
Şəkər gündəlik istifadə etdiyimiz əsas qida maddələrindən biridir. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95%-dən çox mənimsənilir. Şəkərin istРµhsР°lı üçün əsas С…Р°mmР°l kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 faizi şəkər çuğundurundan, 55 faizi isə şəkər qamışından alınır. Kimya sənayesində şəkərdən müxtəlif törəmələr alınır ki, sonra həmin törəmələrdən müxtəlif sahələrdə, o cümlədən plastmas, əczaçılıq preparatları, dondurulmuş qida məhsullarının istehsalında istifadə olunur.
İstehsalçılar tərəfindən, əsasən, iki növ məhsul şəkər tozu və rafinad-qəndi istehsal edilir. Anspress-in İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən şəkər tozundan istifadə edərkən nələrə diqqət yetirməyin vacib olduğunu yazır.
Belə ki, 1-11 yaşlı uşaqlar gündə 50-60 qram, 11-14 yaşlı yeniyetmələr 60-70 qram, yaşlılar isə 70-90 qram şəkər qəbul etməlidi. Lakin artıq şəkər qəbulu maddələr mübadiləsini, o cümlədən şəkər mübadiləsini pozur, mədəaltı terosklerozun inkişafına səbəb olur.
Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna və xarici görüşünə görə, rənginə, dadına, iyinə, həll olmasına və kənar qatışıqların olmasına görə müəyyən edilir. Şəkər tozu quru, dənəvər olmaqla, ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır.
Bu məhsulların rəngi ağ, sarımtıl və parıltılı olmalıdır. Şəkərin dadı təmiz şirin olmaqla kənar dad və iyi verməməlidi. Suda tam həll olmalı və çöküntü verməməlidi. Şəkər tozunun nəmliyi 0,14 faizdən, quru maddəyə görə saxaroza 99,75 faizdən az, reduksiyaedici maddələr 0,05 faizdən, kül isə 0,03 faizdən çox olmamalıdı. Rafinad-qəndinin nəmliyi çeşidindən asılı olaraq 0,1-0,4 faizdən çox, quru maddəyə görə saxaroza 99,9 faizdən az olmamalıdı.
Şəkər tozunu qablaşdırmaq üçün tutumu müxtəlif olan kisələrdən istifadə olunur. Daşınma və saxlanılma zamanı itkinin və çirklənmənin qarşısını almaq üçün kətan-kənaf-cut kisələrinin daxilinə sellofan kisələr qoyulur. Bəzən şəkər tozu qida ilə təmasına icazə verilən, tutumu müxtəlif olan politelin paketlərdə, 5-6 qatdan ibarət kraft kağız kisələrə qablaşdırıla bilər. Qəndi isə kütləsi 0,5 və 1 kq olan karton qutularda və ikiqat kağızdan hazırlanan paçkalarda, həmçinin kisələrə qablaşdırırlar. Ticarət şəbəkəsində isə şəkər, əsasən, politelin və kağız paketlərdə qablaşdırılaraq satılır.
Şəkər tozun nisbi rütubəti 70%-dən, rafinat-qəndi isə 80%-dən çox olmayan anbarlarda 0-200C-də uzun müddət saxlanıla bilər. Şəkər tozunu və qəndi digər mallarla birgə saxlanılması qadağandır. Şəkər məhsulunun sахlР°nmР°sı zР°mР°nı əsas təhlükə onun nəmliyə məruz qР°lmР°sıdır. Ona görə də onları havanın nəmliyi 60 faizdən çox olan yerdə saxlamayın.
Şəkər daşınan nəqliyyat vasitələri və konteyerlər quru, dəliksiz, bağlı olmalıdır. Şəkər saxlanılan yerlərdə, sanitar qaydalarına əməl edilməli, havanın temperaturu müsbət 400 C-dən çox olmamalıdı.
Bu məhsullar qablaşdırıldıqdan sonra mütləq markalanmalıdır. Markalanmada istehsalçı müəssənin adı, əmtəə nişanı, tərkibi, saxlama və yararlılıq müddəti, xalis çəkisi, kalorililiyi və s. əksini tapmalıdı.
Ticarət obyektlərindən bu məhsulları alarkən onların hansı şəraitdə saxlandığına, rənginə, normativ sənədlərə, uyğun qablaşdırıldığına, markalanmasına və s. fikir vermək lazımdı.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
İnternetdən asılı ölkələr
Firəngiz Əlizadənin əsəri daxil olan albom "Grammy" mükafatına layiq görülüb
HAVA necə olacaq?-17 yanvar
Hava xəbərdarlığı: sentyabrın 15-də...
Kriştianu Ronaldudan möhtəşəm rekord
Qırmızı yarımboğaz çəkmə modelləri
34 mindən çox abituriyent imtahan verəcək
Saatlar
Günəş dərimizi belə "qaraldır"
Gürcüstanda milli valyutanı dəfn elədilər
Mirasını fanatı olduğu məşhur aktyora qoydu - FOTO
Valideynlərin ən böyük səhvi...
Dondurulmuş pomidor püresi (foto resept)
Sabahın hava proqnozu
UEFA futbol qaydalarını dəyişir
Sağlamlıq üçün saqqal?
Meqan Markldan şahzadə Harriyə MESAJ-FOTO
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Bu toyuqlar xərçəng dərmanlarını yumurtlayır
Gün ərzində Azərbaycanda ikinci zəlzələ
Azərbaycanda hamiləlik və doğuma görə ayrılan vəsaitlər artırılır
Qeyri-adi sırğalar
4 gün iş, 3 gün istirahət - Azərbaycan buna hazırdırmı?
Dəyərli xanımlar üçün möhtəşəm ayaqqabılar
Məşhur markaların siması indi odur-FOTO
4 yığma yenidən birləşir
Bakıda dayanacaq özbaşınalığı ilə bacarmaq mümkündürmü?
Dünyanın ən dərin gölü quruyur
Daha bir nazirliyin Qarabağ Regional İdarəsi yaradıldı - Nazirdən AÇIQLAMA
Sevgililər Gününə qar vədi
Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub
“Korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır”
Romantik olmayan qadınlar (2)
Düzgün duruş üçün nə etməliyik?
Yorğun dəriniz üçün nanə maskası
Çanta modelləri
Gəlin qucaqlaşaq
At quyruğu modelləri
Baş nazirdən karantin dövründə işləyən şəxslərlə bağlı MÜHÜM QƏRAR
Qara rəngli donlar (1)
Karantin qaydaları yenidən sərtləşdirilə bilər - RƏSMİ
"Oladi" (foto-resept)
Hər səhər tıxacda qalanlar üçün xoş xəbər - FOTO
Ukraynada prezident dəyişir?
Fahriye Evcen baldızı ilə mübahisəsindən DANIŞDI
Pendirli kartof kotleti (foto-resept)
Hazal Kaya boş vaxtlarını belə keçirir - FOTO
11 yaşlı psixoloq
Hamiləliyin yadda qalan nöqtələri
Dünyada ən varlı 5 qadın















- ŞƏRHLƏR