Qadin.NET / Cift qanının dondurulması və əhəmiyyəti

Cift qanının dondurulması və əhəmiyyəti

Cift qanının dondurulması və əhəmiyyəti

Son dövrlərdə bir çox elm adamlarının və təbii ki, gələcək valideynlərin maraqlandıqları çox vacib məsələlərdən biri də cift daxilindəki qanın dondurularaq saxlanılmasıdır. İyirmi ilə yaxındır ki, bu məsələ üzərində dərin araşdırmalar aparılır. Lakin son beş ildə inanılmaz yeniliklər əldə edilmişdir.  Gəlin öyrənək görək cift daxili qanın dondurulması və saxlanması nə üçün lazımdır:

Elmi cəhətdən də sübüt edilmişdir ki, hər bir körpə xəstəliklərə qarşı əlavə immunitetə sahib olaraq dünyaya gəlir. Bu immuniteti körpəyə bəxş edən onun göbək bağındakı qan olur, hansı ki, doğum zamanı həkim tərəfindən kəsilir. Halbuki, həmin göbək bağında və cift daxilində olan hər damla qan çox dəyərlidir. Çünki, tək damlasında onlarla xəstəliklərin müalicəsində istifadə edilə biləcək çoxsaylı hüceyrə kökləri vardır. Bəs hüceyrə kökləri nələrə qadirdir və nə üçün dünya həkimləri valideyn namizədlərinə onların saxlanılmasının gərək olduğunu söyləyir? 

Cift qanının dondurulması və əhəmiyyəti

Hüceyrə kökləri- hər bir canlının yaranmasının və var olmasının səbəbkarıdır. Məhz onlar bir neçə yollardan keçərək ürəyi, ciyəri, hətta dərimizin yaranmasına səbəb olurlar. Həmin hüceyrə köklərinin sayəsində labaratoriya şəraitində hətta, istənilən orqanı yetişdirmək mümükündür. Hüceyrə köklərindən əldə edilə bilinən bu yenilik tibb elmində inanılmaz bir kəşf hesab edilir. Hüceyrə köklərindən QİÇS, xərçəng, Alzheymer, skleroz, Parkenson, miokard infarktı, insult və bir çox xəstəliklərin müalicəsində geniş istifadə edilir. Kök hüceyrələrinin geniş yayılmış mənbəyi sümük iliyi hesab edilir, lakin onun klinik şəraitdə istifadə edilməsi xeyli çətinliklər törədir. Bu çətinliyə əsas səbəb uyğun donorun axtarılmasıdır. Bu axtarış bir neçə aylar, hətta il çəkə bilər. Halbuki, xəstənin sərf etdiyi  hər saatın öz dəyəri var. Digər əhəmiyyətli çətinliklərdən biri də sümük iliyindəki hüceyrə köklərinin əldə edilməsi (uyğun donor üzrə) azı 40 000 evroya başa gəlir. Bu məbləğ isə hər xəstənin cibinə uyğun deyildir. 

Xoşbəxtlikdən elm adamları sübüt etdirlər ki, göbək bağındakı qanda da  sümük iliyinin tərkibində mövcüd olan hüceyrə kökləri vardır. Özü də çox miqdarda və hətta, daha kefiyyətli şəkildə mövcuddur. Bunun üçün sümük iliyi xəstəliklərinin müalicəsində də göbək bağındakı hüceyrə köklərindən istifadə edilir, eyni zamanda  daha ucuz başa gəlir. 

Cift qanının dondurulması və əhəmiyyəti

Elə məhz bunun üçün inkişaf etmiş ölkələrdə artıq uzun illərdir ki, yeni doğulmuş körpələrin göbək bağındakı qanı donduraraq körpələrin gələcəkdə tutula biləcəkləri ən ağır xəstəliklərin müalicəsində rahatlıqla istifadə etmək üçün saxlayırlar.  Təbii ki, burada valideyn razılığı böyük rol oynayır. Maraqlısı budur ki, həmin ölkələrdəki valideynlər öz övladlarının göbək bağındakı qanın dondurulması üçün hər il müəyyən miqdarda vergi ödəyirlər. Bizim  üçün hər ay uşaqlarımızın bağça pulu, məktəb pulu, və ya üniversitet pulu ödəməyimiz  necə əhəmiyyətlidirsə, onlar üçün də göbək bağı qanının dondurulmasına aylıq və ya illik pul ödəmək  çox önəmlidir.

 

Cift qanının dondurulması və əhəmiyyəti

Müasir texnalogiyalar həmin göbək bağı qanını (heç bir damlasını belə itirmədən) çox aşağı tempraturda saxlamaq imkanı yaradır ki, gələcəkdə (neçə il sonra olsa belə) o göbək bağının sahibi olan şəxs ağır xəstəliyə tutuduğunda müalicəsi üçün istifadə edilsin.  

İnkişaf etmiş ölkələrdə (ABŞ, Kanada, İspaniya, Almaniya, Yaponiya və.s) göbək bağı qanı fəal hökümət tərəfindən maliyyələşdirilən dövlət bankları tərəfindən qorunur. Məsələn, ABŞ-da göbək bağı qanının dondurularaq saxlanılmasını "Qırmızı Xaç" cəmiyyəti də dəstəkləyir. ABŞ-ın 22 ştatında qanuni şəkildə qəbul edilmişdir ki, hər bir ginikoloq ana namizədlərinə dünyaya gələcək körpələrinin gələcəkdəki sağlam həyat yaşaması naminə göbək bağınıdakı qanın dondurulması barədə məlumat versin. 

Hüceyrə kökləri ilə zəngin olan əvəzedilməz göbək bağı qanı aşağıdakı xəstəliklərin müalicəsində istifadə edilir:

Qan xəstəlikləri: 

  Kəskin və xroniki leykoz

Limfoma

 Refrakter və aplastik anemiya

anemiya

 Fankon qanazlığı sindromu 

 Paroksizmal gecə hemoqlobinuriyası

Ağır beta talasemiya

Serpovidno

Qarışıq xarakterli mieloma (əzələ xərşəngi)

Valdenstrem makroqlobulinemiyası

Mielodisplaziya

Onkoloji xəstəliklərdə: 

Süd vəzinin xərçəngi

Yuinq sarkoması

Baş beyin şişləri

Neyroblastoma

Böyrək xərçəngi (Vilms xərçəngi, hipernefroma)

Yumurtalıqların xərçəngi

Ağciyərlərin yayılmış xərşəngi

Xaya xərçəngi

Timus vəzin xərçəngi

 Autoimmun xəstəlikləri:
Sklerodermiya
Revmatoid artrid
Qırmızı qurd eşənəyi
Sinir sisteminin xəstəlikləri:
Beyin qansızması (insult)
Dağınıq skleroz
Onurğa beyni travması
Uşaq serebral iflici
Parkinson xəstəliyi
Alsheymer və ya qocalıq ağıl zəifiyi xəstəliyi
Digər xəstəliklərin müalicəində:
Anadangəlmə immun çatışmamazlıq sindromu
 İrsi maddələr mübadiləsi pozulması xəstəlikləri
Şəkərli diabet
Ürək-damar sistemi xəstəlikləri
Qaraciyər serrozu
Əzələ distrofiyası xəstəliyi
Amiloidoz
Histiositoz
AİDS
Göbək bağındakı qanın əldə edilməsi çox ağrısız və qorxusuz prosedurdur. Belə ki, nə ananın nə də körpənin hiss etmədiyi bir şəkildə edilir. Göbək bağı uşaqdan kəsildikdən sonra onu qablaşdırırlar və bir nümünəsini labalatoriyaya göndərərək yoxlanılmasını təmin edirlər. On dəqiqə ərzində gerçəkləşdirildiyi üçün normal doğuşdan və hətta, keysəriyyə əməliyyatından bir neçə dəqiqə sonra etmək mümkündür. Bunun üçün valideynlər hələ hamiləlik zamanı göbək bağındakı qanın dondurlması üçün bankı seçməli və doğum gerçəkləşdikdən 24 saat ərzində dondurulması üçün lazımı mərkəzə çatdırmalıdırlar (bunu məsul şəxslər də edirlər). İstənilən zaman dondurulmuş göbək bağı qanını əldə etmək üçün valideynlərə hələ hamiləlikdə verilmiş sertifikatı göstərmələri yetərlidir. Bir çox ölkələrdə göbək bağı qanının dondurulması dövlət tərəfindən maliyyələşdirilir. Lakin, Rusiyada və Ukraynada ödəniş valideynlər tərəfidən qarşılanır. Əgər çox baha olar deyirsinizsə, müqayisə olaraq sizə bunu misal göstərə bilərəm: göbək bağındakı qanın dondurularaq saxlanılmasının 3 illik ödənişi 50 gündəlik uşaq bez qutusunun qiymətinə bərabərdir və ya başqa cür desək maşınınızın illik sığorta ödənişi qədərdir. 

Ətraflı məlumat üçün bu video reportajı izləməyinizi məsləhət görərdim. 

 

22 iyun 2013
GO BACK