ANS TV-nin məlumatına görə, yeni yaradılacaq banka yığılan qan uşaq doğularkən onun göbək ciyəsindən götürüləcək. Bunun üçün valideynlər hələ hamiləlik zamanı göbək bağındakı qanın dondurlması üçün bankı seçməli və doğum gerçəkləşdikdən 24 saat ərzində dondurulması üçün lazımı mərkəzə çatdırmalıdırlar. Bu isə kifayət qədər bahalı bir prosedur olduğundan Millət vəkilləri yeni qanun qəbul edərək onun dövlət hesabına aparılmasını təklif edir.
Millət vəkili Musa Quliyev deyir ki, Tibb Universitetində kök hüceyrələrinin öyrənilməsi, bankın yaradılması və köçürülməsi laboratoriyası üzərində iş gedir. Bundan əlavə buraya xaricdən ixtisaslı kadırların və alimlərin cəlb olunması planlaşdırılır. Çünki, kök hüceyrələri bankının yaradılması, bu işin maliyyələşdirilməsi araşdırma tələb edən işdir. Hazırda hüquqi bazanın yaradılması üçün qanunvericiliyin əsasları öyrənilir.
Ağır xəstəliklərin müalicəsində körpə qanından istifadə olunur.
Bəzi ölkələrdə valideynlər övladlarının göbək bağındakı qanın dondurulması üçün hər il müəyyən miqdarda vergi də ödəyirlər. ABŞ, Kanada, İspaniya, Almaniya, Yaponiyada isə göbək bağı qanı hökümətin maliyyələşdirdiyi dövlət banklarında qorunur. İstənilən zaman dondurulmuş göbək bağı qanını əldə etmək üçün valideynlərə hələ hamiləlikdə verilmiş sertifikatı göstərmələri yetərlidir. Bu qan insanın ozünə 100, ata anasına 50 bacı qardaşa isə 25 faiz təsir edə bilir. Artıq bu təcrübə Azırbaycanda da var. Amma özəl klinikalarda. Qanın dondurulması isə hazırda 5 min manata başa gəlir.
Ginekoloq Gülnarə Sultanqızı isə bildirdi ki, bu qan bankı onkoloji xəstəliklərinin, maddələr mübadiləsinin pozulması zamanı yaranan şəkər xəstəliyinin, bütün irsi xəstəliklərin yaranma riskini aşağı salır.
Göbək bağı uşaqdan kəsildikdən sonra onu qablaşdırırlar və bir nümünəsini laboratoriyaya göndərərək yoxlanılmasını təmin edirlər. Bu proses 10 dəqiqə ərzində gerçəkləşdirildiyi üçün onu normal doğuşdan və hətta, qeysəriyyə əməliyyatından bir neçə dəqiqə sonra etmək mümkündür. Bu qanın dondurulması zamanı alınan hüceyrə köklərindən daha sonra QİÇS, xərçəng, skleroz, parkinson, miokard infarktı, insult - ümumilikdə107 -yə kimi ağır xəstəliyin müalicəsində geniş istifadə edilir. Bir çox ölkələrdə artıq uzun illərdir ki, yeni doğulmuş körpələrin göbək bağındakı qanı donduraraq onların gələcəkdə tutula biləcəkləri ən ağır xəstəliklərin müalicəsində rahatlıqla istifadə etmək üçün saxlayırlar.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Şimal qütbündə nələr baş verir? - FOTO
Onlayn alıcılıq sahəsində Avropa lideri kimdir?
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ
Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlarımıza xəbərdarlıq edir
“Zəfərə doğru” bayraq yürüşü oldu - FOTO
Tibbi sığorta üçün maaşımızdan nə qədər tutulacaq?-Kalkulyator
YouTube yalan məlumatlarla mübarizə aparır
İki gün ərzində 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Kalqotkalar
Amerikalı alimlərdən SEVİNDİRİCİ PROQNOZ
Güləşçimiz 23 saniyəyə ermənini məğlub etdi
Yaxın adamı rəhmətə gedən kişi 40 gün üzünü qırxmamalıdır?
Evin yaraşığı pərdələr
Xoşbəxt uşaq böyütməyin yolları
Dünyanın ən varlı adamı artıq odur-FOTO
Bu bakteriyaya qarşı antibiotik tapılmır
Antonio Banderas "Söyüd Bazarı"nda tanınmadı - FOTO
Kim Çen In xalqını Yeni il münasibətilə canlı təbrik etmədi
Buddist robot istifadəyə verildi
Peşmərgə Suriyaya keçdi
Zibildən pul qazana biləcəyik
2014-cü ilin dəbli çimərlik çantaları
"Su-25 "Boinq"i vura bilməz"
"Çukur"a yeni aktyor gəlir?
"Miss Rusiya 2018" seçildi-FOTO
Ardanın xanımı bilərziyinin qiyməti ilə TƏƏCCÜBƏNDİRDİ-FOTO
Kimlər daha çox boşanırlar?
Azərbaycanda 500-ə yaxın insana orqan köçürülüb
Ən böyük şar yığını
Bu gün Mətbuat Günüdür
Yumurta, yoxsa plastik top?-Bakıda qeyri-adi hadisə - VİDEO
Limonlu toyuq kotleti (foto resept)
Valideynlərin nəzərinə!
Müğənni Kris Kelmi vəfat edib
Azərbaycanda 5 min il yaşı olan qazma evlər tapılıb - FOTOLAR
Birinci xanımların içindəki TƏK KİŞİ
Böyük Britaniya 90 milyon doza həcmində COVID-19 peyvəndi sifariş etdi
Polşa Pentaqonu istəyir
Yeni təxribatın anatomiyası
Ailəvi baxdığımız Yeni il filmləri
Azərbaycan polislərinə yeni silah veriləcək
HAVA necə olacaq?
Bakıda daha bir möhtəşəm tikili-FOTO
Metroda qəflətən yuxu güc gələndə
Yanan binaya görə 4 nəfərə həbs
Nə yeyək ki, kökəlməyək, sağlam və çox yaşayaq?
Hansı bürc necə ana olur?
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri
İrem yeni imici ilə hər kəsi təəccübləndirdi-FOTO
Metro və avtobuslar işləməyəcək















- ŞƏRHLƏR