Azərbaycan bu günlərdə alternativ və bərpa olunan enerji mənbələri sahəsində böyük sıçrayışa nail olub.Azərbaycanın Qobustan rayonunda yerləşən ilk hibrid elektrik stansiyası ilk dəfə 1 milyon kilovat-saat elektrik enerjisi istehsal edərək ölkənin enerji paylayıcı sisteminə ötürüb.Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində bildirib ki, Azərbaycanın iqtisadi sahəsində şaxələndirmə siyasəti aparılır və aparılacaq.Bu prosesdə alternativ və bərpa olunan enerji mənbələri vacib rol oynayır. Bu enerji mənbələri ənənəvi enerji mənbələrindən asılılığı azaltmağa, karbohidrogen ehtiyatlarını gələcək nəsillərə saxlamağa, ölkənin enerji sisteminin davamlılığını təmin etməyə, enerji təhlükəsizliyini möhkəmləndirməyə imkan verəcək, həmçinin müasir və innovasiya texnologiyalarının inkişafına müsbət təsir edəcək, ətraf mühitin mühafizəsinin səviyyəsini artırmaq üçün şərait yaradacaq.Alternativ mənbələr hesabına ilk 1 milyon kilovat-saat elektrik enerjisinin istehsalı mövcud iri neft-qaz yataqlarına baxmayaraq, Azərbaycanda bu sahənin inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir.Azərbaycan Prezidenti İlham Əliyev 1 fevral 2013-cü il tarixində alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sistemini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin strukturu" təsdiq edilib. Fərmana əsasən, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yenidən təşkil olunaraq "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyinə verilib."Azalternativenerji" MMC elektrik enerjisinin verilişi üçün 2014-cü ilin sonu - 2015-ci ilin əvvəlində mərkəzləşdirilmiş paylayıcı smart-şəbəkənin yaradılmasını başa çatdıracaq. Bu, Qobustan rayonunda elektrik enerjisinin paylanılması prosesini birbaşa təşkil etməyə imkan verəcək.Hazırda Qobustan Hibrid Stansiyasında istehsal edilən elektrik enerjisi Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanılması ilə məşğul olan "Azərenerji" ASC-yə təhvil verilir və onun mövcud paylayıcı şəbəkəsinə ötürülərək istehlakçılara çatdırılır.Dövlət Agentliyinin sədri Akim Bədəlovun bildirdiyinə görə, qazanılan uğurlar həm də "Azərenerji" rəhbərliyi ilə səmərəli qarşılıqlı işbirliyinin bəhrəsidir, ölkədə alternativ mənbələr hesabına alınan enerji də cəmiyyətin mövcud şəbəkələri vasitəsi ilə paylanır.2020-ci ilə ölkənin əksər rayonlarında hibrid stansiyalarının yaradılması planlaşdırılır. Bu stansiyaların gücü ilkin mərhələdə 15-20 meqavat təşkil edəcək, sonra isə bu rəqəm 45-50 meqavata çatdırıla bilər. Respublikanın bölgələrində hibrid stansiyaların yaradılması ilə yanaşı, çoxmərtəbəli binaların dam örtüklərindən istifadə etməklə mini-stansiyaların yaradılmasına da diqqət ayrılacaq.Azərbaycan, həmçinin böyük geotermal ehtiyatlara, eləcə də günəş və külək enerjisindən istifadə üçün böyük potensiala malikdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
WhatsApp-da yeni üsul var
Elman Rüstəmov manatdan DANIŞDI
Azərbaycanda ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara XƏBƏRDARLIQ
Rusiyadan keçmiş SSRİ vətəndaşları ilə bağlı KRİTİK HƏMLƏ
"Çingiz mənim kumirimdir"
Azərbaycanda ilk milli ödəniş sistemi yaradılır
Mərkəzi Bankdan kredit açıqlaması
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Leyla Əliyeva açılışda - FOTO
Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı
Jurnalistlər kütləvi şəkildə koronavirus testindən keçirilə bilər
Ən çox televizora baxan xalq hansıdır?
Fettuccine Alfredo (foto resept)
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
HAVA necə olacaq?- 22 APREL
Böyüməmiş ana olan qızlar
Ayran şorbası
Burak Özçivitin tərəf-müqabili bəlli oldu -FOTO
Baş epidemioloqdan AÇIQLAMA
İstiqaməti kompassız təyin edən canlılar
Sinoptiklərdən xəbərdarlıq: hava kəskin dəyişəcək
H&M qadın geyimləri
Darçının faydaları
Kardi-B saçlarının təbii halını göstərdi-FOTO
Balıq qadın ürəyinə xeyirlidir
Ev şəraitində gözəlləş!
Faydalı məsləhətlər
Yay üçün ayaqqabılar
Balığın əməliyyatına 380 avro ödədi
Qadınlarda hormon pozğunluğu əlamətləri
Sinemin makiyajsız FOTOsunu paylaşdı
Vivienin bürc illustrasiyaları
Dörd yaşlı uşaq karantin qaydalarını pozduğu üçün cərimələndi - FOTO
Ağız qoxusunun qarşısını alacaq tövsiyələr
Xəstəxanalarımızda görünməmiş yenilik- nazir əmr verdi
Dünyanın ən qəribə ağacları
Dünyada İLK - Həbsxananı xatırladan KAFE - FOTO
YouTube Kids platformasını təqdim edəcək
Bu gerçəkdir, model deyil
Dil təmizliyi üçün təbii üsullar
Məşhur modeli təhqir etdilər-SƏBƏB
Bu ölkədə oruca qadağa qoyuldu
Bred Pittdən gözlənilməz hərəkət
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Məşhur cütlük 10 gün əvvəl gizli boşanıb
Nardan ürəyə aparan yol
Stiven Siqal Rusiyada torpaq alacaq
Yuxu yozmaları - L
Azərbaycanda şagirdlərində cinsi inkişafı yoxlanılacaq.
Məktəb öncəsi uşaqlarda yoldaşlıq münasibəti
- ŞƏRHLƏR