Ermənistan tərəfi daha iki rütbəli şəxsinin məhv edildiyini açıqlayıb.
11 nəfərdən ibarət siyahıya separatçı rejimin “müdafiə nazirinin müavini” və “Müdafiə ordusu Komandanı”nın müavini, polkovnik Artur Sarkisyan “başçılıq edir”. Onun Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bildirilib.
Qeyd edək ki, 45 yaşlı polkovnik Artur Sarkisyan iyulun 4-də qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə nazirinin müavini və Müdafiə Ordusu Komandanının müavini təyin edilmişdi.
Həmçinin, açıqlanan 11 nəfərlik siyahıda Sergey Şakaryanın da adı var. Şakaryan Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargah rəisidir. 46 yaşlı polkovnikə oktyabrın 4-də qondarma respublikanın prezidenti Araik Arutyunyanın fərmanı ilə “Artsax Qəhrəmanı” adı verilmişdi.
Bundan əvvəl Ermənistan mətbuatı oktyabrın 27-si səhər saatlarında qondarma respublikanın keçmiş komandanı, general-leytenant Cəlal Harutyunyanın yaralandığını açıqlamışdı. Bu üzdən o, vəzifəsindən uzaqlaşdırılıb və onu Mikael Arzumanyan əvəzləyib.
Onu da bildirək ki, ermənilər rəsmi olaraq itkilərinin sayını 1177 hərbçi göstərsə də, düşmənin itkilərinin sayı 10 minlərlədir. Artıq Ermənistan tərəfi dəfələrlə itkilərini gizlətməyə çalışdığını sübuta yetirib. Məsələn, Sergey Şakaryanın məhv edilməsi xəbərini Azərbaycan Müdafiə Nazirliyi hələ oktyabrın 27-si səhər saatlarında - yəni bir həftə əvvəl bəyan etmişdi.
Artur Sarkisyanın isə hərbçilərimiz tərəfindən öldürülməsi xəbərini Müdafiə Nazirliyi oktyabrın 29-da, yəni beş gün əvvəl bildirmişdi. Həmçinin həmin məlumatda nazirlik bəyan etmişdi ki, 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Qazaryan məhv edilib, artilleriya idarəsinin polkovnik-leytenantı B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb, 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.
XƏBƏR LENTİ
Sabahın HAVAsı
"Toyuq sosiska" (foto-resept)
Arda Turan evləndi -FOTO
Rusiya səfiri: Azərbaycanda müxtəlif xalqların ənənə və mədəniyyətlərinin qorunması üzrə iş aparılır
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
11 sentyabrdan 13 il ötür
Beyin üçün ən zərərli 3 qida
Azərbaycanda qeydiyyatdan keçməmiş Wi-Fi ticarət şəbəkələrinin sahibləri cərimə ediləcəklər
Möhtəşəm don modelləri
Demi Lovato evini satır
Azərbaycanda zəlzələ olub
Qulaq plastikası - Otoplastika haqqında
Tuvana Turkayın paylaşdığı şəkil 33 illik sirrin üstünü açdı -FOTO
Bürcünüzə görə hansı işdə işləməlisiniz? (2)
Avtobus sürən qadın ölkədə məşhurdur
Müdafiə Nazirliyi: "Gərginlik davam edir"
Müdafiə Nazirliyi bütün ordu korpusları üzrə xidmətə qəbul elan edib
Dövlət qulluğunda çalışmaq istəyənlərin nəzərinə
Yay üçün donlar
Acundan yeni etiraf
Dünyanın ən kök qadını 5 həftəyə 140 kq arıqladı
İsrail və Fələstin yenidən danışıqlara başladı
Azərbaycanda radarlarla bağlı yeni qərar verildi
Saç maşası
Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb
Limonlu ədviyyat hazırlayaq
HAVA necə olacaq?-3 Noyabr
Müxtəlif yastıq modelləri
Azərbaycan Korrupsiya Qavrama İndeksinə daxil edildiyi gündən ən yüksək nəticəsi qeydə alındı
Azərbaycanlı gənclər Ukraynada uşaq evini ziyarət ediblər
Gəlin aksesuarları
Bakıda qiymətlər: nə qalxıb, nə düşüb?
Alla Puqaçova həyat yoldaşı ilə İKİNCİ DƏFƏ evləndi
45 kq arıqlayan Adelin sirri açıldı
Serenay Sarıkayadan Yeni İl arzusu
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Məsləhəti onlardan alın
Hava haqqında
May ayının qeyri-iş günləri açıqlandı
Qırışlar haqqında bilmədiyiniz məlumatlar
Bu günün hava proqnozu - 05.11.2013
Qadın.netlilərin ləhcəsi (1)
Sinoptiklər yağış, sulu qar, qar deyirlər
Hamam üçün dekorasiya
Şokoladın bağırsaqlar üçün FAYDASI aşkar olunub
Zövqlü ayaqqabı modelləri
Beyin haqqında miflər(4)
Dördüncü “Eurovision 2019” namizədimiz LƏMAN oldu– Video
İtaliyaya səyahət (II hissə)
Ev üsulu "Twix" şokoladı (foto resept)














