Son dövrlərdə bir çox elm adamlarının və təbii ki, gələcək valideynlərin maraqlandıqları çox vacib məsələlərdən biri də cift daxilindəki qanın dondurularaq saxlanılmasıdır. İyirmi ilə yaxındır ki, bu məsələ üzərində dərin araşdırmalar aparılır. Lakin son beş ildə inanılmaz yeniliklər əldə edilmişdir. Gəlin öyrənək görək cift daxili qanın dondurulması və saxlanması nə üçün lazımdır:
Elmi cəhətdən də sübüt edilmişdir ki, hər bir körpə xəstəliklərə qarşı əlavə immunitetə sahib olaraq dünyaya gəlir. Bu immuniteti körpəyə bəxş edən onun göbək bağındakı qan olur, hansı ki, doğum zamanı həkim tərəfindən kəsilir. Halbuki, həmin göbək bağında və cift daxilində olan hər damla qan çox dəyərlidir. Çünki, tək damlasında onlarla xəstəliklərin müalicəsində istifadə edilə biləcək çoxsaylı hüceyrə kökləri vardır. Bəs hüceyrə kökləri nələrə qadirdir və nə üçün dünya həkimləri valideyn namizədlərinə onların saxlanılmasının gərək olduğunu söyləyir?
Hüceyrə kökləri- hər bir canlının yaranmasının və var olmasının səbəbkarıdır. Məhz onlar bir neçə yollardan keçərək ürəyi, ciyəri, hətta dərimizin yaranmasına səbəb olurlar. Həmin hüceyrə köklərinin sayəsində labaratoriya şəraitində hətta, istənilən orqanı yetişdirmək mümükündür. Hüceyrə köklərindən əldə edilə bilinən bu yenilik tibb elmində inanılmaz bir kəşf hesab edilir. Hüceyrə köklərindən QİÇS, xərçəng, Alzheymer, skleroz, Parkenson, miokard infarktı, insult və bir çox xəstəliklərin müalicəsində geniş istifadə edilir. Kök hüceyrələrinin geniş yayılmış mənbəyi sümük iliyi hesab edilir, lakin onun klinik şəraitdə istifadə edilməsi xeyli çətinliklər törədir. Bu çətinliyə əsas səbəb uyğun donorun axtarılmasıdır. Bu axtarış bir neçə aylar, hətta il çəkə bilər. Halbuki, xəstənin sərf etdiyi hər saatın öz dəyəri var. Digər əhəmiyyətli çətinliklərdən biri də sümük iliyindəki hüceyrə köklərinin əldə edilməsi (uyğun donor üzrə) azı 40 000 evroya başa gəlir. Bu məbləğ isə hər xəstənin cibinə uyğun deyildir.
Xoşbəxtlikdən elm adamları sübüt etdirlər ki, göbək bağındakı qanda da sümük iliyinin tərkibində mövcüd olan hüceyrə kökləri vardır. Özü də çox miqdarda və hətta, daha kefiyyətli şəkildə mövcuddur. Bunun üçün sümük iliyi xəstəliklərinin müalicəsində də göbək bağındakı hüceyrə köklərindən istifadə edilir, eyni zamanda daha ucuz başa gəlir.
Elə məhz bunun üçün inkişaf etmiş ölkələrdə artıq uzun illərdir ki, yeni doğulmuş körpələrin göbək bağındakı qanı donduraraq körpələrin gələcəkdə tutula biləcəkləri ən ağır xəstəliklərin müalicəsində rahatlıqla istifadə etmək üçün saxlayırlar. Təbii ki, burada valideyn razılığı böyük rol oynayır. Maraqlısı budur ki, həmin ölkələrdəki valideynlər öz övladlarının göbək bağındakı qanın dondurulması üçün hər il müəyyən miqdarda vergi ödəyirlər. Bizim üçün hər ay uşaqlarımızın bağça pulu, məktəb pulu, və ya üniversitet pulu ödəməyimiz necə əhəmiyyətlidirsə, onlar üçün də göbək bağı qanının dondurulmasına aylıq və ya illik pul ödəmək çox önəmlidir.
Müasir texnalogiyalar həmin göbək bağı qanını (heç bir damlasını belə itirmədən) çox aşağı tempraturda saxlamaq imkanı yaradır ki, gələcəkdə (neçə il sonra olsa belə) o göbək bağının sahibi olan şəxs ağır xəstəliyə tutuduğunda müalicəsi üçün istifadə edilsin.
İnkişaf etmiş ölkələrdə (ABŞ, Kanada, İspaniya, Almaniya, Yaponiya və.s) göbək bağı qanı fəal hökümət tərəfindən maliyyələşdirilən dövlət bankları tərəfindən qorunur. Məsələn, ABŞ-da göbək bağı qanının dondurularaq saxlanılmasını "Qırmızı Xaç" cəmiyyəti də dəstəkləyir. ABŞ-ın 22 ştatında qanuni şəkildə qəbul edilmişdir ki, hər bir ginikoloq ana namizədlərinə dünyaya gələcək körpələrinin gələcəkdəki sağlam həyat yaşaması naminə göbək bağınıdakı qanın dondurulması barədə məlumat versin.
Hüceyrə kökləri ilə zəngin olan əvəzedilməz göbək bağı qanı aşağıdakı xəstəliklərin müalicəsində istifadə edilir:
Qan xəstəlikləri:
Kəskin və xroniki leykoz
Limfoma
Refrakter və aplastik anemiya
anemiya
Fankon qanazlığı sindromu
Paroksizmal gecə hemoqlobinuriyası
Ağır beta talasemiya
Serpovidno
Qarışıq xarakterli mieloma (əzələ xərşəngi)
Valdenstrem makroqlobulinemiyası
Mielodisplaziya
Onkoloji xəstəliklərdə:
Süd vəzinin xərçəngi
Yuinq sarkoması
Baş beyin şişləri
Neyroblastoma
Böyrək xərçəngi (Vilms xərçəngi, hipernefroma)
Yumurtalıqların xərçəngi
Ağciyərlərin yayılmış xərşəngi
Xaya xərçəngi
Timus vəzin xərçəngi
Ətraflı məlumat üçün bu video reportajı izləməyinizi məsləhət görərdim.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tolgahan oğlu ilə seriala çəkildi-FOTO
Azərbaycan bu siyahıda sonuncudur
XXI əsrin qara kölgəsi-Piylənmə
Kosmosdan Yerə şəkillər gəldii - 4 aydan sonra
Türk bayrağına qarşı hərəkət sosial şəbəkəni "partlatdı"
Gözəllik salonları müxtəlif xəstəliklərə yoluxma riskini artırır
Bakıda avtobus və metro pulsuz olacaq
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır
Xarço-Gürcü mətbəxi (foto resept)
Qırışmış "tarix"...
Aforizmlər
Həyətinizdəki ağacları icazəsiz kəsə bilərsinizmi?-Nazirlikdən CAVAB
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
Nar şərbəti (foto resept)
“Haber Global” Şuşada
AMD-dən yenilik var
Keçibuynuzu haqqında bilmədikləriniz
Fahriye Evcen Arıqladı!-FOTO
Çobanyastığı salatı (foto resept)
Fındıq girsi (foto resept)
Bütün dövrlərin stili
4-cü İslam Həmrəylik Oyunları ilə bağlı möhtəşəm şou
Bakının 26%-i təhlükədədir
İlham Əliyev viza rejimini sadələşdirdi
"WhatsApp"da gizlənməyin yeni yolu
Zibilliyə atılan uşaq böyüyüb milyonçu oldu
Özümüzü tanımaq üçün 11 addım
Google və Apple-a hücum çəkdilər
İdman edərkən diqqət yetiriləcək qaydalar
Qurbanlıq qoyunların qiyməti neçəyədir?
Ağacdan hazırlanmış heyvanlar
Polad Bülbüloğlunun ad günüdür
Qışda yeyilməsi lazım olan ərzaqlar
Serj Sarkisyandana qumarda uduzduğu 70 milyon avronun hesabını soruşan deputat cəzalandırıldı
HAVA necə olacaq? 20 İyun
Pendirli-kəsmikli piroq (foto resept)
Ərdoğanın qeyri-adi kolleksiyası
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Türkiyəli aktyor ata olacaq
Yanvar ayının HAVA proqnozu
Ermənistan satlığa qoyulub
Plastik aksesuar trendi
Kıvanç və Elçinin bu səhnəsi diqqət çəkdi-VİDEO
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Minskə yola düşüb
I sinfə qəbulunun gecikmə səbəblərini açıqladı
Rəsmi göstəricilər açıqlandı: artım var
Uşaq və pul
Qlobal istiləşmənin səbəbi AÇIQLANDI
Daşınmaz əmlak mütəxəssisindən qorxulu xəbərdarlıq
- ŞƏRHLƏR