www
Hər kəs kimi nişan günü mən də çox həyəcanlı idim. Sevdiyim insana bir addım da yaxınlaşırdım. Həmin gün elə həyacanlı idim ki, hətda salona getmək belə yadımdan çıxmışdı. Səhər 11-də salonu danışmışdım 1-in yarısı zəng vurdular ki, gəlmirsən? Tez getdim. Bu səfər də ətir yadımdan çıxmışdı. Qızlarla otağımda oturmuşdum, ətiri görməsəydim bəlkə də yadıma düşməyəcəkdi. Allaha şükür hər şey istədiyim kimi oldu. İndi də çox xoşbəxtəm. Avqust ayında da toyumuz olacaq. Bütün subaylara arzulayıram.
Deniz84
Biz yoldaşımla təsadüfən tanış olmuşuq və sevmişik bir -birimizi. Mənim nişanım 2004-cü il may ayının 21-i olub. Yəni ad günümdə. Nişan üzüyümü qaynanam seçib alıb. Düzü, belə şeylərə o qədər də önəm verən deyiləm. Bütün qızıllarımı qaynanam özü alıb. Çox adam mənə desə də qəbul etmə, get özün seç, mən razı olmadım. Çünki mənim üçün əsas qızıl, daş-qaş yox sevgim idi. Şəkildə gördüyünüz lap balaca üzüyü yoldaşım mənə nişanımızdan çox əvvəl alıb. Yəni əvvəlcə öz aramızda nişanlanmışdıq. Qızıl əşyalarımın içində ən çox sevdiyim və heç vaxt ayrılmadığım tək əşyamdır. Çünki, onu yoldaşım öz sevgisini rəmzi kimi, sübutu kimi barmağıma taxmışdı. Yoldaşımın üzüyünü isə mən seçmişəm. Sonda isə demək istəyirəm ki, qızıl, briliyant boş şeydir. Xoşbəxtlik olan yerdə onlar heç yada düşmür.
Miss lady-89
25.08.2007-ci il...Bu gün mənim həyatımda çox gözəl gün olub. Bütün qohumlar, dostlar- hamı bizi çox istəyən yaxınlarımız ətrafımıza yığışmışdı. Mən və yoldaşım çox sevinirdik. Mən üzüyümü nişandan bir neçə gün əvvəl gördüm. Üzüyü mənim qaynanam seçmişdi. Burda çox baxdıq, bəyəndiyim olmadı. Sonra belə qərara gəldik ki, başqa ölkəyə getmişdilər, qaynanamgil ordan alıb gətirdilər. Mən üzüyü gördüm çox da bəyənmədim, amma onu mənim qaynanam aldığı üçün qəlbini qırmayıb bəyəndiyimi söylədim. Ağ qızıldan olduğuna görə o qədər də ürəyimə yatmadı. Yoldaşımın üzüyünü isə mən özüm seçmiçəm. Bizə gəlmişdi, dedim mən seçdiyim üzüyü bəyənib taxarsan? Dedi ki, mənə sənin əlindən su da içərəm. Niyə bəyənmirəm. Nə isə, oktyabr ayında da toyumuz oldu və bu xoşbəxtliyimizdən 2 gül balamız var. Yoldaşımı çox sevirəm və çox xoşbəxtəm.
Sevinc M
Təəssüflər olsun ki, mən nişanımı xəyallarımdakı kimi yaşaya bilməmişəm. Nə də ki, nişan üzüyümü başqaları kimi sevə-sevə barmağıma taxmamışam. Elə bilirdim ki, o üzük mənim xoşbəxtliyimin açarı yox, əllərimə vurulan qandaldır. Ona görə də nişan üzüyümü məcbur qalmadıqca taxmırdım, amma mən nə bilərdim ki, gələcəkdə həmin üzük mənim ən dəyərli xəzinəm, necə deyərlər "Bəxt üzüyüm"olacaq. Həyatım elə gətirdi ki, mən indi o nişan üzüyümü heç barmağımdan çıxartmıram. İndi o üzüyü də, barmağıma o üzüyü taxanı da, mənə onu qismət edən Allahı da cox sevirəm.
AYGUN_1981
Əslində mənə ayrı üzük alınmışdı, əlimə 2 ölçü balaca olduğu üçün böyütmək də olmadı. Qismətimdə bu üzük var imiş. İndi isə barmağımdan düşür. Nə qədər kiçilibsə barmaqlarım...
Ruqu
Nişanım 08.03.2013-cü ildə olub. 5 illik sevginin, səbrin və hörmətin nəticəsi. Üzüyü qaynanam taxıb nişanda barmağıma. Bunun belə olacağını bildiyim üçün nişan üzüyünü almağa gedəndə, üzüyü nişanlıma taxdırmışdım ki, ilk o taxmış olsun. Bu mənim istəyim idi. Allah bütün subay qızlarımıza bu xoş günü nəsib etsin.
Realist (A-N)
Mənim nişanım 1 il bundan əvvəl olub. Həyatımn ən gözəl anlarından biri və ilkidir. Hal- hazırda ailə qurmuşuq. Şirin-şəkər bir qız övladımızın yolunu gözləyirik.
Ayka Necef
ARiEL_ViViAN, Qadın.Net-lilərin nişan xatirəsi xəbərinin 2-ci hissəsini hazirlamaq üçün mənə təklif edəndə çox sevindim. İlk öncə təşəkkür edirəm. Mən may ayında nişanlanmışam, amma "hə" üzüyü gətirmişdilər ilk əvvəl. Nişan üzüyümü sentyabrda gətirdilər. Oktyabrda da ailə qurdum. Düzü, mən bu cür üzükləri bəyənməsəm də, bu üzük mənim bəxt üzüyümdür deyə, yoldaşımı sevdiyim üçün üzüyümü də bəyənirəm. Toya gedəndə taxıram. Mənə "hə" üzüyüm daha əzizdir nişan üzüyümdən .Çünki "hə" üzüyüm qaynanamın öz üzüyüdü. Xatirələrim o ola bilər ki, mən yoldaşımı görmədən ailə qurmuşam-atamın istəyi ilə. Mən heç bir söz demədim, çünki həmişə Namazda Allaha qarşıma yaxşı insanın çıxarması üçün dua edirdim. Allah dualarımı qəbul etdi, çox şükür. Seçimi atama verdim, çünki, tək anasız qız olduğum üçün atam məni pis insana verməzdi. Həm ailə yaxşı ailə oldu, həm qaynatam atam və dayımın dostu idi, həm az da olsa qohumluğumuz vardı. Eyni məktəbi bitirmişik, amma ayrı-ayrı vaxtlarda. Onu da deyim ki, yoldaşım məni məktəbdə oxuduğum vaxtdan görüb sevmişdi 12 il, amma mən onu tanımırdım. Bu səbəblərdən bizim ailə qurmağımız baş tutdu. Çox xoşbəxtəm. Allah hamıya gözəl və xoşbəxt ailə, istəkli həyat yoldaşı qismət etsin. Amin! Üzük nişanın, ailənin simvoludur sadəcə. Bütün subay qizlara qismət olsun nişanli olmaq, barmağinda nişan üzüyü gəzdirmək.
Ayla M
Mənim nişanım 03.10.09 tarixində olub. Hamının nişanından fərqlənməyən nişanım olub, amma nişan üzüyümyn hekayəsi daha maraqlıdır. Nişan üzüyü kimi həmişə incə, təkqaş üzük xoşuma gəlib. Atam üzük seçməyə getməyimə icazə vermədiyi üçün üzüyümü həyətdə maşında mənə göstərdikləri 5 üzüyün içindən seçmişəm)) Dördünün təkqaş olmasına baxmayaraq, yoldaşım bu üzüyü bəyəndiyinə görə onu seçdim. Çox keçmədi ki, ad günümdə mənə təkqaş hədiyyə aldı. Mən onu nişan üzüyü kimi taxırdım. Çox təəssüf ki, həmin təkqaşı mən toydan 1 həftə sonra itirdim.İndi isə yoldaşımın şərti var. Onu ata edəcəyim gün mənə həmin üzükdən yenə hədiyyə edəcəkmiş...
heyatimin menasisan
Baxdım ki, hərə öz nişan xatirəsini yazıb, mən də qısaca nişanım haqqında sizə yazım. Biz bir-birimizi sevib nişanlanmışıq. Baxmayaraq ki ,aramızda 10 yaş fərq var. Nişanımızı sadə, öz ailəmiz arasında qeyd etmişdik, amma təbii ki, mənim üçün ən özəl günlərdən biridir. Həmin gün mənim bütün həyatım dəyişdi, artiq tək deyildim. Bağlı olduğum bir insan var idi, o nişan mənim sevgimin təsdiqiydi. Artıq 2 ildir evliyik və sevgimizin meyvəsini bətnimdə daşıyıram. 3 aydan sonra qızımız dünyaya gələcək. Allah bütün subay xanımlara qismət etsin. AMİN!
Ardı var...
XƏBƏR LENTİ
Türklər Papaya şok yaşatdı
Madonna şousuna 5 milyon xərclədi
Belə evdə yaşamaq asan deyil
Buzadırmanma üzrə ölkə çempionatı başlanıb
Çiyələkli şirniyyat (foto resept)
Günəşdə partlayış baş verdi
Voronejdən Bakıya uçuşlar dayandırıldı
Mahsum Kırmızıgüldən şad xəbər-FOTO
Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb
Suqovuşanda Azərbaycan bayrağını qaldıran hərbçiyə ev verildi
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Leyla Əliyeva: “Qan tökməyin, amandır..!”
Leyla Əliyeva qızını belə təbrik etdi - FOTO
Körpə qızlar üçün saç düzümü
Xalq inancları
36 saata tikilən ev-FOTO
Dünyanın ən zərərli içkisi
Daha iki güləşçimiz Avropa çempionu oldu
Tilavət nə deməkdir?
İşıqda yatmaq çox ziyanlıdır!
Mürəbbəli şirniyyat (foto-resept)
Yaşıl mərci salatı (foto-resept)
29 min manatlıq stres çarxı
İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi
Günün qoroskopu: çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz
Xoşbəxt olmağın 8 yolu
Film kimi real yerlər
Cəfəri ilə xəstəlikləri sağalt - Xanımlar üçün.
İbrahim Tatlısəs onu unudan müğənnilərdən danışdı-FOTO
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
Beyin haqqında miflər(1)
İki məşhur Bakıya gəlir
Yumşaq tort keksi (foto resept)
Bu fotodakı qatili görürsünüz? - FOTO
Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb
Okeandakı kiçik cənnət
Oruc tutmaq istəyən uşaqlarla bağlı tövsiyələr
Həddindən artıq meyvə qaraciyərə zərərlidirmi?
Azərbaycanda ilk dəfə: tələbələrə əlavə pul veriləcək
Ayaqlarınız səndələ hazırdır?
Yeni ildə tortlarımızı necə bəzəyək?
HAVA necə olacaq?
Eşqinizi alovlandırın
Nadir hallarda rast gəlinən xəstəliklər
Aksessuarlar
"Gəlincik" tortlar
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Alonso Bakıda qeyri-adi şoudan danışdı
Dəniz Çakır bir çox saytların bloklanmasını tələb edib
Enerji içkilərini içdikdən sonra bədəndə NƏ BAŞ VERİR?
- ŞƏRHLƏR