ANS PRESS-in Beynəlxalq Avtomobil Federasiyasına (FİA) istinadla verdiyi məlumata görə, Şuranın iclası zamanı cədvəl aşağıdakı kimi qəbul edilib:
3 aprel. Avstraliya Qran Prisi
10 aprel. Çin Qran Prisi
24 aprel. Bəhreyn Qran Prisi
1 may. Rusiya Qran Prisi
15 may. İspaniya Qran Prisi
29 may. Monako Qran Prisi
12 iyun. Kanada Qran Prisi
26 iyun. Böyük Britaniya Qran Prisi
3 iyun. Avstriya Qran Prisi
17 iyul. Bakı Qran Prisi
31 iyul. Almaniya Qran Prisi
7 avqust. Macarıstan Qran Prisi
28 avqust. Belçika Qran Prisi
4 sentyabr. İtaliya Qran Prisi
18 sentyabr. Sinqapur Qran Prisi
25 sentyabr. Malayziya Qran Prisi
9 oktyabr. Yaponiya Qran Prisi
23 oktyabr. ABŞ Qran Prisi
30 oktyabr. Meksika Qran Prisi
13 noyabr. Braziliya Qran Prisi
27 noyabr. Abu-Dabi Qran Prisi
2016-cı ildə Azərbaycanda "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında “Formula-1” yarışları keçiriləcək. Artıq ölkəmizdə yarışlarla bağlı hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir. Yarış üçün trasın tikintisi üzrə əsas işlər gələn ilə planlaşdırılıb. Bakının mərkəzində keçiriləcək şəhər trasının layihəsi German Tilkenin memarlıq bürosu tərəfindən layihələşdirilib.
Yarışları keçirəcək “Baku Grand Prix” şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri bir neçə mərhələdən ibarət olacaq. Trasın layihəsi artıq tam hazır vəziyyətə gətirilərək, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiqinə təqdim olunub. Layihə təsdiq olunduqdan sonra tikinti işləri başlayacaq. Tikinti işlərinin əsas mərhələsi gələn ilə planlaşdırılıb. Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq. Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, “Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir. Hər il keçirilən Formula-1 yarışları mövsüm adlanır və ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. Qran-pri sözü fransızca "Grands Prix", yəni böyük mükafat sözündən götürülür. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Xanımlarımız portuqaliyalı həmkarlarını qabaqlayıblar
Dolu bədənli xanımlar üçün
Dünya qocalara qalacaq
Ən duyğusuz bürc odur - XARAKTERİSTİKA
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
Günün ulduz falı
ÜST COVID-19-un üzərində qələbə üçün altı addımı sadaladı
Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinə tarixi baxış
Müğənni Kris Kelmi vəfat edib
3 ölkəyə həcc qadağası qoyuldu
Aktrisadan Serenay Sarıkayaya dəstək
Evdən çıxmadan alver edənlərin sayı artır
Bakının bəzi yerlərində yenidən postlar quruldu
Azərbaycan tarixindən yüz şəxsiyyət-31
Yağış yağacaq, şimal küləyi əsəcək
Kanadada güclü zəlzələ
Yumalı olduğunuz ərzaqlar
Ərdoğan: “Azərbaycanda qardaşlarımızın yanında biz varıq”
Bir damın altında
Əzvay ilə gözəlləşin
IX və XI sinif şagirdləri buraxılış imtahanı verirlər
NeSpoonun küçə sənəti
Məşhur aktyora ağır itki-FOTO
Diş sağlamlığına diqqət edin
Şəkil çəkdirmək müqabilində hoteldə yaşamağa icazə veriləcək
Azərbaycanın rabitə müəssisələri prezident seçkisi ilə bağlı gücləndirilmiş iş rejimində işləyəcəklər
Qadin.Netlilərin nişan xatirəsi - III
Qat-qat xəmirli, yuxalı börək (foto resept)
Düyü suyunun faydaları
Dolğun saçlara sahib olmaq üçün nə etməli?
Avtomobillərlə birlikdə küçə yerin altına getdi
UEFA "Qarabağ"ın haqqını verdi
Hər iş yerində olan qadın tipləri
Maraqlı faktlar
Nümayəndələr Palatasının sədri: "İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
HAVA necə olacaq?- 1 MAY
Pop-cornu ara payda yemək olar?
Azərbaycanda qış və yay vaxtına keçid ləğv ediləcəkmi?
Azərbaycanın da Nobel mükafatçısı ola bilər
Bakıda ictimai nəqliyyatda gediş haqqı artacaqmı? - AÇIQLAMA
Barselonada işıqlı kublu otel - FOTO
Disney qəhrəmanları məşhur rəsmlərdə
85 yaşlı qadın fenomen oldu - VİDEO
Madonna tədbirə makiyajsız qatıldı - FOTO
Gəlinliklər
Ailənin övlad dərdi: problem kimdədir?
Azərbaycanda “ Dərslik portalı” yaradıldı
Bir dəfə də sus, bomba partlamayacaq...
İnsult və infarktın yeni müalicə üsulu














