
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı Azərbaycan səhiyyəsində daha bir yeniliyə imza atıb
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hospitalın Nefrologiya və Efferent Terapiya şöbəsində Qafqazda ilk dəfə olaraq dializ xəstələrinin müalicəsində istifadə olunan Neksadiya dializ proqramının tətbiqinə başlanılıb.
Dializ sahəsində ən mütərəqqi sistemin tətbiqi zamanı hospitala daxil olan xəstələr xüsusi çip kartlarla təmin edilir. Bu kartda əsasən, pasientin və onun xəstəliyinin inkişafı haqqında məlumatlar öz əksini tapır. Müalicə zamanı aparata daxil edilən çip kart həkimlərə prosesi onlayn şəkildə izləməyə imkan verir.
Mərkəzi Gömrük Hospitalında tətbiq olunan süni böyrək cihazları dializ zamanı adekvatlıq indekslərini (KT/V və URR) izləməyə imkan yaradır. Dializ aləmində ən mürəkkəb sayılan damar yolu və resirkulyasiyanı düzgün hesablamaq üçün şöbədə yeni KritLayn (CritLine) cihazının istifadəsinə də başlanılıb.
Kritlayn cihazı prosedur zamanı xəstənin gemoqlobinini, Hematokriti, Oksigen saturasiyasını və resirkulyasiya indeksini onlayn rejimdə izləməyə imkan verir. Ondan əlavə bu cihaz ademiya sistemi ilə təchiz olunub. Ademiya sistemi onlayn rejimdə xəstənin adekvatlıq indekslərini qeyd etməyə imkan verir. Onlayn olaraq KT/V və URR indeksləri də izlənilə bilir.
Qeyd edək ki, yeni sistemin tətbiqi xəstə haqqında mütəxəssislərin daha düzgün qərar qəbul etməsini və xəstəliyin inkişafını daim müşahidə altında saxlamağa imkan verir. Sistemin tətbiqi üçün Almaniya istehsalı olan 6 ədəd xüsusi aparat alınaraq hospitalda quraşdırılıb. Bu da dializ xəstələrinin tibb elminin ən mütərəqqi üsullarıyla müalicəsinə imkan verəcək.
XƏBƏR LENTİ
26 dərəcə isti olacaq
"Kənd" və "şəhərli"yə ayırdığımız yumurtanın bilmədiyiniz "əmma"ları
Saç detoksu
102 yaşlı kişi hamını təəccübləndirdi
Feyxoa mürəbbəsi (foto-resept)
DİM-dən imtahanlarla bağlı AÇIQLAMA
Azərbaycanlı aktrisa Hollivud filmində
Bürclərə görə göz makiyajı
Almaniya Soçi olimpiadasında liderliyini qoruyur
Sevil Əliyeva Heydər Əliyevin rəqsini paylaşdı - VİDEO
Həkim qərəzinin nəticəsi, yoxsa?..
Obama 16 nəfərə medal verdi
İslam Əməkdaşlıq Təşkilatından Ermənistana qarşı sərt addım
Sellüloz - cavanlığın cövhəri
Ağrınız varsa nanə qəbul edin.
Azərbaycanda bəzi kitabxanalar niyə bağlanır?
Bu qidalar sızanaq yaradır
Tələbələrə part-time iş
Metroda oxuyan Kristina Aqilranı kimsə tanımadı-VİDEO
Yaşıl mərcili bulqur plovu (foto-resept)
Yeni təxribatın anatomiyası
Sizin işgüzar tərziniz
Azərbaycanda işsizlərin sayı məlum olub
Aylıq bu qədər pul ödə, kirayə qaldığın mənzil SƏNİN OLSUN - UNİKAL ŞƏRTLƏR
Yeni məktəbli formalarının qiyməti yüksək olacaq?
“Arka Sokaklar” serialının məşhur aktyoru hər kəsi təəccübləndirdi-VİDEO
Çinlilər Nokia-ya etiraz edirlər
Cəvahirat sevənlərə
Azərbaycanda pullu təhsil ləğv olunmur
Merve köhnə imicinə geri döndü - FOTO
Sarımsaqlı plov (foto resept)
Mert və İdilin xına gecəsindən FOTOlar
Gülməli heyvanlar (2)
Böyük bahalaşmaya hazır olaq
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur? - RƏSMİ AÇIQLAMA
HAVA necə olacaq? 16 MAY
Bananlı keks
Şeyma Subaşı da “karantin yastıq çellenc”ə qoşuldu - FOTO
Meray Kerri 25 illik mahnısına görə mükafat aldı - VİDEO
İran Bakıdan üzr istədi
Gündəmi silkələyən TQDK-nın statistikası
Planetin ən böyük aysberqi Antarktikadan ayrılıb
Quş qripi yenidən xortladı
Cütlüklərin üzük yerinə istifadə etdiyi döymələr
Murat bir gündə iki ÖLÜM xəbəri aldı
Zövqlü ayaqqabı modelləri
Dağlıq Qarabağ münaqişəsi regiona terror vəd edir
Şaxta Baba Rusiyada qadağan olundu?
Bakıda evlər ucuzlaşdı














