Gələn il Siyəzən və Şəki rayonlarında biokütlə enerjisi stansiyaları tikiləcək. ANS PRESS-in məlumatına görə, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən demişdilər. Şəki rayonunda iribuynuzlu ferma təsərrüfatından, Siyəsən rayonunda isə quşçuluq fermalarından atılan tullantılardan istifadə olunmaqla biokütlə enerjisi alınmalıdır. Bu həm ekologiya və ətraf mühitə atılan tullantıların miqdarına təsir göstərəcək, həm də yeni enerji istehsalı növündən istifadəyə imkan verəcək. Həmin stansiyalar 2015-ci ildə qurularaq təhvil veriləcəkdi.Qeyd edək ki, hələ on il qabaq Azərbaycanda peyindən qaz almaq məsələsi gündəmdə idi - istər rəsmi dairələr, istərsə də QHT-lər bunun ucqar dağ kəndləri üçün əvəzsiz vasitə olması barədə ciddi təşviqat işinə başlamışdılar. Peyinini xüsusi bioqaz qurğularında çürütməklə həm evləri qızdırmaq üçün təbii qaz, həm də humus dərəcəsi yüksək olan qiymətli gübrə əldə etməyin mümkünlüyündən bəhs edirdilər. Hələ İsmayıllı rayonunda bir evdə sınaq üçün təxminən 1500 ABŞ dolları xərc çəkilərək bioqaz qurğusu da quraşdırılmışdı. Amma nəticə elə də uğurlu olmadı - ailənin 4 inəyindən və 25-ə yaxın qoyunundan əldə edilən təxminən 70 kiloqram peyin gün ərzində təxminən 2 kubmetrə yaxın qaz alınırdı ki, bu da yalnız mətbəxdə və hamamda işlətməyə yetirdi. Əvəzində isə ailə peyindən təzək düzəltmək imkanını itirirdi. Halbuki, daha əvvəl ailə peyinin yalnız bir hissəsini təzək kimi işlətməklə qışı yola verirdi. Mətbəxdə işlətmək üçünsə ayda 6-7 manatlıq da balon qazı almaq kifayət edirdi, yəni heç bir ailə yalnız mətbəxdə işlətmək üçün qaz almağa 1500 manat xərc çəkib bioqaz qurğusu quraşdırmaq istəməzdi.İsmayıllıdakı bu uğursuz təcrübə Azərbaycanda bioqaz istehsalının gələcəyi ilə bağlı ümidlərin üzərindən bir xeyli müddət xətt çəkmişdi.
Lakin Akim Bədəlovun yenidən məsələni gündəmə gətirməsi bu sahədə işlərin daha uğurla aparıla biləcəyi haqqında ümidləri yenidən doğurdu.
Əslində bu layihənin müsbət tərəfləri kifayət qədər çoxdur. Çünki peyin bir çox ölkələrində bu, kənd üçün qəsəbə və şəhərlər üçün də ən proqressiv yanacaq növü sayılır.
Bunu sübut etmək üçün bir nümunə yetər. Belə ki, ötən əsrdə Çində bioqaz istehsalının elmi-texniki əsasları işlənib və 70-ci illərdə hökuməti dəstəyin ilə bioqaz istehsalı gur inkişaf dövrü keçib və kənd yerlərində avtobus parkının 80%-i, milli avtobus parkının isə 60%-i bioqaz ilə işləyib. 2000-ci illərdən başlayaraq Çin hökuməti bioqaz istehsalına yeni təkan verib və bu sahədə istehsal hər il 15%-ə qədər artırılıb. Bunun nəticəsidir ki, 12 il ərzində Çində fəaliyyət göstərən bioqaz qurğularının sayı 7 milyondan 20 milyona çatdırılıb.
Bioqaz qurğlarının ekoloji faydası da var və bu qurğular bir sıra heyvandarlıq tullantılarını ucuz və rentabelli emalı yolu ilə utilizasiyasına imkan verir. Son illərdə Azərbaycanda iri heyvandarlıq, quşçuluq və broyler təsərrüfatları yaranıb ki, onların tullantılarının utilizasiyası ciddi problem yaradıb. Bunların xüsusilə Bakı və Abşeron zonalarında yerləşənləri ətraf məhəllələrinin sakinləri üçün xüsusi diskomort yaradır. Bu quşçuluq və heyvandarlıq müəssisələrinin ətrafında toplanan
peyin qalaqlarından ətrafa pis qoxu yayılır, milçəklərin geniş inkubasiyasına geniş rəvac verir. Həmçin açıq havada çürüyən peyindən ayrılan metan qazı ozon qatının dağılmasına da səbəb olur ki, bu da beynəlxalq səviyyədə ciddi sayılan problemlərdəndir. Həmin tullantılar torpağa basıdırılması isə yeraltı suları zəhərlənmə təhlükəsi altında qoyur.
Qeyd edək ki, hələ bir necə il öncə Dövlət Agentilində hazırlanan strateji planda bu nəzərə alınmalı idi. Planda o qədər də böyük olmayan və orta ölçülü heyvandarlıq komplekslərində quraşdırılması mümkün olan reaktorlara daha çox üstünlük veriləcəkdi.
Məsələn, tutumu 2 min kubmetr olan reaktorların işlənməsi üçün heyvandarlıq kompleksində ən azı 1500 baş iri mal-qaranın olması kifayət idi.
Bunlar enerji və gübrə istehsal ilə yanaşı, həm də həmin komplekslərin tullantılarının utilizasiyası problemini həll edə bilər.
Dövlətin bu sektora diqqət yetirməsində məqsəd alternativ və bərpa olunan enerji mənbələrinin payının ümumi enerji istehsalında payının artırılması məqsədi daşıyır.
Əgər bərpa olunan enerji mənbələrindən istifadə artarsa, bunun nəticəsi qazın yandırılması azala bilər. Yəni Azərbaycan bu yolla qənaət edilən təbii qazı daxili bazarda ucuz qiymətə satmayacaq və ixrac edəcək, bununla da ölkəyə daxil olan valyuta gəlirləri artacaq.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Valideyndə uşağa məhəbbəti qanun aşılamalıdır?
Azərbaycanlı müğənni ana oldu
2021 Yaz/Yay Kopenhagen moda kolleksiyası
3 iştirakçı birdən "SURVİVOR"dan uzaqlaşdırıldı-SƏBƏB
Günün ulduz falı - 30.08.2013
Həftənin ilk iş günü Azərbaycanda hava necə olcaq?
“Qalatasaray” klubunun futbolçuları COVID-19-a yoluxub
Övladlarının cinsiyyəti bəlli oldu
Daha bir serial erkən bitdi
Dilqəm Əsgərov və Şahbaz Quliyev nə zaman Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA
Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu - VİDEO
Seyfi Güney və Osman Delicenin küçə sənəti
Dəri ləkələri üçün gilas maskası
Şahzadə Harrinin keçmiş sevgilisi ərə getdi
Eser Yenenlerden hamiləlik pozu-FOTO
2019-un trend dodaq boyası rəngləri
Hər 3 adamdan 1-i kökdür
"Spice Girls" qayıdır - FOTO
Sinoptiklərdən xoş xəbər
Rəqəmli pazllar (3)
Bulvara qənim kəsilənlərə XƏBƏRDARLIQ
Ağdamda güclü atışma
Bakı qarın əsarətində
Yeni toy "adətləri"
Azərbaycan polislərinə yeni silah veriləcək
Kartof salatı (foto-resept)
Fahriye Evcenin 10 minlik çantası-FOTO
Dünyanın ən zəngin adamı dəyişib
Gözəl saçlar üçün 9 məsləhət
İyun ayının qalibləri!
Təyyarədə evlilik təklifi - FOTO
Bəs, Beren Saat hanı?
Alişan və Buse birlikdə veriliş aparacaqlar
ASAN Xidmət mərkəzlərində rüsumlar
Sabahın HAVAsı
Tökülən saçlar üçün yulaflı şampun
Mövsümi allergiya nədir və ondan necə qorunmalı?
VİDEO qadını zəngin etdi və ailəsinə qovuşdurdu
WhatsApp-la bağlı sirr açıldı
Xoşbəxtlik bağırsaqlarda gizlənir
Parisdən Karen bəyanatı
Ali məktəblərə YENİ QƏBUL QAYDALARI təsdiqləndi
Azərbaycanda hava soyuyacaq
Günün qoroskopu:Bədxərclik etməyin!
"İlin qadını" o oldu-FOTO
Günün ulduz falı - 21.02.2014
Tugçe Aral Cennifer Lopezi təkrarladı-FOTO
Pensiyalar artırıldı
- ŞƏRHLƏR