Şəkər gündəlik istifadə etdiyimiz əsas qida maddələrindən biridir. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95%-dən çox mənimsənilir. Şəkərin istehsalı üçün əsas xammal kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 faizi şəkər çuğundurundan, 55 faizi isə şəkər qamışından alınır. Kimya sənayesində şəkərdən müxtəlif törəmələr alınır. Sonra həmin törəmələrdən müxtəlif sahələrdə, o cümlədən, plastmas, əczaçılıq preparatları, dondurulan qida məhsullarının istehsalında istifadə olunur.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara şəkər alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görüşünə görə, rənginə, dadına, iyinə, həll olmasına və kənar qatışıqların olmasına görə müəyyən edilir. Şəkər tozu quru, dənəvər olmaqla, ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır.
Bu məhsulların rəngi ağ, sarımtıl, parıltılı olmalı, dadı təmiz şirin olmaqla kənar dad və iyi verməməlidir. Suda tam həll olmalı və çöküntü verməməlidir. Şəkər tozunun nəmliyi 0,14 faizdən, quru maddəyə görə saxaroza 99,75 faizdən az, reduksiyaedici maddələr 0,05 faizdən, kül isə 0,03 faizdən çox olmamalıdır. Rafinad-qəndinin nəmliyi çeşidindən asılı olaraq 0,1-0,4 faizdən çox, quru maddəyə görə saxaroza 99,9 faizdən az olmamalıdır.
Şəkər tozunu qablaşdırmaq üçün tutumu müxtəlif olan kisələrdən istifadə olunur. Daşınma, saxlanılma zamanı itkinin və çirklənmənin qarşısını almaq üçün kətan-kənaf-cut kisələrinin daxilinə sellofan kisələr qoyulur. Bəzən şəkər tozu qida ilə təmasına icazə verilən, tutumu müxtəlif olan politelin paketlərdə, 5-6 qatdan ibarət kraft kağız kisələrə qablaşdırıla bilər. Qəndi isə kütləsi 0,5 və 1 kq olan karton qutularda və ikiqat kağızdan hazırlanan paçkalarda, həmçinin kisələrə qablaşdırırlar. Ticarət şəbəkəsində isə şəkər əsasən politelin və kağız paketlərdə qablaşdırılaraq satılır.
Şəkər tozu nisbi rütubəti 70 faizdən, rafinat-qəndi isə 80 faizdən çox olmayan anbarlarda 0-200C-də uzun müddət saxlanıla bilər. Şəkər tozunu və qəndi digər mallarla birgə saxlanılması qadağandır. Şəkər məhsulunun saxlanması zamanı əsas təhlükə onun nəmliyə məruz qalmasıdır. Ona görə də onları havanın nəmliyi 60 faizdən çox olan yerdə saxlamaq olmaz.
Şəkər daşınan nəqliyyat vasitələri və konteyerlər quru, dəliksiz, bağlı olmalıdır. Şəkər saxlanılan yerlərdə, sanitar qaydalarına əməl edilməli, havanın temperaturu müsbət 40 dərəcədən çox olmamalıdır.
Bu məhsullar qablaşdırıldıqdan sonra mütləq markalanmalıdır. Markalanmada istehsalçı müəssənin adı, əmtəə nişanı, tərkibi, saxlama və yararlılıq müddəti, xalis çəkisi, kalorililiyi və s. əksini tapmalıdır.
XƏBƏR LENTİ
11 iyun Ramazan ayının 5-ci günüdür
Körpə dünyaya gəlir, ona qayğı lazımdır (2-ci hissə)
Adamları yoxa çıxaran rəssam
Uşaqların qəribə davranışlarının mənası
Yaradıcılığını makiyajla göstərdi
Möhkəm və uzun dırnaqlar üçün
Hava haqqında
Bu zikri səcdədə deyən...
Müxtəlif hislərin beyində yaratdığı dəyişikliklər
Xoşbəxt olmaq asandır
Təyyarə ilə səfər zamanı qulaqda yaranan problemlər
Prezidentin köməkçisi onun adından açılmış saxta sosial şəbəkə hesablarını ifşa etdi
Hava "düzəlir"
Məşhurlar gözəl qalmağı necə bacarır? (1)
Geyim dəstləri
Ərp bağlamış boğaz...
iWatch-ın satılacağı vaxt açıqlandı
Serdar Ortaç Kitabını Təqdim Etdi!-FOTO
Salfet ilə süfrələrinizi bəzəyin (3)
Hazal Kaya alış-veriş mərkəzində problem yaşadı - FOTO
Azərbaycan kitab bazarında rekord
Mənim arıqlama sirrim
Toyuq ətli salat (foto resept)
Çay təzyiqi salır
Məşhur verilişdə şok hadisə-VİDEO
"ASAN xidmət" mərkəzlərində işləmək istəyirsiz?
Ev trüfelləri (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?- 7 fevral
Yeni məktəb ilində şagirdləri nə gözləyir?
Şəhidlərimizin bank borcları silindi
Çöp şişdə fərqli toyuq kababı(foto resept)
Rus əlifbası - Лл
“Qara qızıl”ın qiyməti durmadan qalxır
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
WhatsApp-dan gözlənilən yenilik
Qarabağda sülh niyə yubanır?
"Tatlı" paxlava (foto resept)
Hava haqqında
On iki bürcün ən gözəl xanımları
Azərbaycanda işəgötürənlərə HAVA XƏBƏRDARLIДћI
Azərbaycan Livana bir milyon dollar yardım edəcək
Qısa dırnaqları uzun göstərməyin yolları
Subaylığın 4 faydası
Şəhid ailələrinə 11 min manat veriləcək - RƏSMİ
Hamburger (foto resept)
Əşyaları görünməz edən yeni texnologiya yaradıldı
Gəncə parkları abadlaşdırılır
Yeni tanışlarla necə ünsiyyət qurmalı?
İbrahim Tatlıses paylaşımı ilə diqqət çəkdi
"Hercai" serialının ulduzuna İsraildən reklam təklifi
- ŞƏRHLƏR