“Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaq. Bu mübarizənin gözəl nəticələri var”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bəyan edib. Kompleks tədbirlərin görüldüyünü bildirən dövlət başçısı keçən ilin əvvəlində “ASAN xidmət”in fəaliyyətə başlamasının bu sahədə böyük bir dönüş yaratdığını, bir yenilik gətirdiyini qeyd edib: “ASAN xidmət Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət edib. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. “ASAN xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər var və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş “ASAN xidmət” mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır”. Ölkə prezidenti korrupsiyaya qarşı mübarizənin “ASAN xidmət”in fəaliyyəti ilə bitmədiyini bildirib: “Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də var. Kifayət qədər güclü iradədir”. Dövlət başçısı qeyd edib ki, yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır: “Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaq”.
Mənbə: Lent.Az

XƏBƏR LENTİ
Güclü külək Bakıda tufan qopardı
Razyana haqqında bilmədiklərimiz
İki ayda 2,1 min boşanma olub
Şahzadənin oğluna şimpanze dedi - İşdən qovuldu
Uşaqlarınızı hovuzda qorumağın yolları
Hadisə narazılığını dilə gətirdi-FOTo
Qarağatlı piroq (foto resept)
Bakıdan Gəncəyə uçan təyyarə eniş edə bilmir
İdmançılarımız Avropa çempionatından 5 medal gətirdilər
Ankara terrorunu bu qruplaşma öz üzərinə götürdü
Miqrantlar rus ordusunda xidmət edəcək
HAVA necə olacaq?
Gürcüstan-Tbilisi (4)
Dünyada ilk- printerdən maşın çıxdı
Dermatoloqlar COVID-19 xəstələrinin ümumi simptomunu TAPDI
Portağaldan şamdan düzəldək
Bananlı kokteyl (foto-resept)
Sərt karantin günlərində ev heyvanlarını gəzdirmək olar? - AÇIQLAMA
Müəllim olmaq istəyənlər, DİQQƏT - Qeydiyyat başladı
Muratdan Handeyə jest
HAVA necə olacaq?
Türkiyə KİV: Şuşaya yerləşdirilən PKK-lı terrorçulara Azərbaycanın hərbi forması geyindirilir - VİDEO
Ramazanda mədəni yormayan tövsiyələr
Hava haqqında
Balıq mövsümü başladı: təzə balığı necə tanımalı?
"Barselona" "qızıl dubl"a imza atdı
Balaca qızlarımız üçün palto və gödəkçələr
Əkiz qardaşların kino kimi taleyi hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO
Varşava Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
İkiqat qohumluğa ehtiyac varmı?
Hava haqqında - 04.02.2014
Korona daha 4 orqanı məhv edir
Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ
Cəfərinin faydaları
Ürək sızladan tarixi şəkillər
Leyla Əliyeva “Ağrı”nın təqdimatında -FOTO
Hadise məhkəmədə bacısına uduzdu-SƏBƏB
Dəri əşyaları təmizləməyin sadə yolu
Pizza yeyərək 32 kq arıqladı-FOTO
Köhnəlmiş əşyaları dəyərləndirin
Dünyada koronavirusla bağlı son STATİSTİKA
Bakının sirli çadırları
Bu günün tarixi (07.09.2014)
İştahanı azaltmanın 6 yolu
Ajda Pekkan Bengüyə Cavab verdi
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Qadın.Netlə birlikdə hamiləlik (XIV həftə)
Dubayda dünyanın ən hündür oteli açılır
Görənlər şoka düşürlər: o, "Dənizlərin Himni"dir
Əl çəkin, kompleksim var!

- ŞƏRHLƏR