
Nazirlik rəsmisi əlavə edib ki, hazırda yanğın nəticəsində meşə fonduna dəymiş ziyanın məbləğinin daha dəqiq müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır.
S.Salmanovun sözlərinə görə, 2013-cü ildə aparılan qabaqlayıcı tədbirlər öz nəticəsini vermişdi və meşə ərazilərində yanğın baş verməmişdi. Amma cari ildə qabaqlayıcı tədbirlərin aparılmasına baxmayaraq, Oğuz, Lerik, Masallı, Siyəzən və Qəbələdə - ümumilikdə 45 hektar meşə ərazisində yanğın baş verib. Lerik və Siyəzəndə baş vermiş yanğından dəyən ziyanın məbləği daha çox olub:
"Yanğın zamanı dəyən ziyan müəyyənləşdirilərkən oduncaq itkisinə yol verilib-verilmədiyi müəyyən edilir. Faktiki olaraq, bu yanğınlar zamanı oduncaq itkisinə yol verilməyib, kol-kos yanıb. Ona görə də dəymiş ziyan böyük məbləğdə deyil".
Yanğınların səbəblərinə gəldikdə, S.Salmanov deyib ki, builki yanğınlar antropogen təsirlər üzündən baş verib. Onun sözlərinə görə, meşədə yanğınların baş verməsinə yalnız havanın isti və quraq keçməsi səbəb olmur. İnsanların ehtiyatsız davranışı da yanğınların baş verməsinə gətirib çıxarıb: "Meşələrdə yanğına səbəb olan iki əsas antopogen amil var ki, onlar da insanların odla ehtiyatsiz rəftarı və taxıl biçimindən sonra otların yandırılmasıdır. Bizim meşə ərazilərimiz bələdiyyə və və digər mülkiyyətdə olan torpaq sahələri ilə həmsərhəd olduğu üçün orada taxıl biçildikdən sonra otları yandırdıqda yanğın meşə ərazilərinə keçir".
Nazirlik rəsmisi qeyd edib ki, bu il havaların isti və quraq keçməsi meşələrdə yanğının baş vermə təhlükəsini artırıb. Oktyabrın sonuna kimi meşələrdə yanğın təhlükəsi gözlənilir. Bununla əlaqədar ETSN-in Meşələrin İnkişafı Departamenti həmin müddətə kimi gücləndirilmiş iş rejimində çalışacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda mobil operatorun fəaliyyəti məhdudlaşdırılacaq
Sevgi romanı oxuyan qadınlarda nə baş verir?
Azərbaycanlı gimnastlar beynəlxalq turnirdə iki qızıl medal qazanıblar
Uşağınızdan sizə məktub!
Azərbaycanda uşaqlar arasında YENİ VİRUS tapıldı
Göbələkli plov(foto resept)
Balıq satışı qaydaları sərtləşdirildi
Trampa Sui-Qəsd Edildi!
İspan şəhərində çağdaş xəstəxana
Bakıdakı bu yol nişanlarından xəbəriniz yoxdur?
Türkiyəyə gedənlərin nəzərinə
Saat nağılı
Hikmət Hacıyev Ermənistanın təxribatı barədə bəyanət verib
İdman geyimləri
İş müsahibəsi haqda bilməli olduqların(2)
Məşhur aktrisanın qabırğaları sındı-FOTO
Saçlarınızı təbii rənginə qovuşdurun
Şəkər tozu və qənd alarkən nəyə diqqət etmək lazımdır?
Azərbaycan əhalisinin sayı açıqlandı
Diş əti çəkilməsinin səbəbləri
Səhərlər bunları yeməyin!
Hərbçilərimiz 20 Yanvar şəhidlərini yad etdilər
Özünüz yüksələrkən başqalarını da unutmayın
Kişilərin saçı tökülürsə...
Azərbaycanda güclü zəlzələ baş verəcək? - RƏSMİ AÇIQLAMA
HAVA necə olacaq? 14 MAY
Havalar isinəcək
Azərbaycanlılar Ukraynada birinci oldu
Sadə lazanya (foto-resept)
Özbəkistan bayrama hazırlaşır
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
Böyük hücum planı
Nurgül Yeşilçayın "əri" tapıldı
Rusiyanın NTV telekanalının Türkiyədə tutulan jurnalistləri casusluqda ittiham oluna bilər
TQDK-dan müraciət
23 yaşlı qazimiz coşqu ilə qarşılandı - FOTO
29 şəhər və rayonda monitorinq imtahanı keçiriləcək
Türklər Məkkəyə metro çəkəcək
Hülya Avşar kürəkəni ilə tanış oldu-FOTO
Müjdə: "Bir az gözləyin, sərnişin avtobuslarda yenilik olacaq"
Ermənistan Naxçıvanla sərhədboyu ərazilərdə genişmiqyaslı təlimlər keçirir
Onlar sonuncu ola bilərlər
"Buruq" piroqu (foto-resept)
Qara, tutqun Toyota GT86
Sizi kökəldən xəstəliklər
Topal Teymur
Ən sürətli internet haradadır?
HAVA necə olacaq? 12-yanvar
Çerri pomidorlu, ətli rulet (foto resept)
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]