İnsanların qarnında yaşayıb çoxalan, cəmiyyətimizdə də çox görülən parazitlər aşağıdakılardır.
–Askarid
– Oksiyur (qıl qurdu)
–Giardia
–Tenya (Zolaq)
Askarid
Askarid lumbricoides adlı parazitin səbəb olduğu daha çox məktəbəqədər və erkən məktəb yaşı dövründə uşaqlarda görülən, ümumiyyətlə əlamət verməyən, ancaq nadir də olsa ciddi ağciyər xəstəliyi, öd kisəsi yada bağırsaq tutulması kimi xəstəlikləri yarada bilən bir parazitdir.
Askarid ən çox xəstəlik yaradan parazit olup, isti iqlimin hakim olduğu bölgələrdə daha çox görülür. Erkək parazitin uzunluğu 15-25 sm, dişilərdə isə 23-35 sm arasındadır. Gövdə diametri isə 0.5 sm qədərdir. Yetişkin parazitin ömrü 1-2 ildir. Bu müddət ərzində dişi parazit orta hesabla gündə 200 000 yumurta yumurtalaya bilir. Həm erkək, həm də dişi parazit daşıyan uşaqların nəcisində döllənmiş yumurtalar olur. Bunlar nəcis vasitəsi ilə xaric edildikdən sonra 5-10 gün içində, uyğun şəraitdə,içlərində balca qurdlar olan yumurtalar halına çevrilirlər. Bu mərhələdən sonra yoluxma qabiliyyətinə malik yumurtalar 6 il qədər canlı qala bilirlər. Əgər yalnız dişi parazit insan nəcisində varsa,bunların yoluxma xüsusiyyəti yoxdur.
Yoluxması
Ən çox yoluxma şəkli parazit yumurtaları olan nəcis ilə torpaq, qida yada suların ağızdan qəbul edilməsi ilə olur.İnsan nəcisinin gübrə olaraq istifadə edildiyi ərazilərdə yetişən bitkilərin çiy yeyilməsi ilə də yoluxma olur.
Əlamətləri
–Kolik şəklində qarın ağrısı
–Mədə bulanması,qusma
–İştahasızlıq
–Allergik səpgi
–Ağızdan burundan parazitin çıxması,gaitada görülməsi
–Nadir hallarda Sətəlcəm (löffler pnevmoniyası)
–Bağırsaq tutulması
Diaqnozu
Nəcisdə tipik yumurtaların görülməsi ilə yada parazitin özünün görülməsi ilə diaqnoz qoyulur.Diaqnoz üçün təkcə gaita analizi yetərli olmaya bilər,ən az 3 dəfə analiz və konsentrasiya etmə üsullarından sonra daha etibarlı nəticə əldə edilə bilər.
Müalicəsi
Həkimin məsləhət gördüyü askaridə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir.
Qorunma Yolları
3 əsas yanaşma növü vardır.
–Paraziti olanların müalicəsi
–Nəcis ilə yoluxmanın qarşısının alınması
–Gigiyena qaydalarına tam riayət edilməsini təmin edəcək təhsilin verilməsi
Oksiyur (qıl qurdu)
Təsiri enterobius vermikularis adlı sarımtıl-ağ rəngdə kiçik bir parazitdir. Erkək parazitin boyu 3-6 mm,dişinin
boyu isə 8-13 mm olur,diametri 0.3 mm civarındadır. Cütləşmiş bir dişi 100 000 qədər yumurta qoyur. Ömrü orta hesabla 2 aydır. Dişilər gecələr anusa doğru hərəkət edərək yumurtalarını anusa ətrafına qoyurlar və ölürlər. Xüsusilə anus və ətrafının qaşınması ilə ətrafa saçılan yumurtalar uyğun temperatur və rütubətli şəraitdə, altı saat ərzində içlərində balaca qurdlar olan yoluxucu yumurtalar halına çevrilirler.Bu yumurtalar quruya 3-10 gün qədər dayanıqlıdırlar. Qıl qurdu bütün yaş və sosial-iqtisadi qruplarda görülməklə bərabər, uşaqlıq çağında xüsusilə 5-14 yaş arasında daha çox görülür.
Yoluxması
Ən çox yoluxma anus ətrafı bölgənin qaşınması zamanı əllərə və dırnaqlara bulaşan yumurtaların ağız yolu ilə qəbul edilməsi nəticəsində əmələ gəlir. Parazit yumurtaladıqdan sonra 6 saat ərzində yoluxma funksiyasına çatır və bu hal 20 gün davam edir.
Əlamətləri
–Ümumiyyətlə çox əlamət verməz
–Ən çox görülən əlaməti anus ətrafında xüsusilə gecələr artan şiddətli qaşıntıdır
–Burunda qaşıntı, diş qıcama
–İshal, qarın ağrısı
–İştahsızlıq,çəki itkisi
–Nəcisdə qan olması
Diaqnozu
Qıl qurdunun nəcisdə görülməsi ya da səhər erkən saatlarda anus ətrafında yumurtaların axtarışı ilə olur. Yumurta axtarışı üçün tətbiq olunan selefon üsulu həm asan, həm də yaxşı nəticə verən üsuldur. Bunun üçün selefonu (seloteyp) əvvəl anal regiona möhkəm bastırılır,sonra lam üzərinə yapışdırılıb mikroskopik müayinə edilir.
Müalicəsi
Həkimin məsləhət gördüyü Oksiyur (qıl qurdu) parazitinə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir.
Qorunma Yolları
–Gigiyenik qaydalarına tam əməl edilməsi
–Paraiztli şəxslərin müalicəsi
–Ailə fərdlərinin yoxlanılması
–Uşaqların dırnaqlarının qısa olamsı,çamaşırlarının yataq örtüklərinin qaynadılaraq təmizlənməsi,anus bölgəsinin təmiz saxlanılması
Giardia
Giardia lambianın səbəb olduğu bir parazit kökənli infeksiyadır.Xüsusilə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə daha çox görülür.
Yoluxması
Giardia kistləri bulaşmış su və ərzaqların qəbul edilməsi,insandan insana birbaşa təmas,oral və ya anal seksual təmas,oyuncaqlar və ev heyvanları xəstəliyin yayılmasında başlıca rol oynayırlar.Filtirilizasiya sistemi yetərli olmayan regionlarda və kənd yerlərində bulaşmış suların içilməsi ilə epidemiyalar yarana bilər.
Əlamətləri
Xəstəlik özünü 3 şəkildə göstərə bilər.
–Heç əlamət verməyə
–Kəskin ishal şəkli:Sərt,sulu,açık rəngdə bəzən yağlı görünümde,pis qoxulu tualetə getmək ilə başlayır.Buna halsızlıq,kolik tərzində qarın ağrısı,qarında şişkinlik,qusma,halsızlıq,yüngül temperatura,iştahsızlıq da əlavə etmək olar.
–Xroniki ishal şəkli:uzun müddət davam edən yağlı pis qoxulu tualetə getmək,qarın ağrısı,qarın şişliyi və çəki itkisi ilə özünü göstərir.
Diaqnozu
İshal xəstələrdə nəcisdə giardianın kista ya da torofozoitinin görülməsi ilə qoyulur.
Qorunma Yolları
–Xəstə uşaqların müəyyənləşdirib müalicə edilməsi
–Ana-ata və baxıcıların şəxsil gigiyenik mövzusunda maarifləndirilməsi
–Uşaq bağçalarında ətraf mühitin sağlamlığa əlverişli hala gətirilməsi
Giardia sərnişinlərdə, kamplarda tətil edənlərdə və xüsusilə turistlərdə problem ola bilməkdədir. Təmiz içmə və istifadə etmə suyunun təmin olunması ən mühüm məqam olub,suyun təmizlənməsində davamlı olaraq istifadə edilən çökdürmə,süzdürmə,xlorlama və süzülmə üsulları ilə ortadan qaldırılmasıdır. Giardia kistalarını xaric etməkdə ən təsirli və təhlükəsiz yol suyun 3 dəqiqə müddətdə qaynadılmasıdır.
Müalicəsi
Həkimin məsləhət gördüyü giardia parazitinə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir.
Tenya (Zolaq)
Bişirilməmiş yada az bişirilmiş xəstə inək ətinin yeyilməsi ilə Tenya Saginata,donuz ətinin yeyilm
əsi ilə də Tenya Solium əmələ gəlir.Parazit 10-15 metrə qədər ola bilir.Nəcis ilə atılan yumurta torpaqda 8 həftə yaşaya bilir.
Əlamətləri
Adətən əlamət verməzlər.Qarın ağrısı,iştahsızlıq,çəki itkisi kimi şikayətlər ola bilər.
Diaqnozu
Nəcisdə parazitin yada rəngli və hərəkətli segmentinin görülməsi yada mikroskopik olaraq yumurtaların müəyyənləşdirilməsi ilə olur.
Qorunma Yolları
Ətin yaxşı bişirilərək yeyilməsi ən mühüm tədbirdir.
Müalicəsi
Həkimin məsləhət gördüyü tenya parazitinə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir..Tenya nəcis ilə çıxmağa başlayanda uşaq oturduğu yerdən qaldırılmamalı,tenyanın tamamilə düşməsi gözlənilməlidir.Tenya zorla çıxarılmağa çalışılmamlıdır,çünkü başı düşmədikcə tenyadan xilas olmaq mümkün deyil.
Fuad Nəzərov
XƏBƏR LENTİ
Aura insanların ruhuna necə təsir edir?
Şokolad yemək üçün 9 səbəb
Qarın bölgəsindəki yağları əritmək üçün limonlu detoks
İtlər haqqında bilmədiklərimiz (2-ci hissə)
"Müəllim hazırlayan ali məktəblər tədris təcrübəsinin keçirilməsinə ciddi fikir verməlidirlər"
Dünya şöhrətli yazıçının ev-muzeyində "Azərbaycan guşəsi" açılıb
Qat-qat xəmirli pendirli çubuqlar (foto resept)
Hamiləlik zamanı nədən uzaq durmaq lazımdır?
Qaz balonсuğunu metroda sərnişinlərin üzünə püskürtdü - VİDEO
Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçularımız - SİYAHI
“Çarpışma” finala hazırlaşır
2017-nin dəbli idman ayaqqabıları
Vaqif Səmədoğludan xəbər var
"Şellak" sonrası dırnaq bərpası
Ermənilər Qubadlıda tarixi məscidi donuz tövləsinə çevirdi
Qısaboylu insanların qarşılaşdığı problemlər
Çingiz Abdullayev: "Bizim məqsədimiz odur ki..."
Zaqatalamızın sərvətləri
“Bakcell” rouminq qiymətlərini yarıdan çox endirdi.
Günün ulduz falı
Azərbaycanlılar Ermənistanın BMT-dəki nümayəndəliyinin başını ağrıtdılar
İradəsini nümayiş etdirmək istəyən gənc 37 kq arıqladı
Bürclər oktyabrda nə vəd edir?
Nazirlə görüşmək istəyənlərin nəzərinə!
Əmrah 3 milyona təyyarə alır-FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 12 MAY
Bananlı bulka(foto resept)
Ət qovurması necə bişirilməlidir?
Sakit və rahat yatmaq üçün
Ledi Qaganın HAMİLƏLİK xəbəri yayıldı
Emin Ağalarov Cümhuriyyətin 100 illiyinə MAHNI HƏSR ETDİ - VİDEO
Hava necə olacaq?
Xoşbəxtliyimizin açarı
Baş barmağa üzük taxmaq günahdır?
İşıqforlarda gözləmək lazım olmayacaq
Solaxay uşaqlarla necə davranılmalı?
Hamilələrdə mədə xorası
iPhone sahiblərinə xoş xəbər
Təhsil Nazirliyindən məktəbli forması ilə bağlı tövsiyə
Yaz havası geri qayıdır
Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"
Daha 387 nəfərdə koronavirus aşkarlandı, dörd nəfər vəfat etdi
Putindən NATO-ya təklif
Azərbaycanda sərnişindaşıma fəaliyyəti dayandırıldı - RƏSMİ
Ramazanda mədəni yormayan tövsiyələr
Xocalı Soyqırımı İstanbulda böyük mitinqlə anılacaq
Yanlış bildiyimiz məlumatlar
İrəvanda böyük Qarabağ qorxusu
Platinidən gülməli təklif
Bir sıra şəxslərə Gənclər üçün Prezident mükafatları verilib














