Qadin.NET / Zibildən pul qazana biləcəyik

Zibildən pul qazana biləcəyik

 

Zibildən pul qazana biləcəyik

Gələn il Siyəzən və Şəki rayonlarında biokütlə enerjisi stansiyaları tikiləcək. ANS PRESS-in məlumatına görə, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən demişdilər. Şəki rayonunda iribuynuzlu ferma təsərrüfatından, Siyəsən rayonunda isə quşçuluq fermalarından atılan tullantılardan istifadə olunmaqla biokütlə enerjisi alınmalıdır. Bu həm ekologiya və ətraf mühitə atılan tullantıların miqdarına təsir göstərəcək, həm də yeni enerji istehsalı növündən istifadəyə imkan verəcək. Həmin stansiyalar 2015-ci ildə qurularaq təhvil veriləcəkdi.Qeyd edək ki, hələ on il qabaq Azərbaycanda peyindən qaz almaq məsələsi gündəmdə idi - istər rəsmi dairələr, istərsə də QHT-lər bunun ucqar dağ kəndləri üçün əvəzsiz vasitə olması barədə ciddi təşviqat işinə başlamışdılar. Peyinini xüsusi bioqaz qurğularında çürütməklə həm evləri qızdırmaq üçün təbii qaz, həm də humus dərəcəsi yüksək olan qiymətli gübrə əldə etməyin mümkünlüyündən bəhs edirdilər. Hələ İsmayıllı rayonunda bir evdə sınaq üçün təxminən 1500 ABŞ dolları xərc çəkilərək bioqaz qurğusu da quraşdırılmışdı. Amma nəticə elə də uğurlu olmadı - ailənin 4 inəyindən və 25-ə yaxın qoyunundan əldə edilən təxminən 70 kiloqram peyin gün ərzində təxminən 2 kubmetrə yaxın qaz alınırdı ki, bu da yalnız mətbəxdə və hamamda işlətməyə yetirdi. Əvəzində isə ailə peyindən təzək düzəltmək imkanını itirirdi. Halbuki, daha əvvəl ailə peyinin yalnız bir hissəsini təzək kimi işlətməklə qışı yola verirdi. Mətbəxdə işlətmək üçünsə ayda 6-7 manatlıq da balon qazı almaq kifayət edirdi, yəni heç bir ailə yalnız mətbəxdə işlətmək üçün qaz almağa 1500 manat xərc çəkib bioqaz qurğusu quraşdırmaq istəməzdi.İsmayıllıdakı bu uğursuz təcrübə Azərbaycanda bioqaz istehsalının gələcəyi ilə bağlı ümidlərin üzərindən bir xeyli müddət xətt çəkmişdi. 
Lakin Akim Bədəlovun yenidən məsələni gündəmə gətirməsi bu sahədə işlərin daha uğurla aparıla biləcəyi haqqında ümidləri yenidən doğurdu. 
Əslində bu layihənin müsbət tərəfləri kifayət qədər çoxdur. Çünki peyin bir çox ölkələrində bu, kənd üçün qəsəbə və şəhərlər üçün də ən proqressiv yanacaq növü sayılır. 
Bunu sübut etmək üçün bir nümunə yetər. Belə ki, ötən əsrdə Çində bioqaz istehsalının elmi-texniki əsasları işlənib və 70-ci illərdə hökuməti dəstəyin ilə bioqaz istehsalı gur inkişaf dövrü keçib və kənd yerlərində avtobus parkının 80%-i, milli avtobus parkının isə 60%-i bioqaz ilə işləyib. 2000-ci illərdən başlayaraq Çin hökuməti bioqaz istehsalına yeni təkan verib və bu sahədə istehsal hər il 15%-ə qədər artırılıb. Bunun nəticəsidir ki, 12 il ərzində Çində fəaliyyət göstərən bioqaz qurğularının sayı 7 milyondan 20 milyona çatdırılıb. 
Bioqaz qurğlarının ekoloji faydası da var və bu qurğular bir sıra heyvandarlıq tullantılarını ucuz və rentabelli emalı yolu ilə utilizasiyasına imkan verir. Son illərdə Azərbaycanda iri heyvandarlıq, quşçuluq və broyler təsərrüfatları yaranıb ki, onların tullantılarının utilizasiyası ciddi problem yaradıb. Bunların xüsusilə Bakı və Abşeron zonalarında yerləşənləri ətraf məhəllələrinin sakinləri üçün xüsusi diskomort yaradır. Bu quşçuluq və heyvandarlıq müəssisələrinin ətrafında toplanan

 

peyin qalaqlarından ətrafa pis qoxu yayılır, milçəklərin geniş inkubasiyasına geniş rəvac verir. Həmçin açıq havada çürüyən peyindən ayrılan metan qazı ozon qatının dağılmasına da səbəb olur ki, bu da beynəlxalq səviyyədə ciddi sayılan problemlərdəndir. Həmin tullantılar torpağa basıdırılması isə yeraltı suları zəhərlənmə təhlükəsi altında qoyur. 
Qeyd edək ki, hələ bir necə il öncə Dövlət Agentilində hazırlanan strateji planda bu nəzərə alınmalı idi. Planda o qədər də böyük olmayan və orta ölçülü heyvandarlıq komplekslərində quraşdırılması mümkün olan reaktorlara daha çox üstünlük veriləcəkdi. 
Məsələn, tutumu 2 min kubmetr olan reaktorların işlənməsi üçün heyvandarlıq kompleksində ən azı 1500 baş iri mal-qaranın olması kifayət idi. 
Bunlar enerji və gübrə istehsal ilə yanaşı, həm də həmin komplekslərin tullantılarının utilizasiyası problemini həll edə bilər. 
Dövlətin bu sektora diqqət yetirməsində məqsəd alternativ və bərpa olunan enerji mənbələrinin payının ümumi enerji istehsalında payının artırılması məqsədi daşıyır. 
Əgər bərpa olunan enerji mənbələrindən istifadə artarsa, bunun nəticəsi qazın yandırılması azala bilər. Yəni Azərbaycan bu yolla qənaət edilən təbii qazı daxili bazarda ucuz qiymətə satmayacaq və ixrac edəcək, bununla da ölkəyə daxil olan valyuta gəlirləri artacaq.

Mənbə: ANS PRESS

6 fevral 2015
GO BACK