Türkiyə mətbəxindən Azərbaycana gələn və əhalinin əksəriyyəti tərəfindən bəyənilən dönərin satış qiymətindəki fərqlər diqqətçəkicidir. Daha komfortlu kafe və restoranlarda porsiyasından asılı olaraq 4-5manatdan başlayan qiymətlərlə alıcılara təklif edilən dönərə, metro çıxışlarında 1manat - 1 manat 50 qəpiyə də rats gəlmək mümkündür. Xüsusilə dana ətinin 1 kiloqramının 10 manat 50 qəpik, toyuq ətinin 1 kiloqramının 4-5 manatdan aşağı olmadığı bir vaxtda 1 manatlıq "ayran+dönər"lərin keyfiyyəti istər-istəməz adamı şübhəyə salır.
Hərçənd Qida Təhlükəsizliyi Agentliyi rəsmi yaydığı açıqlamada bu barədə quruma hər hansı şikayət daxil olmadığını açıqlayıb. Hətta dönərin tərkibində mənşəyi məlum olmayan ətin olduğu iddialarını əsassız hesab edir.
Qadin.Net bildirir ki, məsələ ilə bağlı modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qiymət fərqinin ciddi məqamlardan xəbər verdiyi qənaətindədir:
"Bizim istəyimiz qiymətlərin əhalinin cibinə uyğunlaşdırılmasıdır. Amma ətin qiymətinin baha olduğu bir vaxtda içi ətlə dolu çörəyin, üstəgəl ayranın ümumilikdə 1 manata satılması və məhsulun keyfiyyətli olması inandırıcı görünmür. Mütəmadi olaraq Daxili İşlər Nazirliyi tərəfindən mundar at, eşşək ətlərinin müsadirə olunduğunu görürük. Demək hüquq mühafizə orqanlarına yaxalanmayanlar həmin ətlərdən öz məqsdələri üçün istifadə edirlər. Ələ keçirildikləri halda isə cəmi 200 manat cərimə ödəməklə işlərini etdirirlər".
Hüquq müdafiəçisi bildirib ki, dönərxanaların əksəriyyəti sertifikatla təmin olunub:
"Bu sahədə özbaşınalıqdır. Kimə, necə gəldi sertifikatlar verilib. 3 il bundan əvvəl dönərlərin standartı hazırlanmılşdı. Dönərləri təmiz ətdən hazırlayan və şəbəkələrə paylayan müəssisə müəyyən olunub. Həmin müəssisədən alınıb-alınmamasını bilmək üçün istehlakçı sertifikat tələb edə bilər. 85 faiz dönərxanalarda həmin sertifikat mövcuddur. Lakin təəssüflər olsun ki, bu obyektlər sözügedən şirkətlə işləmir".
E.Hüseynov deyib ki, yeni yaranan agentlik bu məsələlərə ciddi nəzarət etməlidir.
XƏBƏR LENTİ
İsti Azərbaycana 5000 manat ziyan vurdu
Ərəb mədəniyyəti-2
Kişilər niyə oğlan uşağı istəyirlər?
Ermənistan Rusiyaya etiraz da edə bilmir
Nazirlər Kabinetində yeni şöbə yaradıldı
Məşhur aktyor arıqladı!-FOTO
Azərbaycanın Avropa hüdudlarına daxil olan əraziləri açıqlanıb
Bakıda 22:00-a kimi qadağa
Bilik var adamı kor edər, bilik də var...
Tanrı buludların üzərində - ŞOK VİDEO
"Android" sahiblərinə xəbərdarlıq: Bu virus...
Ronaldo bu səbəbdən döymə etdirmir-FOTO
Məşhur cütlük boşanır
Magistratura və rezidenturaya qəbul olunmaq istəyənlərin nəzərinə
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Cud Lou altıncı dəfə ata oldu
Xərçəngin ilkin mərhələdə aşkarlanması üsulu tapıldı
Azərbaycanın bir həftə əvvəl məhv etdiyi polkovnikləri ermənilər indi açıqlayır
Bayram gecəsinin və gününün əməlləri
Rusların Şaxta babadan ən çox istədiyi nədir?
Erməniləri üşütmə tutub
Tolqa Karel
Çiyələkli frozen (foto-resept)
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
Kişilər smartfonlarla daha çox nə çəkirlər?
HAVA necə olacaq? -2 APREL
Rəngarəng çantalar
Nettanın geyimini tənqid etdilər - FOTO
Epidemioloq Sergey Kravçenko: “Pandemiyanın “üçüncü dalğası” yoxdur” - MÜSAHİBƏ
Milli toy ənənələrimiz
Qapılar
Maraqlı və qəribə faktlar
8 May Şuşanın işğalı günüdür!
Məşhur cütlük bal ayını burada edəcək-FOTO
Samirə Əfəndi iki il ölkəmizi “Avroviziya”da təmsil edəcək
BÜRCLƏR bizə nə vəd edir? - 20 mart
BÜRCLƏR bizə nə vəd edir? - 30 mart
Çiyələk yağının dəriyə faydası
Qəbul imtahanlarının nəticələri AÇIQLANDI
Qışa belə hazırlaşırıq
Boyunbağılar
FHN-dən modul tipli xəstəxanada partlayış iddiaları ilə bağlı AÇIQLAMA
Sevgilisi koronavirusa yoluxan Hadisədən ayrıldı
Suriyadan Türkiyəyə dünən 66 mindən çox qaçqın keçib
15 yaşlı girovdan xəbər var
Azərbaycanda koronavirusa 1346 yeni yoluxma faktı qeydə alındı: 15 nəfər vəfat edib
Sobada Adana Kababı (foto resept)
Gözəl bədənə sahib olmaq istəyənlər üçün 5 idman növü
İlk baxışda qəribə görünən şəkillər
Mehriban Əliyeva: “Ulu Tanrı daim ölkələrimizi və xalqlarımızı qorusun”















- ŞƏRHLƏR