hansı əməkdaş şirkət rəhbərliyini qane etməyən status paylaşarsa, ona dərhal xəbərdarlıq edilir. Söhbət əsasən rəqib şirkətin hər hansı məhsulunun və yaxud yeni xidmətinin reklam edilməsindən, rəqiblərin yenilikləri barədə xəbər saytlarından keçidlərin paylaşılmasından gedir.Saytın əməkdaşı ötən gün təsadüfən "Facebook"da belə halın şahidi olub. Bank əməkdaşlarından biri başqa banka məxsus yeniliyi bölüşərkən, yəni "reklam edərkən" öz iş yoldaşının "qəzəbinə gəlib". Bankda daha yüksək vəzifə tutduğu hiss olunan istifadəçi dərhal iş yoldaşına irad tutub, onu rəqib bankın məhsulunu reklam etməkdə günahlandırıb, hətta "söhbəti sabah işdə davam etdirəcəklərini" bildirib. Vəziyyəti belə görən əməkdaş dərhal "reklam" statusunu silməli olub.Məsələnin maraqlı tərəfi ondadır ki, əməkdaşların "Facebook"dakı davranışlarına təkcə iş vaxtı yox, işdən sonra da nəzarət edilir. Baxmayaraq ki, "Facebook" profili şəxsidir və formal olaraq hər kəs buradakı fəaliyyətində azaddır. Amma reallıqda vəziyyət başqadır - iri şirkətlər işçilərinin statuslarına gecə-gündüz nəzarət etməkdən və "ehtiyatsız hərəkətlər" olduqda irad tutmaqdan çəkinmirlər.
"İşlədiyi yerin marağını nəzərə almalıdır"
İşgüzar dairələrdə hesab edirlər ki, kimsə hansısa şirkətdə işləyirsə, hətta sosial şəbəkədə belə bu şirkətin biznes maraqlarını nəzərə almalı, lazımsız yerə heç kimi reklam etməməlidir. "Təbii ki, bizim əməkdaşımız "Facebook"da başqa bankı reklam edı bilməz. Çünki burada söhbət rəqibin geniş kütləyə reklam edilməsindən gedir", - deyə bankların birindən fins.az-a bildirilib.
Məsələ təkcə "Facebook"la bitmir. Bir qədər əvvəl banklardan birinin rəhbərliyi televiziya kanallarına müsahibə verən əməkdaşına ciddi irad tutub. Səbəbi o olub ki, o müsahibə verərkən, arxa fonda başqa bankın reklamı olub. Bankda bildirirlər ki, eyni iradlar "Facebook" profilindəki statuslarda bağlı da tutula bilər.
Bəzi şirkətlərdə hesab edirlər ki, işçinin sosial şəbəkələrdə rəqib kompaniyanı reklam etməsi və ya ona simpatiyasını bildirməsi işi tərk etmək üçün hazırlıq ola bilər. Ölkənin aparıcı banklarından birinin marketinq departamentinin rəhbəri fins.az-a bildirib ki, "əgər bizim işçimiz "Facebok"da başqa bir bankın məhsulunu reklam edirsə, istər-istəməz fikirləşirik ki, görəsən, əməkdaşın nə marağı var, çağırıb bunun səbəbini soruşuruq, xəbərdarlıq edirik".Amma bu bütün məlumatlara aid deyil: "Tutaq ki, hansısa bank əməkdaşı rəqib bankın rəhbərinin dəyişməsi xəbərini paylaşırsa, buna bir söz demirik".Sığorta şirkətlərində isə məsələyə bir qədər fərqli yanaşırlar. Ölkənin böyük sığortaçılarından birinin idarə heyətinin sədr müavini hesab edir ki, əgər əməkdaş şirkətdə olmayan məhsulu və yaxud xidməti reklam edirsə, problem yoxdur: "Bizdə olmayan hansısa məhsulu reklam edirsə, o halda biz söz demirik. Çünki istənidən halda sığorta sahəsi reklam olunur və bunun faydasını dolayısı yolla biz də görəcəyik".Amma şirkətin əməkdaşı başqa sığorta şirkətinin analoji məhsulunu reklam edirsə, ona ciddi xəbərdarlıq olunur: "Deyirik ki, özümüzdə həmin məhsuldan var, istəyirsənsə elə onu reklam edə bilərsən. Belə işçiyə qarşı müəyyən tədbirlər görülür, ən azı, danlanır".
"Bilirik ki, qanuni deyil, amma bu, biznesdir"
Yeri gəlmişkən, şirkətlər çox gözəl anlayırlar ki, işçilərinin şəbəkədəki fəaliyyətinə qarışmaq şəxsi məsələyə qarışmaq qədər qanunsuzdur. Amma eyni zamanda vurğulayırlar ki, biznes maraqları olan yerdə belə məsələlərdə qətiyən güzəşt ola bilməz: "Doğrudur, qanunla, Əmək Məcəlləsi ilə belə bir məhdudiyyət yoxdur və "Facebook" profili şəxsi məsələ sayılır, amma biznes etikası baxımından bu, düzgün sayılmır". Bəzi şirkətlər isə bunu sadəcə iş yerinə "hörmətlə yanaşmaq" adlandırırlar: "Bu məsələ əmək qanunvericiliyi ilə tənzimlənmir. Sadəcə yaxşı olar ki, işlədiyin yerə hörmətlə yanaşasan". Bir sözlə, qanunvericilik bu məsələdə işçilərin tərəfində olsa da, yazılmamış qanunlar onları "Facebook"da ehtiyatlı olmağa vadar edir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Demet Şener ərə gedir-FOTO
Şeyx haqqında xalq sözü
Elmar Məmmədyarov BMT-də çıxış edəcək
"Azərbaycan regionda lider dövlətdir"
Ermənistanda çörək məhsulları 6 faizdən çox bahalaşdı
Milli yemək ənənələri COVID-19-dan ölüm səviyyəsinə təsir edir
"Ən möhtəşəm veriliş Tarkanla oldu" - Beyazıt Öztürk
"Mən 10 kvadratmetrlik yerdə 1092 gün yaşadım"
Ermənini məğlub edən güləşçi: "Hələ belə dəstək görməmişdim"
Pəhriz zamanı immuniteti möhkəmləndirməyin sirri.
Qırmızı xalıda möhtəşəm geyimlər
"Arka sokaklar"ın aktyoru nişanlandı - FOTO
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Məşhur aktrisa uşaqlıq FOTOsunu paylaşdı
30 yaşa qədər bunları etmək gərəkdir
Yumurtanın ağı, yoxsa sarısı faydalıdır?
Halqa ilə qarındakı piylərdən azad olmaq istəyirsinizsə...
Həddindən artıq musiqiyə qulaq asmaq sağlamlığınız üçün təhlükəlidir.
Hava haqqında
Prezident: “Buraya bir güllə atılsa, onları elə günə salarıq ki, öz adlarını unudarlar”
Düşmənin viran qoyduğu Kəlbəcər kəndlərinin yeni görüntüləri - VİDEO
Hər ətri bədənə vurmaq olmaz
Qadın.Net-lilərin maraq dünyası (2-ci hissə)
Qarpız tort (foto-resept)
İstehlak cəmiyyətinin psixoloji travmaları
Günün qoroskopu:Çətinliklərdən qorxmayın
İlham Əliyevdən plastik qablarla bağlı SƏRƏNCAM
İngilis dili-Hh (2)
75 yaşlı qadın ana oldu
Rusiyaya qadağa
Konsert üçün 200 min xərcləyəcək
Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür - Alimdən ŞOK XƏBƏRDARLIQ
Hərbi-hava qüvvələrimiz Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələri məhv edib
Azərbaycanlı məşhurların Mehriban Əliyeva ilə SELFİSİ
İlham Əliyev ailə üzvləri ilə səs verdi
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
BÜRCLƏR bizə nə vəd edir? - 5 MART
Günün qoroskopu - 07.11.2013
Daş-qaşlı ziyafət çantaları
50 yaşlı Bred Pitt qocalmaq bilmir
Dəbli çantalar
Övladlarının I sinfə qəbulunda gecikən valideynlər üçün VACİB XƏBƏR
İranlıları yuxudan zəlzələ oyatdı
Koronavirus pandemiyası səbəbindən çimərliklər timsahlarla doldu
HAVA necə olacaq?-30 Sentyabr
Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-1
Gülməli heyvanlar
Seda Sayandan qəribə etiraf
Prezidentdən qadınlara mükafat














