
Lalə Mustafayeva: "Bağırsaqların yuyulması üsulu düzgün tətbiq edilmədikdə fəsadlara yol açır, insan orqanizminə lazım olan mikroelementləri də yuyub aparır"
Uşaqlarda qurd parazitləri (helmintozlar) təhlükəli xəstəliklər yaradır. Bəzi valideynlər bu xəstəliyə təhlükə kimi yox, həyat tərzi kimi baxırlar. "Hər kəsdə qurd var" kəlməsini hamımız işlədirik. Amma çox vaxt da bu parazitlərin həyatımız üçün nə qədər təhlükəli olduğunun fərqinə varmıraq. Ağlımıza gəlməyən xəstəlikləri qurdlar törədir. Hətta elə xəstəliklər ki, cərrahi müdaxilələrə gətirib çıxarır. 19 saylı uşaq poliklinikasının həkim-infeksionisti Lalə Mustafayevanın sözlərinə görə, uşaqlar daha çox 3-12 yaşlarında qurd parazitlərinə yoluxur ki, bu da gigiyena qaydalarına əməl olunmadıqda, yuyulmamış meyvə-tərəvəzlə qidalandıqda baş verir. "Qurd parazitləri bağırsaqlarda olur və bir çox xəstəliklərə yol açır. Bu qurdlara misal olaraq askarid, lambliya, lentşəkilli, qurdlar, exinokok, trixinella, tükbaş qurd və başqalarını göstərmək olar". Həmsöhbətimiz deyir ki, askarida qurdunun törətdiyi xəstəliklər askaridoz adlanır və bu parazitlər nazik bağırsaqda yaşayır. Dişi qurdların uzunluğu 25-45 sm, erkək qurdların uzunluğu isə 15-25 sm olur. Bu qurdlar miqrasiya edir, yəni onlar bağırsağın, sonra venoz qan damarlarını dəlib, qanla orqanlara yayılır. Bağırsaqlarda askaridlərin ömrü 1 ildir. "Təkrar yoluxma zamanı bu xəstəlik ömürlük də ola bilər. Sürfələri qanla qidalanır və buna görə də askaridoz xəstəliyi olan insanlarda qan azlığı, anemiya xəstəliyi yaranır. Bu qurdlar qusma nəticəsində ağız, burun yolları vasitəsilə çıxa bilir. Bəzən askaridalar bağırsaqda o qədər çox olur ki, onlar yumaq şəklində bir-birinə dolaşaraq, ağır patoloji hallardan biri hesab edilən bağırsaq keçməməzliyinə gətirib çıxarır. Bu halda vəziyyətdən çıxış yolu kimi, cərrahi əməliyyatdan istifadə edilir". L.Mustafayevanın sözlərinə görə, böyüklərə nisbətən uşaqlar askaridaya daha çox hallarda və asanlıqla yoluxurlar. "Askarida yumurtaları yaşadığınız evə çirkli ayaqqabılar, müxtəlif meyvə-tərəvəzlə, su ilə, natəmiz əllərlə gətirilə bilər. Onların yayılmasında milçəklərin, bəzi həşəratların da müəyyən rolu var. Heyvanlarda (itlərdə, pişiklərdə) olan askarida uşaqlar üçün həyati təhlükə yaradır. Torpaq və qumda oynayan zaman uşaqlar bu qurd yumurtalarını asanlıqla yoluxa bilirlər. İnsan askaridasından fərqli olaraq heyvan askaridaları qan dövranı ilə bütün orqanizmə yayılaraq müxtəlif orqanlarda (gözlərdə, beyində, ağciyərlərdə) yaşaya bilər. Askaridalar öz ifrazatları ilə uşaq orqanizmini zəhərləyərək onlarda ağciyərlərin və dərinin ağır allergik reaksiyalarına səbəb olur. Bu askaridaların müalicəsi stasionar (xəstəxana) şəraitində aparılır". Həkim bildirir ki, lentşəkilli qurdların bədəni başcıq, boyuncuq və buğumlardan ibarətdir. Başcıq üzərində əzələli sormaclar və qarmaqlar var. Bədənin axırıncı buğumları yetişdikdə qopub ayrılır və nəcislə xarici mühitə düşür. "Parazit yetkin mərhələdə onurğalı heyvanların və insanın nazik və yoğun bağırsağında parazitlik edir, onun sancaq boyda başı olur. Qurdun başı bağırsaqda qalır, özü isə qırılıb düşür və müalicə etmək də mümkün olmur. Bu qurdlar da çox sürətlə artır və bəzən 10-12 metrə kimi uzanırlar. Onlar əsasən nazik bağırsaqda parazitlik edir və başlarını bağırsağın divarına bərkidir, orada çox böyük sürətlə inkişaf edir, öz yumurtalarını tökürlər. Bu qurdlar ən çətin müalicə olunan qurdlar sayılır". Mustafayevanın dediyinə görə, lambliya qurd yox, təkhüceyrəli parazitdir. "Lambliyaların xəstəlik törədən vegetativ formaları 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissələrində yaşayır. Lambliyalar ödün və mədə altı vəzin şirəsinin 12 barmaq bağırsağa axmasına da mane olur. Ona görə də, öd kisəsində durğunluq və öd daşları əmələ gəlməsinə şərait yaranır. Onlar bağırsağın səthinə yapışıb, qidalanır, çoxalır. Sayları milyardlarla olur. Çox olduqlarına görə, bağırsağın səthini örtür, zədələyir. Nəticədə qidanın həzmi, mənimsənməsi, vitaminlərin, mineralların qana sorulması pozulur".Müsahibimizin bildirdiyinə görə, qurd xəstəlikləri özünü əsasən ürək bulanmaları, ağızdan selik axması, narahat yatmalar, diş qıcaması, gözlərin altında qara kölgələr, baş ağrıları, dəridə ləkələr, allergiya, öyümə, qusma, ishal və qəbizlik və s.-də göstərir. "Lakin ən dəqiq müayinə nəcisin laborator müayinəsi, yaxma üsulu və qan analizidir. Bu incələmələrdən sonra parazitlərin növü müəyyənləşir və müalicə olunur". Parazitlərin orqanizmə vurduğu ziyanlardan danışan L.Mustafayevanın sözlərinə görə, bu, uşaqlarda birinci növbədə əsəbilik yaradır. "Qan azlığı, anemiya, bağırsaq qanaxmasına, bağırsaq keçməzliyinə belə gətirib çıxarır. Bütün həkimlər xəstələrini müayinə, müalicə edərkən qurd parazitlərinin yoxlanmasını unutmasınlar. Çünki bir çox xəstəlikləri yaradan elə bu mikroblardır". Bu gün hidrokolonoterapiya-bağırsaqların yuyulması üsulu çox geniş yayılıb. Mustafayeva bildirir ki, bu üsul mütləq şəkildə həkim məsləhəti ilə təyin olunmalı, bu üsulla yanaşı ferment müalicə də aparılmalıdır. "Bu kompleks müalicə sayəsində qurd parazitlərndən xilas olmaq mümkündür. Hidrokolonterapiya 6 yaşa qədər olan uşaqlara məsləhət görülmür. Bu terapiya düzgün tətbiq edilmədikdə fəsadlara yol açır və insan orqanizminə lazım olan mikroelementləri də yuyub aparır". "İnsanlara məsləhətim odur ki, qurd xəstəlklərinə boş baxmasınlar, çünki qurdlar müxtəlif xəstəliklər törədirlər, hətta insanların ölümünə səbəb olur. Hamiləlik dövründə anadan dölə keçib, gələcək körpələrin sağlamlığına təhlükə törədir", - deyə Lalə Mustafayeva vurğulayıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Taleyini necə dəyişmək olar?
Sərt karantin günlərində taksilər işləyəcək?
Türk futbolçunun adına pul buraxıldı
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
Alovdakı dizayn
Zehin bədənə necə təsir edir?
Qadın.Netlilərin tərcümeyi-halı (3)
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
BÜRCLƏR bizə nə vəd edir? - 26 mart
Qeyri-adi saç düzümləri
Onlar da AYRILDILAR-FOTO
Sonuna kimi
Sarımsağın bilmədiyimiz faydaları
Onun doğru insan olmadığını göstərən 5 işarə
Pendirli toyuq (foto resept)
Novruz kökəsi (foto resept)
Qubadlıda aparılan ekoloji monitorinqlərin nəticələri açıqlanıb
Türkiyənin tanınmış modelləri Bakıya gəlir
Bakıda çimərliklərdə sosial məsafə qaydaları pozuldu - RƏSMİ AÇIQLAMA
Siz də zəng gözləyirsiniz?
"Yaxşı"nın fəlsəfəsi
Üç il ərzində lotoreyadan iki dəfə 4 milyon uddu
Sağlamlığımızı kimə etibar etməli?
Hava haqqında
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Günün qoroskopu: o vərdişləri tərgidin
Texnologiyadan necə istifadə etməliyik?
Yeni doğulmuş uşağını paltaryuyan maşında yudu
Monqolustanda daha bir nəfər bubon taunundan öldü
Xocalı qurbanlarına qeyri adi abidə ucaldıldı
Bu xəbər bakılı sürücüləri məyus edəcək
Ütünü necə təmizləməli?
Yeni iri ilan növü aşkar edildi-FOTO
Azərbaycanda koronavirusa görə məktəblərdə tədbirlər məhdudlaşdırıldı - FOTO
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
Cey Lo ideal bədəninin sirrini açdı - FOTO
Göbələkli toyuq basdırması (foto resept)
Cem Yılmazdan ayrılan Defne diqqət çəkdi-FOTO
400 telefonu var, mesaj yaza bilmir
Bir ananın qızına evlilik haqqında nəsihətləri
Evlərin qiyməti bahalaşıb
Azərbaycanda yağış yağacaq
DİQQƏT! Bakıda bu marşrutun hərəkət sxemi dəyişdi
Ən gözəl afrikalılar
Ürküdücü yerlər-2
Sürətli saç uzatmağın 3 yolu
Ölümdən sonra beyin
Yaralı əsgərlərimiz qələbə xəbərini rəqslə qeyd etdi - VİDEO
Yəhudilərin bürclər üzrə ən qədim və dəqiq proqnozu
Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir














