Bel yırtığının ən vacib səbəbi hərəkətsizlikdir
Həkimlər şiddətli bel ağrısı şəklində özünü göstərən bel yırtığına qarşı təsirli bir müalicə üsulunun olmadığını deyiblər. Həftəlik "Stern" jurnalında fikirlərini bildirən mütəxəssislər kürək əzələlərinin güclənməsi üçün fiziki hərəkətin əhəmiyyətini vurğulayıb, ancaq məcburedici hərəkətlərdən uzaq olmağın lazım olduğunu bildiriblər. Mütəxəssislərə görə, kürsüdə oturarkən, ya da döşəməni silib-süpürərkən belə ediləcək doğru bədən hərəkətləri var.
İndiki zamanda insanlar arasında ən məşhur xəstəlik kimi qəbul olunan bel yırtığına qarşı ən təsirli üsulun bədən hərəkətləriylə, xüsusilə kürək və boyun əzələlərinin gücləndirilməsinin lazım olduğunu bildirib. Bel yırtığı onurğa sütununu əmələ gətirən 24 fəqərə arasında amartizasiya vəzifəsinə malik olan diskin yerindən oynaması nəticəsində onurğaların bir-birinə sürtülməsi olaraq təyin edilir. İflic və keyimə kimi vəziyyətlərdə cərrahi müdaxilə lazımdır, amma eyni şikayətin əməliyyatdan sonra da təkrar əmələ gələ biləcəyini bilmək lazımdır.
Səhiyyə mütəxəssisləri şiddətli bel ağrısı formasında özünü göstərən bel yırtığına qarşı tibb sahəsindəki texnoloji inkişaflara baxmayaraq, son müalicə üsulunun hələ düşünülmədiyini bildirirlər. Xroniki bel ağrıları çox vaxt bədən hərəkətsizliyi ilə yanaşı, psixiki və sosial səbəblərdən də yaranır. Həkim nəzarətində nizamlı olaraq edilən bədən hərəkətləri bel yırtığına qarşı ən təsirli silahdır.
Uzun müddət olaraq istifadə edilən ağrıkəsicilər bel yırtığının yol açdığı ağrıları kəsir, ancaq bu, müalicə üsulu olaraq da tövsiyyə edilir. Bundan başqa masaj, yataqda istirahət və ya akupunuktur kimi passiv müalicə üsulları da bel yırtığına qarşı qəti bir çarə deyil.
İş yerində işləyərkən, kürsü üzərində oturarkən, avtomobilə əşya qoyub götürərkən idarəli və dəstəkli hərəkətlər əzələlərin işləməsini və güclənməsini təmin edəcək. Ancaq nəzarətsiz və məcbur edici hərəkətlərdən uzaq olmaq lazımdır. Əks təqdirdə, bel yırtığının əmələ gəlmə müddəti sürətləndirilmiş olar.
Bel yırtığı xəsətəliyindən necə qorunaq
Bel və ayaq ağrıları ilə sidik və böyük işini saxlaya bilməməyin, bel yırtığının əlamətləri olduğunu deyən Dos.Dr.Əhməd Yıldızhan xəstəliyə meydan verməmək üçün bəzi məsləhətlər verir. Yerdən nəsə götürüləcəksə ayaqlar dizlərdən qatlanmalı, bədən əyilərək götürülməlidir. Ağır yüklər qaldırılmamalıdır. Çox irəli uzanaraq bir əşya götürülməməlidir, əşyanın yanına gedilməlidir. Bel və qarın əzələlərini gücləndirici məşqlər edilməlidir, oturaraq işləyənlər hərdən durub gəzməlidir, çünki oturaraq belə enən yük daha çoxdur.
Xəstəlik, müalicəsi cərrahi müdaxilə tələb edənlər və etməyənlər şəklində ayrılır . Cərrahi müdaxilə lazım olmayanlar üçün ağrıkəsici, lazer, əzələboşaldıcı, iltihab əleyhinə dərmanlar, istirahət və fiziki müalicə kimi üsulların istifadəsi məsləhətdir.
Amerikadakı axtarış və işlərin arxasından Türkiyəyə qayıdan Yıldızhan öz adıyla tanınan "Yıldızhan bel yırtığı mərkəzi"ni düzəltmiş və burada Harvard Universiteti tibb fakultəsində tətbiq olunan, iflic olma riskini sıfıra endirən Harvard metodunu tətbiq etməyə başlayıb.
Harvard metodu haqqında da dr.Yıldızhan bunları dedi: "Harvard metodunda ən son texniki imkanlar istifadə edilir, başa taxılan lampa və soyuq işıq qaynağı mükəmməl bir işıqlandırma, qüsursuz görünüş təmin edir. Klassik bel yırtığı əməliyyatlarında bəzi alətlər maneə təşkil edərkən, Harvard metodunda bu maneələr aradan götürülür, hərəkət sərbəstliyi, təmiz, estetik və təhlükəsizlik təmin edilir.
24 saata ayağa qalxırlar
Mərkəzə gələn xəstələrin 24 saata ayağa qalxdığını bildirən Yıldızhan, gələn xəstələrin əvvəl müayinə edildiyini və bel yırtığı hansı dövrdədirsə ona görə müalicə tətbiq edildiyini ifadə etdi. Cərrahiyyənin son çarə olduğunu sözlərinə əlavə Yıldızhan əlavə edib: "Bura gələn xəstələrin yüzdə 90-ı cərrahi əməlliyyata ehtiyacı olmayanlardır."
Bel yırtığı xəstəliyinə ağırlıq qaldırmaqdan əlavə, uzun müddət hərəkətsiz oturmaq da səbəb olur. Bu da bel əzələlərindəki zəifləmədən qaynaqlanır.
Cərrah Mehmet Ataç bel yırtığına ən çox ağır yük qaldırmaq və tərs bel hərəkətlərinin səbəb olduğunu ifadə edərək, yol qəzalarında belə gələn zərbələrin də səbəblər arasında iştirak etdiyini, digər bir səbəbin də qarın bel əzələlərinin zəifləməsi olduğunu bildirdi. Qarın və bel əzələlərinin zəifləməsi səbəbiylə, bel fəqərələrində struktur dəyişiklikləri ortaya çıxır. Bu dəyişikliklərə görə fəqərələr arasındakı disklərə həddindən artıq bir yük minməsi nəticəsində şəkillərini itirirlər. Yaşlılarda diskin içində olan su miqdarı yüzdə 80-dən yüzdə 60-a düşər və bu səbəbdən çox tez qırıla, cırıla bilər. Artıq insanlar müasir həyatda, iş həyatında, bel əzələlərini çox işlətmirlər. Çox vaxt otururlar, yol getmirlər, avtomobildən istifadə edirlər. Bu bir rahatlıq xəstəliyi olur. Xüsusən də idarələrdə işçilərin bel və qarın əzələlərini gücləndirəcək mədəni fiziki hərəkətləri etmələri şərtdir. Həddindən artıq çəki almamaları və bolluca gəzmələri lazımdır.
Bel yırtığından qorunmaq üçün 10 yol
1 - Əsla ağır şey qaldırmayın. Yerdən götürdüyünüz şey yüngül olsa da dizlərinizi qatlayaraq və çömbələrək götürün, qalxarkən ağırlığınızı ayağınıza verin.
2 - Bir şey aparanda beliniz dik bir mövqədə yeriyin. Ağırlığı bədəninzə doğu mütənasib paylaşdırın.
3 - Bir əşyanı götürmək istəyəndə ona tərəf dartılıb götürməyin, yaxınlaşıb götürün. Uzun dabanlı ayaqqabı geyinməyin.
4 - Ən çox diqqətli olmağınız lazım olan yer pilləkanlardır. Düşəndə son pilləyə çatdığınızı düşünüb bir pillə daha qalıbsa bilmədən bədəninizi aşağı tərəfə yıxırda bilərsiniz.
5 - Hər gün 20 dəqiqə gəzməyə və üzməyə ayırın. Həkimdən soruşmadan bel rezini işlətməyin.
6 - Dəstəmaz alarkən və ya dişinizi yuyanda əl-üz yuyana əyilməyin, belinizi dik tutun.
7 - Tozsoranla ev təmizləyəndə belinizi dik tutmağa üstünlük verin. Ütü ilə işləyəndə tək ayağınızın altında 15-20 cm, hündürlükdə bir şey qoyaraq belinizi rahat etdirə bilərsiniz.
8 - Həkimin verdiyi idmanı fasiləsiz edin. Sağlam ikən də sümük gücləndirici hərəkətlər edin və hərəkət sayını yavaş-yavaş artırın. Sərt hərəkətlər etməyin.
9 - Divanda oturanda özünüzü anidən divana atmayın. Yavaş-yavaş diqqətli oturun. Oturanda qabağa doğru əyilməyin. Həmişə oturmayın. Arada durub gəzin.
10 - Yatmaq üçün ortopedik və bərk çarpayılar seçin. Üz üstə yatmayın. Yatanda, qalxanda yana dönün əllərinizlə yandan kömək edərək oturub, sonra durun.
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR