"Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar "Texnologiyalar və biz" adlı ən yaxşı foto müsabiqəsi elan edilir.
Müsabiqənin məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun dinamik inkişafı, əldə edilən uğurlar və həyata keçirilən genişmiqyaslı işlər barədə ictimaiyyəti məlumatlandırmaq, insanları gündəlik həyatlarında internet, yeni texnologiyalar, elektron həllər və xidmətlərdən istifadəyə təşviq edərək, onların bu proseslərdə iştiraklarını stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə üzrə istiqamətlər aşağıdakı sahələri əhatə edir:
İnternetin həyatımızda rolu
İKT-nin cəmiyyətdə rolu
Yüksək texnologiyalar və biz
"Elektron hökumət"in üstünlükləri
Müsabiqədə hər kəs iştirak edə bilər.
Təqdim edilmiş foto mövzulardan birinə uyğun olmalıdır. Təqdim olunacaq foto "jpg.file" formatında "[email protected]" elektron ünvanına təqdim olunmalıdır. Şəkillərin ölçüsü 2000С…1500 px-dən az olmamalıdır.
Bir şəxs tərəfindən maksimum 3 fotonun müsabiqədə iştirakı təmin edilir. Müəllif hüquqları şübhə doğuran fotolar müsabiqədə iştirak etməyəcək. Müsabiqəyə foto təqdim edən şəxsin adı, soyadı, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və əlaqə telefonu göstərilməlidir.
Müsabiqə 20 oktyabr 2014-cü il tarixində başlayır, 20 noyabr 2014-cü il tarixində başa çatır.
Müsabiqənin mükafat fondu:
I yer - 1000 manat
II yer - 750 manat
III yer - 500 manat
Həvəsləndirici mükafatlar
Fotolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri "www.mincom.gov.az" saytında dərc olunacaq.
Qaliblər həmçinin Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi diplomu ilə təltif olunacaqlar.Fotoların təqdim olunma tarixi: 20 oktyabr – 20 noyabr 2014-cü il. Müsabiqə barədə məlumatı "http://www.mincom.gov.az" saytından, eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Seren Serengil hamiləlik FOTOsu paylaşdı
Qorxulu hellouin tortları
Qeyri-adi və sevimli oyuncaqlar
“MilliÖn” terminallarında nə baş verir?
HAVA necə olacaq? 15 MAY
Körpələrdə yalnış vitamin istifadəsi
Qadağan olunmuş şəhər
Azərbaycan Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salındı
Məşhur küçəyə logerlər buraxılmayacaq-SƏBƏB
Mustafa Sandalın həyat yoldaşından ayrılmasının SƏBƏBİ BİLİNDİ - FOTO
Gözəgörünməz quldurlar: pullarınız təhlükədə!
Bu günün hava proqnozu
Koronavirusun müalicəsi üçün “ən effektiv dərman”ın zərərləri açıqlandı
Məşhur müğənni deportasiya olundu
Suyu niyə ikinci dəfə qaynatmaq olmaz?
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
Manatın ucuzlaşmasından kimlər itirəcək?
Pendirli kotlet (foto-resept)
Ceki Çan yeni filminin təqdimetmə mərasimində
Azərbaycanda alça qızıldan bahadır
DYP-dən deputatların radar etirazına cavab
Salatlarınız süfrəyə layiq olsun!
Fahriye Evcen baldızını izləmədən sildi
Güvənməyin gücü
Bakıda 22 mindən çox fişəng
Vyetnamda vəhşi heyvan ticarəti qadağan olundu
Azərbaycanın müxtəlif yerlərində seysmoloji aktivlik aşkar edilib
Murat Boz Xocalı faciəsindən yazdı-FOTO
Özünə vurğun insanlar
Həkimlərə robotlar kömək edəcək
Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı - VİDEO
Məşhur aktrisa ikinci dəfə ana olacaq-FOTO
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Magistratura imtahanlarının vaxtı açıqlandı
Vətəndaşların NƏZƏRİNƏ: Kartların müddəti uzadılır
Rayonlar təhlükə qarşısında - Çayların səviyyəsi artdı
Tuba Ünsal "Hello" jurnalına müsahibə verdi
Leyla Əliyevanın dəstəyi ilə Rusiya-Azərbaycan komediya FİLMİ ÇƏKİLDİ - FOTO
Bu aktyorların maaşları açıqlandı
Qara rəngi yumşaldan çiçəkli dəb
Ziynət əşyalarına hərisliyi olan şəhzadə
Kimsəsiz ölən məşhur aktrisa
Həyatdan nə öyrəndim? - Can Dündar
Dünyanın ən uzun adamının boyu daha 4,5 santimetr uzanıb
İslam dininə görə, rəqs etməyə icazə verilirmi?
Koronavirusa yoluxan Boris Consonun karantin müddəti uzadıldı-SƏBƏB/FOTO
İsti su torbalarının zərərləri
Maraqlı kitab rəfləri
Cəbhədə son VƏZİYYƏT
"WhatsApp" çökdü















- ŞƏRHLƏR