Ailədə arada olan "pərdə" götürülməyənə qədər birlikdə yaşamaq mümkün olur. Pərdə qaldırılanda isə insanlar bir-birini düşünməyib ağlına, ağzına nə gəldi dedikləri zaman istər-istəməz ayrılıq düşüncələri meydana gəlir.
Bu, özünü daha çox uşaqsız ailələrdə göstərir. "Sən sonsuzsan", "Sən qısırsan", "Bir uşaq da dünyaya gətirə bilmədin" bu kimi sözlər çox zaman uşağı olmayan ailələrdə işlədilir. Və təəssüf olsun ki, bu sözləri çox zaman qadınlar eşidir. Əgər ailədə övlad dünyaya gəlmirsə, buna hər zaman səbəb kimi qadın görülür. Kişilər isə problemin onlarda olduqları barədə düşünmür, düşünmək belə istəmirlər.
Evdə, ailədə qayınananın, baldızın, digər qohumların tənələri ailənin dağılmasına səbəb olur. Bəzən sonsuzluqda gəlinini günahlandıran qayınanalar gəlini həkimə aparsalar da, öz övladlarının - oğullarının həkimə müraciət etməsini normal qarşılamırlar. "Kişinin övladı olar, yoxdursa, problem qadındadır" deyib müalicəni də çox zaman təktərəfli apardıqları üçün müalicələr nəticə vermir, ailələr dağılır.
Androloq Kamil Baxşəliyevin sözlərinə görə, kişilər sonsuzluq problemi, cinsi xəstəliklər, ümumiyyətlə, cinsi problemləri barədə həkimlə məsləhətləşməyi özlərinə sığışdırmırlar: "Kimsə görər, kimsə bilər düşüncəsi təəssüf olsun ki, hələ də davam edir. Çox nadir hallarda kişilər bizə müraciət edir. O da ən əlacsız vəziyyətə düşəndə".
Həkim bildirir ki, oğlan uşaqları körpə yaşlarından həkimə göstərilməli, onların cinsi inkişafı ilə yaxından maraqlanmaq lazımdır. Çünki oğlan uşaqlarında olan cinsi problemlər elə uşaq ikən daha tez və rahat həll olunur. Yaşa dolandan sonra isə onlar androloqa gəlməyi özlərinə sığışdırmırlar: "Uşaq iki yaşından sonra ildə iki dəfə müayinə edilməlidir. Uşaqların aldığı zədələr, qəbul etdikləri dərmanlar onların sonsuzluğuna gətirib çıxara bilər. Sonsuzluq, cinsi problem isə birbaşa insanın psixikasına təsir edir. Belə adamlar əsəbi, aqressiv, acıdil, qısqanc və paxıl olurlar. Onlar bu problemi həll etmək üçün həkimə müraciət etmək yerinə mənəvi hisslərini işə salır, ətrafında olan insanları əzib keçməyə çalışırlar".
Müsahibimiz onu da bildirib ki, indiki cavanlar gec evləndikləri üçün sonsuzluq problemi yaşanır. Valideynlər övladlarının təhsilini, işini düşünüb ailə qurması barədə gec düşündükləri üçün evlənmə yaşı 30-35-ə qalxır. Bu dövrə qədər gənclər öz cinsi tələbatlarını başqa yerlərdə ödədikləri üçün ailə qurandan sonra övlad dünyaya gəlməsi böyük problemə çevrilir: "Düşünürəm ki, valideynlər övladlarını 30-35 deyil, 23-28 yaşına qədər evləndirməlidirlər".
Mütəxəssislərin araşdırmalarına görə, 35 faiz sonsuzluq halları kişilərlə bağlıdır və bu rəqəm zaman keçdikcə daha da artacaq.
Hüquqşünas Elçin Ağayev isə bildirir ki, boşanma üçün müraciət edəndə çox az adam sonsuzluğa görə ayrıldığını deyir. Yəni bu problemi heç kim qabartmaq istəmir: "Amma fərdlərlə danışdıqca başa düşmək olur ki, ailə övlad olmadığı üçün dağılır. Biz nə qədər onları barışdırmağa çalışsaq da alınmır. Qadınlar ayrılmağa səbəb kimi maddi sıxıntıları, kişilər isə sonsuzluğu və nadir hallarda xəyanəti iddia edib ayrılırlar".
Qeyd etdiyimiz kimi, sonsuzluq çox zaman qadında olan problemlərlə izah edilir. Aylarla, bəzən illərlə müalicəni qadınlar almalı olur. Mütəxəssislərə görə, qadınlarda sonsuzluğa əsas səbəb tiroid vəzisinin düzgün çalışmamasıdır. Tiroid bezinin normal işləməməsi bədən müdafiə sistemini pozur, qadının artırma sisteminə hücum edir, hamilə qalmağa maneə törədir, hamilə qalındığı zaman "düşük"lərə səbəb olur. Ginekoloq Xoşqədəm İbrahimovanın sözlərinə görə, qadınlarda beyin, trioid və yumurtalıq arasında, kişilərdə isə beyin, tiroid və testis arasında müəyyən əlaqə var. Trioid xəstəlikləri zamanı qadınlarda mensturasiya pozuntusuna, yumurtanın pozulmasına səbəb olur və hamilə qalmağın qarşısını alır. Trioid xəstəlikləri zamanı çəki itkisi, əsəbilik, tez yorulma, tərləmə, istiyə dözümsüzlük, ishal, əzələ gücsüzlüyü, əllərdə titrəmə, baxışlarda qarışıqlıq və ya qorxu ifadəsi, göz qapağının yuxarıya doğru gərilməsi və göz qapağında şişmə, göz kürələrinin önə doğru atılması əlamətlərlə özünü büruzə verir.
Dünyada tiroid vəzisi problemini suya, çörəyə və südə yod qataraq həll edən tək ölkə Amerikadır. Yod baxımından yüksək dəniz məhsullarının istehlak edilməsini, yodlu duz istifadə edilməsini önəmli hesab edən müsahibimiz bildirir ki, sonsuzluğa digər qadın xəstəlikləri də səbəb ola bilir: "Evliliyin ilk 6 ayından 1 ilinə kimi hamiləlik baş tutmursa, mütləq hər iki tərəf həkimə müraciət etməlidir. İndi tibb elə inkişaf edib ki, nə yolla olursa-olsun 90 faiz övlad sahibi olmaq mümkündür. Təbii ki, burada qadının və kişinin yaşı da böyük önəm daşıyır. Buna görə də, qadınlar ən geci 32, kişilər isə 35 yaşına kimi övlad sahibi olmağa çalışmalıdırlar. Daha tez evlənməlidirlər".
Uzun müddət müalicə alan, ancaq övlad sahibi ola bilməyən cütlüklər çox zaman boşanırlar. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, belə cütlüklərin qarşısında seçim çox olsa da, onlar boşanmaya üstünlük verirlər: "Övladlığa götürmə, yaxın ailələrdən uşaq götürmə seçiminə insanlar çox az halda fikir verir. Çox az adam başqasının övladını böyütmə məsuliyyəti altına girir. Hər kəs istəyir ki, öz övladı olsun. Bəzən deyirlər sevgi varsa, ailə dağılmır. Amma düzünü deyim, sevgi olsa belə ayrılıq olur. Uzunsürən müalicələr insanları yorur. Onlar ayrı-ayrılıqda düşünmək əvəzinə birdəfəlik son verməyə qərar verirlər".
Psixoloq deyir ki, əvvəllər ailələrdə övlad olmasa belə, ailəni saxlayır, müqəddəs hesab edirdilər: "İndi isə ailə dedikdə öncə uşaq nəzərdə tutulur. Gənclər ailə qurduqdan 5-6 ay sonra gəlindən soruşulur: "Nəsə varmı?"... Bu sual həm ailəyə zərər verir, həm də gənc ailə üzərində cəmiyyət qınağını hiss edir".
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR