
Hər birimizin dincəlməyə ehtiyacı var, əsasən də bayram günlərində. Zəngin insanların istirahəti isə təbii ki, fərqli keçir.Azər Tac “Vestifinance.ru” saytına istinadən bəzi milyarderlərin bayram tətillərini və asudə vaxtlarını harada keçirdiklərinə
dair məlumatları təqdim edir.
“Facebook” sosial şəbəkəsinin banisi, milyarder Mark Zukerberq istirahətini bu yaxınlarda Havay adalarında aldığı malikanədə keçirməyə üstünlük verir. Qumlu çimərliyin və keçmiş şəkər qamışı plantasiyasının daxil olduğu nəhəng əraziyə malik malikanə ona 100 milyon dollara başa gəlib.
“Microsoft” kompaniyasından olan milyarder Pol Allen açıq dənizdə özünün super yaxtalarının və ya çoxsaylı malikanələrinin birində dincəlir. Onun gözəl çimərliyi olan Havay adalarındakı malikanəsindən başqa Cote d'Azurda Villa Maryland adlı malikanəsi də var. Malikanənin nizamına 12 qulluqçu nəzarət edir.
“Salesforce” kompaniyasının rəhbəri Mark Benioff Havay adaları ilə bağlı olan hər şeyi sevir. O, 2000-ci ildə adada 12,5 milyon dollara ərazisi 2 hektardan çox olan malikanəni alıb və asudə vaxtını əsasən orada keçirir.
“Google” kompaniyasının direktorlar şurasının sədri Erik Şmidt qiyməti 72 milyon dollar olan yaxtanın sahibidir. Bu yaxta ilə o, Fransa Rivyerasına və başqa yerlərə səyahət edir. Yaxta hovuz, su motosikleti və idman zalı kimi müxtəlif əyləncələrlə zəngindir.
HP kompaniyasının icraçı direktoru Mer Uitman dağlarda yerləşən evin və Koloradodakı rançonun sahibidir. O, 2007-ci ildə xeyriyyə məqsədilə bu ərazilərdə yerləşən 200 hektarlıq bataqlıq ərazinin qorunması üçün 1,15 milyon dollar vəsait xərcləyib.
“PayPal” ödəniş sisteminin qurucusu və “Facebook” sosial şəbəkələrinin investoru Piter Til 2011-ci ildə Havay adalarında 27 milyon dollara malikanə alıb. Bu malikanə daxili həyəti və hovuzu əhatə edən 4 pavilyondan ibarətdir.
“Microsoft” kompaniyasının banilərindən biri Bill Qeyts 2014-cü ildə Kaliforniyada Santa-Fe rançosunda at fermasının alınmasına 18 milyon dollar xərcləyib. Ranço Paseana adlanan bu ferma ippodrom, qonaq evi, ofis, baytar otağı, bağça və 5 tövlədən ibarətdir. Bununla yanaşı, B.Qeyts Sietldəki əsas malikanəsindən başqa Uellinqtonda (Florida ştatı) daha bir rançoya da sahibdir.“Dell” şirkətinin banisi və rəhbəri Maykl Dell öz ailəsi ilə birgə Havay adalarında yerləşən, Raptor Residence adı ilə məşhur olan malikanəsində dincəlir. Deyilənə görə, 64 milyon dollar qiyməti olan bu malikanədə 7 yataq otağı var.
“Virgin Group” kompaniyasının sahibi, milyarder Riçard Brenson Neker (Necker Island) adasını bütünlüklə satın alıb. Adadakı malikanədə isə qonaqlar üçün nəzərdə tutulmuş səkkiz yataq otağı var.
“Oracle” şirkətinin banisi, milyarder Larri Ellison da Havay adalarının birinə sahibdir. Adanı 2012-ci ildə 500 milyon dollara satın alan Ellison burada darıxsa, ya Rancho Mirage kurort-şəhərində özünə məxsus qolf klubuna, ya da Malibu sahillərindəki malikanələrindən birinə gedir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dahi futbolçu karyerasına son qoyub arzusuna qovuşacaq
Bağırsaq parazitləri və müalicəsi
Castin Biber izləyicilərinə səsləndi
"Neft bu qiymətə olsa daha ədalətli olar"
Sürücülərə YAŞ MƏHDUDİYYƏTİ qoyulacaq
Azərbaycanda daha 7 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ + VİDEO
Bildirçin əti və yumurtası nəyə dərmandır?
2017-ci ilin çanta modelləri
Şəhər həsrətli kəndlilər
Bakıda təhsil sərgisi keçirilib - FOTO
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Küçəyə çıxmaq qadağan edildi
Günün ulduz falı
Balıq piroqu (foto resept)
Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ
Hovuzda üzərkən gözlərinizi infeksiyadan qoruyun
Hansı ərzaqlarla ehtiyatlı olmalıyıq?
Tələbələrə bunu geyinmək qadağan olundu!
Kim Çen In ictimaiyyət önünə pop ulduzla birgə çıxdı
Misir yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır
Azərbaycanda ali məktəbdə bir ilk
Rus general erməniləri şoka saldı: "Qarabağda müharibə olarsa..."
Canlıların kamuflyaj bacarığı
"Twitter" istifadəçilərinə xoş xəbər
Bu avtobuslarda nağd pul işləməyəcək
Məşhur cütlük evlənir
Bakıda külək yenidən coşacaq
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Girovlar qaytarıldı
Azərbaycanın və Çexiyanın birinci xanımlarının görüşü olub
Meray Keri ad gününü belə qeyd etdi - FOTO
"Real Madrid"ə pis xəbər
Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
Romanı ayaqyalın fəth edən afrikalı(3)
Bu fotolara diqqətlə baxın
İran kapitalı Azərbaycana gələrsə...
Azərbaycanda uşaqlara qoyulan ən populyar adların siyahısı açıqlandı
Dünya Qazaxıstandakı toydan danışır: Ton yarımlıq tort- FOTO/VİDEO
Bu gün növbəti qəbul imtahanları keçirilir
Göründüyü kimi olmayan sosial media
Bu fotolara baxmağa dəyər
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?
Xrizontema piroqu (foto resept)
Anormal istilər normaya çevriləcək
Şal bağlamağın müxtəlif üsulları (FOTO)
Hava limanına Fərman Salmanovun adı verildi
Yeni TV-lər
Çində növbəti koronavirus yoluxması qeydə alındı: Hərbi vəziyyət elan edildi
Qadın elə bir ayaqqabı geyindi ki...
Azərbaycanda insan adlarının düzgün yazılışının göstərildiyi kitab hazırlanacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]